İdman

Polşa yığmasının məşqçisi: Azərbaycan güclü yığmadır

23 Sentyabr 2017 22:26

Bizim artıq Avro-2017-nin 1/4 final mərhələsində olmağımız haqqında danışmaq üçün hələ tezdir. Sentyabrın 24-ü bizi Azərbaycan yığması ilə qrupun ən çətin oyunu gözləyir. Bunu Polşa yığmasının məşqçisi Yatsek Navrotski Macarıstan üzərində qazandıqları 3-1 hesablı qələbədən sonra deyib.

İdmançılarımız dünya çempionatında 5 medal qazanıb 

21 Sentyabr 2017 13:05

Sentyabrın 20-də Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatına start verilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışın birinci günündə Azərbaycanın altı idmançısı mübarizəyə qoşulub. Belə ki, sərbəst güləşçilərimiz Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq) və qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) Tatyana Varantsova (53 kq) xalça üzərinə çıxıblar. Yarışın ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub.

Azərbaycan çempionu İran klubuna qalib gəldi

20 Sentyabr 2017 09:42

Futzal üzrə UEFA kubokuna hazırlaşan "Araz" yoxlama matçı keçirib.  Joze Alesionun yetirmələri Bakıda İranın "Mes Sunq" klubu ilə üz-üzə gəliblər. Qarşılaşma təmsilçimizin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tiaqonun het-trik etdiyi görüşdə Eduardo, Vilel və Ramiz Çovdarov hərəyə bir dəfə fərqlənib.

Futbolçu azad edildi

19 Sentyabr 2017 16:55

Oğurluğa görə saxlanılan futbolçu Nicat Muxtarov azad olunub. Bu haqda Futbol+ qəzetinin baş redaktoru Mahir Rüstəmli məlumat yayıb. Qeyd edək ki, millimizin sabiq üzvü Nicat Muxtarovun kabel oğurluğu ittihamı ilə Sumqayıt polisi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdı. 

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

19 Sentyabr 2017 14:22

Futbol üzrə Çempionlar Liqasının 2018-19 mövsümünün final matçının harada keçiriləcəyinə böyük ölçüdə aydınlıq gəlib. Qitənin ən nüfuzlu klub turnirinin həlledici oyununun Bakı Olimpiya Stadionunda baş tutmaq ehtimalı artıb. Çünki digər namizəd Madrid "Atletiko"sunun “Vanda Metropolitano” stadionu UEFA-nın tələblərinə tam cavab vermir. Madrid şəhərindəki arenanın 7000 VİP tutumu var ki, bu da çox az hesab olunur. VİP zonanın kiçikliyi ilə yanaşı, stadionətrafı ərazi də yetərincə deyil. Bu da qonaqların qəbulu zamanı çətinliklər yarada bilər. Stadionun inşası zamanı “Atletiko” rəhbərliyinin o qədər də önəm vermədiyi bu arqumentlər ÇL-in finalının İspaniya paytaxtında keçirilməsini sual altında qoyub. Nəricədə “Atletiko”nun son 4 ildə Çempionlar Liqasında yüksək səviyyədə çıxış etməsi, 2 dəfə finala, 1 dəfə də yarımfinala çıxması fonunda klubun stadionunun finalı qəbul etmək şansları aşağı qiymətləndirilir.

"Qarabağ" - "Roma" matçına bilet alanlara müraciət

19 Sentyabr 2017 12:40

"Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı İtaliyanın "Roma" klubu ilə ev oyununu canlı izləməyə hazırlaşan azarkeşlərinə müraciət edib. Müraciətdə bunlar qeyd olunub: "Bu gündən etibarən, "Qarabağ" - "Roma" matçına vauçerinizi biletə dəyişə bilərsiniz. iTicketAZ - ın çatdırılma xidmətini sifariş edən azarkeşlərimizlə tezliklə əlaqə saxlanılıb çatdırılmanı həyata keçirəcəklər. Çatdırılma xidmətini sifariş etməyən azarkeşlərimiz, aşağıda qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq vauçeri biletə dəyişə bilər".

