İdman
"Real"ın prezidenti federasiyadan narazıdır
"Real Madrid"in prezidenti Florentino Perez İspaniya Futbol Federasiyasında islahatların həyata keçirilməsini zəuri hesab edir. Perez hakimliklə bağlı problemlərin həll olunmasını birinci dərəcəli vəzifə kimi göstərib.
AÇ-2017: Azərbaycan millisi yarımfinal yolunda
Bakıda qadınlar arasında voleybol üzrə Avropa çempionatı davam edir. Məlumata görə, ötən gün iki yarımfinalçı məlum olub. Belə ki, İtaliyanı məğlub edən Niderland və Belarusa qalib gələn Serbiya yığması (hər ikisi 3:0) adını yarımfinala yazdırıb. Bu gün 1/4 final mərhələsində daha iki qarşılaşma baş tutacaq: Azərbaycan - Almaniya, Rusiya - Türkiyə. Hər iki qarşılaşma Milli Gimnastika Arenasında keçiriləcək.
Kavani Neymarla konflikti unutmağı məsləhət görüb
Çempionlar Liqasının qrup mərhələsində "Bavariya"nı qəbul edən PSJ rəqibini 3 cavabsız qolla məğlub edib. Məlumata görə, matçdan sonra komandanın uruqvaylı hücumçusu Edinson Kavani Neymarla konflikti barədə sualı cavablandırıb.
Avro-2020-nin seçmə mərhələsinin püşkü Dublində atılacaq - Tarix açıqlandı
UEFA Avro-2020-nin seçmə mərhələsinin püşkatma mərasiminin İrlandiyanın paytaxtı Dublində keçirilməsi barədə qərar qəbul edib. Məlumata görə, püşkatma mərasimi 2018-ci il dekabrın 2-də keçiriləcək.
“Roma” və “Qarabağ”-ın ən yaxşı oyunçuları mükafatlandırıldı
İtaliya-Azərbaycan Dostluq və Əməkdaşlıq Dərnəyi “Roma”-“Qarabağ” qarşılaşmasında ən yaxşı oyun nümayiş etdirmiş futbolçuları mükafatlandırıb. Bu barədə məlumatı “OLAYLAR”-a adıçəkilən dərnəyin sədri Dündar Keşaplı verib. Bildirib ki, İtaliya və Azərbaycanın idman jurnalistlərinin qərarı əsasında “Roma”dan Bosniya Herseqovinadan olan oyunçu Edin Dzeko, “Qarabağ’dan isə braziliyalı Pedro Henrique qarşılaşmanın ən yaxşı futbolçusu adına layiq görülüb.
Ronaldudan "Beşiktaş" azarkeşinə cavab
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu sosial mediada izləyicilərinin suallarını cavablandırıb. Ulduz futbolçuya sual verənlər arasında "Beşiktaş" tərəfdarı da olub. Ronaldu azarkeşin "come to "Beşiktaş" ("Beşiktaş"a gəl) mesajına "Pepe və Quaresma orada, mənə ehtiyacları yoxdur" deyə cavab verib.
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
Çempionlar Liqasının qrup mərhələsinin ikinci turundan sonra UEFA reytinqi açıqlanıb. Dünən keçirilən 8 oyundan sonra millimizin mövqeyində dəyişiklik olmayıb. "Qarabağ"ın "Roma"ya 1:2 hesablı məğlubiyyəti reytinq xalımızın dəyişməz qalmasına səbəb olub. 22-ci pillədə qərarlaşan Azərbaycanın 18.625 xalı var.
Futboldan sonrakı nəqliyyat problemi - FOTO
Edin Ceko: "Qarabağ"a qalib gəlmək asan deyildi"
"Roma" heç kimin bacarmadığını etdi: "Qarabağ"ın seriyası qırıldı
Baş məşqçi Di Françesko: “Qarabağ” çox güclü rəqibdir”
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə “Qarabağ”ı məğlub edən (2:1) “Roma”nın baş məşqçisi Eysebio Di Françeskonun mətbuat konfransı keçirilib. İtalyan mütəxəssis ona ünvanlanan sualları cavablandırıb: - Demək olar ki, bu oyunu istirahət etdiz...
"Qarabağ" "Roma" oyununda ÜÇ QOL VURULDU - VİDEO - FOTO
"Sanki, Messi və Maskeranoya Argentina yığmasında oynamaq xoş deyil"
"Barselona"nın sabiq kapitanı Xavi Lionel Messi və Xavyer Maskeranonun Argentina millisindəki çıxışına toxunub. "Al Sadd" klubunun şərəfini qoruyan yarımmüdafiəçi bunları deyib: "Şans Argentina millisinin titul qazanmasına mane oldu.
"O, təkbətək mübarizələrdə dünyanın ən güclüsüdü"
"Bavariya"nın müdafiəçisi Coşua Kimmix maraqlı açıqlaması ilə diqqət çəkib. O, Çempionlar Liqasında PSJ ilə bu gün keçirəcəkləri oyundan öncə rəqibin futbolçusu Neymar haqda fikirlərini bildirib. Kimmix braziliyalı hücumçunu tərifləyib: "Bu cür oyunlar olanda hər gün məşq edirsən. Məhz bunun sayəsində də futbolçu olursan. Çempionlar Liqasında ən yaxşılara qarşı mübarizə aparmaq mənə xoş gəlir. PSJ-nin heyətində Neymarı fərqləndirərdim. O, təkbətək mübarizələrdə dünyanın ən güclü futbolçusudu".














