İdman
Futboldan sonrakı nəqliyyat problemi - FOTO
Edin Ceko: "Qarabağ"a qalib gəlmək asan deyildi"
"Roma" heç kimin bacarmadığını etdi: "Qarabağ"ın seriyası qırıldı
Baş məşqçi Di Françesko: “Qarabağ” çox güclü rəqibdir”
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə “Qarabağ”ı məğlub edən (2:1) “Roma”nın baş məşqçisi Eysebio Di Françeskonun mətbuat konfransı keçirilib. İtalyan mütəxəssis ona ünvanlanan sualları cavablandırıb: - Demək olar ki, bu oyunu istirahət etdiz...
"Qarabağ" "Roma" oyununda ÜÇ QOL VURULDU - VİDEO - FOTO
"Sanki, Messi və Maskeranoya Argentina yığmasında oynamaq xoş deyil"
"Barselona"nın sabiq kapitanı Xavi Lionel Messi və Xavyer Maskeranonun Argentina millisindəki çıxışına toxunub. "Al Sadd" klubunun şərəfini qoruyan yarımmüdafiəçi bunları deyib: "Şans Argentina millisinin titul qazanmasına mane oldu.
"O, təkbətək mübarizələrdə dünyanın ən güclüsüdü"
"Bavariya"nın müdafiəçisi Coşua Kimmix maraqlı açıqlaması ilə diqqət çəkib. O, Çempionlar Liqasında PSJ ilə bu gün keçirəcəkləri oyundan öncə rəqibin futbolçusu Neymar haqda fikirlərini bildirib. Kimmix braziliyalı hücumçunu tərifləyib: "Bu cür oyunlar olanda hər gün məşq edirsən. Məhz bunun sayəsində də futbolçu olursan. Çempionlar Liqasında ən yaxşılara qarşı mübarizə aparmaq mənə xoş gəlir. PSJ-nin heyətində Neymarı fərqləndirərdim. O, təkbətək mübarizələrdə dünyanın ən güclü futbolçusudu".
Robert Prosineçki: “Roma” ilə oyunda möcüzə mümkünsüz görünür
“Roma” ehtiyatlı oynasa, qalib gələcək”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib. Xorvatiyalı çalışdırıcı İtaliya mətbuatına açıqlama verib. O, Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasında “Roma” ilə keçirəcəyi oyun haqda danışıb.
V açıq Respublika turniri keçiriləcək
29-30 sentyabr tarixdə Şamaxı Olimpiya İdman Kompleksində veteran güləşçi, dünya çempionu Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında V açıq Respublika turniri keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a AGF-dən daxil olub. Bildirilib ki, turnirin rəsmi açılış mərasimi sentyabrın 29-da saat 13:00-da baş tutacaq. Bundan əvvəl isə saat 12:00-da Şamaxı şəhərində fəaliyyət göstərən "Şirvan" Güləş Klubunun yeni inşa edilmiş idman zalının açılış mərasimi olacaq. Yarışlar hər gün saat 10:00-da başlayacaq. Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Ukrayna, Rusiya, Gürcüstan, İran, Qırğızıstan pəhləvanlarının iştirakı gözlənilir.
AFFA bu futbolçuları cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Premyer Liqasının VI turunda baş vermiş hüquq pozuntuları ilə əlaqədar tədbirlər görülüb. "Sumqayıt”la matçın 88-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan "Qarabağ”ın futbolçusu Miçel 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. "İnter”lə görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Zirə"yə 800 manat cərimə kəsilib. 88-ci dəqiqədə "İnter”in futbolçusu İlkin Qırtımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.
"Neftçi"nin futbolçuları autizmli uşaqlarla məşq etdilər
Baki Autizm İdman Klubunun üzvləri "Neftçi" PFK-nın təlim məşq bazasında qonaq olublar. Klubdan verilən məlumata görə, təlim məşq bazasına gələn autizmli gənc və uşaqlar "Neftçi" klubunun üzvləri ilə birlikdə məşq ediblər. Bakı Autizm İdman və Yaşam Klubunun direktoruElnur Məmmədov dəvətə görə "Neftçi" klubunun üzvlərinə və rəhbərliyə təşəkkür edib:
Olimpiya stadionu 3 oyuna hazırdır? - Direktor danışdı
Azarkeşlər Olimpiya stadionuna necə getməlidir?
“Qarabağ” – “Roma” oyununa 3 min polis cəlb edilib
"Bavariya" PSJ-yə, "Çelsi" "Atletiko"ya qarşı
Bu gün Çempionlar Liqasında II turun növbəti oyunları keçiriləcək. Təmsilçimiz "Qarabağ"la birlikdə qitənin 16 ən güclü komandası mübarizə aparacaqlar. Azərbaycan çempionu "Qarabağ" günün ilk matçında, digərlərindən daha tez başlayan oyunda "Roma" ilə qarşılaşacaq. C qrupunun bu oyunu Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələsində ilk ev qarşılaşması olacaq. Qrupun digər matçında əsas favoritlər "Çelsi" və "Atletiko" sonuncuların meydanında görüşəcək. Bu matç liderin müəyyənləşməsi baxımından da önəmlidi.











.jpg)


