"Roma" heç kimin bacarmadığını etdi: "Qarabağ"ın seriyası qırıldı
28 Sentyabr 2017 09:21 İdmanÇempionlar Liqasının qrup mərhələsinin II turunun "Roma" ilə qarşılaşması "Qarabağ" üçün uğursuzluqla əlamətdar olub.
Day.Az apasport.az-a istinadən xəbər verir ki, beşqat Azərbaycan çempionu tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin ev matçında uduzub.
Belə ki, italiyalılara 1:2 hesabı ilə yenilən Ağdam təmsilçisi bu oyunadək Çempionlar Liqasında doğma azarkeşlər önündə məğlub olmurdu. Bu görüş "Qarabağ" üçün Çempionlar Liqasında yubiley - 20-ci matç kimi də tarixə düşüb.
Öz meydanında 10-cu oyununu keçirən komandamız ilk yenilgisini yubileylərlə birlikdə yaşadı. Əvvəlki 9 matçda təmsilçimiz 5 qələbə qazanıb, 4 heç-heçə etmişdi.
Qeyd edək ki, Çempionlar Liqasında 2014/15 mövsümündə debüt edən "Qarabağ" ardıcıl 4-cü dəfə bu turnirdə qüvvəsini sınayır.