Millimiz İtaliyaya məğlub olub

19 Sentyabr 2017 10:19

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Faiq Qarayevin yetirmələri növbəti dəfə İtaliya yığması ilə üz-üzə gəliblər. Avro-2017-nin final mərhələsinin keçiriləcəyi Milli Gimnastika Arenasında baş tutan görüş paytaxtımızda qonaq olan apenninlilərin qələbəsi ilə yekunlaşıb. İtaliyalılar 3:1 (25:18, 25:22, 24:26, 25:15) hesabı ilə qalib gəliblər.

Məşhur  futbolçu cəzalandırıldı

19 Sentyabr 2017 09:24

 İngiltərəli futbolçu, “Everton” klubunun hücumçusu Ueyn Runi 2 il müddətinə sürücülük hüququndan məhrum edilib. Buna futbolçunun sərxoş vəziyyətdə avtomobil idarə etməsi səbəb olub. Bundan başqa, U.Runiyə 100 saat ictimai işlərlə məşğul olmaq cəzası da verilib.

Çimərlik voleybolu çempionatı keçiriləcək

18 Sentyabr 2017 11:52

Sentyabr ayının 19-u Su İdmanı sarayında Çimərlik voleybolu keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, çempionat Azərbaycan Volleybol Federasiyası və Mədəniyyət Televiziya kanalının dəstəyi ilə təşkil ediləcək. Çempionatda tanınmış ulduzlar professional idmançılar ilə birlikdə birincilik uğrunda mübarizə aparacaqlar. Çempionatın iştirakçıları Zamiq Hüseynov, Xəyyam Mustafazadə,Sərxan Bünyadov, Fuad Musayev, Mirələm Mirələmov və Azad Şabanov olacaq.

Azərbaycan millisi İtaliya yığması ilə qarşılaşıb

18 Sentyabr 2017 11:07

Avropa çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçına çıxıb. Faiq Qarayevin yetirmələri Bakıda təlim-məşq toplanışı keçən İtaliya millisi ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 3:2 (10:25, 25:15, 19:25, 29:27, 17:15) hesablı qələbəsi ilə yekunlaşıb.

Ukrayna - Azərbaycan oyununun vaxtı açıqlandı

15 Sentyabr 2017 17:08

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin təqvimi açıqlanıb. 11-ci qrupda mübarizə aparacaq Azərbaycan yığmasının oyunlarının vaxtı dəqiqləşib. Millimizin çıxış etdiyi qrupun görüşləri Bolqarıstanda baş tutacaq. Komandamız ilk matçında İrlandiya ilə üz-üzə gələcək. II turda Ukrayna ilə qarşılaşacaq millimiz son turda meydan sahibləri ilə görüşəcək.  

"Qarabağ"ı qrupda Kollina saxlayıb? - ŞOK İDDİA

15 Sentyabr 2017 15:31

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna - Türkiyə (2:0) matçı ətrafındakı söz-söhbətlər səngimək bilmir. Tanınmış idman yazarı Meriç Müldür həmin qarşılaşmadakı hakim səhvlərinin təsadüf olmadığını yazıb. O, ukraynalıların vurduğu hər iki qoldakı kobud hakim səhvlərini FİFA Hakimlər Komitəsinin sədri və UEFA-da hakimlərin təyinatına məsul şəxs olan Pyerluici Kollina ilə əlaqələndirib. Müldür Ukrayna klublarının artıq neçə ildi hakimlərin sayəsində uğur qazandıqlarını vurğulayıb.

"Şahdağ"dan ittiham: "Dağıstan çempionatında oynayarıq"

15 Sentyabr 2017 12:56

Komandamızı I diviziona niyə buraxmadıqlarını bilmirəm. Səbəbini öyrənəcəyik. Bu sözləri apasport.az saytına açıqlamasında "Şahdağ" komandasının baş məşqçisi Kamran Əlibabayev deyib.