İdman

Robert Prosineçki: “Roma” ilə oyunda möcüzə mümkünsüz görünür

27 Sentyabr 2017 18:43

“Roma” ehtiyatlı oynasa, qalib gələcək”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib. Xorvatiyalı çalışdırıcı İtaliya mətbuatına açıqlama verib. O, Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasında “Roma” ilə keçirəcəyi oyun haqda danışıb.

V açıq Respublika turniri keçiriləcək

27 Sentyabr 2017 16:30

29-30 sentyabr tarixdə Şamaxı Olimpiya İdman Kompleksində veteran güləşçi, dünya çempionu Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında V açıq Respublika turniri keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a AGF-dən daxil olub. Bildirilib ki, turnirin rəsmi açılış mərasimi sentyabrın 29-da saat 13:00-da baş tutacaq. Bundan əvvəl isə saat 12:00-da Şamaxı şəhərində fəaliyyət göstərən "Şirvan" Güləş Klubunun yeni inşa edilmiş idman zalının açılış mərasimi olacaq. Yarışlar hər gün saat 10:00-da başlayacaq. Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Ukrayna, Rusiya, Gürcüstan, İran, Qırğızıstan pəhləvanlarının iştirakı gözlənilir.

AFFA bu futbolçuları cəzalandırdı

27 Sentyabr 2017 14:01

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Premyer Liqasının VI turunda baş vermiş hüquq pozuntuları ilə əlaqədar tədbirlər görülüb. "Sumqayıt”la matçın 88-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan "Qarabağ”ın futbolçusu Miçel 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. "İnter”lə görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Zirə"yə 800 manat cərimə kəsilib. 88-ci dəqiqədə "İnter”in futbolçusu İlkin Qırtımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.

"Neftçi"nin futbolçuları autizmli uşaqlarla məşq etdilər

27 Sentyabr 2017 12:58

Baki Autizm İdman Klubunun üzvləri "Neftçi" PFK-nın təlim məşq bazasında qonaq olublar. Klubdan  verilən məlumata görə, təlim məşq bazasına gələn autizmli gənc və uşaqlar "Neftçi" klubunun üzvləri ilə birlikdə məşq ediblər. Bakı Autizm İdman və Yaşam Klubunun direktoruElnur Məmmədov dəvətə görə "Neftçi" klubunun üzvlərinə və rəhbərliyə təşəkkür edib:

"Bavariya" PSJ-yə, "Çelsi" "Atletiko"ya qarşı

27 Sentyabr 2017 10:58

Bu gün Çempionlar Liqasında II turun növbəti oyunları keçiriləcək. Təmsilçimiz "Qarabağ"la birlikdə qitənin 16 ən güclü komandası mübarizə aparacaqlar. Azərbaycan çempionu "Qarabağ" günün ilk matçında, digərlərindən daha tez başlayan oyunda "Roma" ilə qarşılaşacaq. C qrupunun bu oyunu Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələsində ilk ev qarşılaşması olacaq. Qrupun digər matçında əsas favoritlər "Çelsi" və "Atletiko" sonuncuların meydanında görüşəcək. Bu matç liderin müəyyənləşməsi baxımından da önəmlidi.

Ronaldu Kasilyas və Maldini ilə eyni "onluq"da

27 Sentyabr 2017 10:54

Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldu avrokuboklarda yubiley oyununu keçirib. Portuqaliyalı hücumçu bunu Çempionlar Liqasının qrup mərhələsində "Borussiya" ilə qarşılaşmada reallaşdırıb.  

Totti Bakıya gələcək

26 Sentyabr 2017 19:21

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"ın qonağı olacaq "Roma" bu gün Bakıya gəlir. Paytaxtımıza yollanan heyətdə Françesko Totti olmayacaq. 

Alonso gələcəyi ilə bağlı qərarını açıqladı

26 Sentyabr 2017 18:57

Futbol üzrə İspaniya yığma komandasının sabiq yarımmüdafiəçisi Xabi Alonso məşqçi olmaq qərarına gəlib. Bu barədə o, "Instagram" səhifəsində məlumat yazıb:  "Futbolda 17 ilim keçib və indi öz gələcəyimi müəyyənləşdirmişəm, mən məşqçi olmaq qərarına gəldim. Təfərrüatlar sonra olacaq". 

Ayşən Abduləzimova: "Əsas məqsədimiz medal qazanmaqdır"

26 Sentyabr 2017 18:44

"Almaniya yığması, eləcə də Macarıstan və Polşa komandaları üzərində qələbə bizim üçün gözlənilən idi. Çünki üç ay ərzində gərgin məşqlər edir, çox ciddi hazırlaşırdıq. Avropa çempionatının qrup mərhələsinin axırıncı oyunlarında maksimum nəticə göstərdik". Məlumata görə, bu sözləri qadın voleybolçular arasında Avropa çempionatının qrup mərhələsində Almaniya yığması ilə matçdan sonra Azərbaycan milli komandasının üzvü Ayşən Abduləzimova deyib.

"Koştanı heç vaxt rəqib kimi görməyəcəm"

26 Sentyabr 2017 18:25

"Çelsi"nin yarımmüdafiəçisi Fransesk Fabreqas sabiq komanda yoldaşı Diyeqo Koşta barədə danışıb. İspaniyalı havbek bunları deyib: "Bu məsələdə ən çox Koştaya görə heyfislənirəm.

“Ronaldo və Messiyə yaxınlaşıram”

26 Sentyabr 2017 18:20

"Tottenhem"in hücumçusu Harri Keyn maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Cari mövsümə yaxşı başlayan 24 yaşlı futbolçu özünüKriştianu Ronaldo və Lionel Messi ilə müqayisə edib. "The Telegraph" nəşrinə danışan Keyn onların səviyyəsinə çatmaq istədiyini bildirib: "Mən Ronaldo və Messinin uğurlarından ilhamlanıram. Müasir dövrdə sosial şəbəkələrdə azarkeşlərin fikirlərindən qorunmaq çətindi. İnsanlar hesab edirlər ki, dünyanın ən yaxşı futbolçularından biri olmağa hazıram.

"Azərbaycana qalib gələ bilsək..."

26 Sentyabr 2017 18:13

"Dünya çempionatının final mərhələsinə yüksəlmək şansımız qalmayıb. Buna baxmayaraq, seçmə mərhələnin son görüşlərində özümüzü yaxşı tərəfdən göstərmək istəyirik". Bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib. Çexlər DÇ-2018-in seçmə mərhələsində sonuncu matçlarını Azərbaycan və San Marino yığmalarına qarşı keçirəcəklər.