İdman

""Arsenal" turnirin ən yaxşı komandalarından biridir"

15 Sentyabr 2017 12:13

"Arsenal" Avropa Liqasının qrup mərhələsində çıxdığı ilk oyunda "Köln"ə qalib gəlib - 3:1. Oyunda qollardan birinin müəllifi olan Ektor Belyerin görüşdən sonra bunları deyib: "Bizim üçün Avroliqa yeni turnirdir.

Almaniya yığmamızla oyuna yeni heyətlə çıxır

15 Sentyabr 2017 11:32

Qadın voleybolçulardan ibarət Almaniya millisinin heyəti açıqlanıb. Avro-2017-də yığmamızın rəqibi olan Bundestimin baş məşqçisi Feliks Kozlovski güvənəcəyi "14-lüy"ü müəyyənləşdirib.  O, təcrübəlilərin və ölkə xaricində oynayan voleybolçuların əksəriyyətindən imtina edib. Kozlovskinin ölkəmizə gətirəcəyi heyətin 50 faizi - 7 nəfəri Avropa çempionatında debüt görüşünə çıxa bilər. Bunlar İrina Kemmisi, Mari Şoeltsel, Liza Qründinq, Leoni Şvertmann, Luiza Lippmann, Tanya Qrosser və Anna Poqanidi. Komandada orta yaş həddi isə 24,6-dı.

Polşanın idman naziri azərbaycanlı məşqçini mükafatlandırdı

14 Sentyabr 2017 18:59

20 ildən çoxdur Avropada yaşayan azərbaycanlı məşqçi Emin Hüseynov Polşanın İdman və Turizm naziri Vitold Bank tərəfindən diplomla mükafatlandırılıb. Bu barədə məlumatı diaspor hərəkatının fəalı Elnur Eltürk bildirib.

"Liverpul" azarkeşləri məşqçini istefaya dəvət edir

14 Sentyabr 2017 18:56

Bir qrup "Liverpul" azarkeşi komandanın baş məşqçisi Yurqen Kloppa qarşı kampaniyaya başlayıb. Artıq Tvitterdə KloppOUT mikrobloqu və heşteqi yaradılıb. Hesabı yaradan şəxs bildirir ki, Kloppu istefaya çağıran yazını oyunların birində təyyarə ilə stadion üzərindən uçurmaq niyyətindədir.

2024 və 2028-ci il Yay Olimpiya Oyunlarının ev sahibi məlum olub

14 Sentyabr 2017 16:21

2024 və 2028-ci ildə Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərlər müəyyənləşib.Beynəlxalq Olimpiya Komitəsi bu barədə qərarı Perunun paytaxtı Limada keçirilən 131-ci sessiyasında verib. Qərara əsasən, 2024-cü ildə Olimpiadanı Fransanın paytaxtı Paris qəbul edəcək. Növbəti 4 illiyin ən möhtəşəm yarışı isə ABŞ-da baş tutacaq. Olimpiyaçılar 2028-ci ildə Los-Ancelesdə bir araya gələcəklər.

Britaniyalı nazir "Qarabağ"a "Çelsi"ni 7-0 məğlub etməyi arzulayıb

14 Sentyabr 2017 15:52

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan “Çelsi-Qarabağ” futbol oyununa münasibət bildirib. Nazir futbol üzrə bilici olmasa da, nəticə ilə artıq tanış olduğunu deyib. Nazir Azərbaycan komandasına "Çelsi"ni Bakıda  7-0 hesabı ilə məğlubiyyətə uğratmağı arzulayıb: "Düşünürəm ki, Azərbaycan futbolunun keyfiyyəti yüksəlir. Baxmayaraq ki, "Çelsi-Qarabağ" oyununda komandanız məğlub oldu,  təcrübəni nəzərə alsaq, bu, pis nəticə deyil, Nəticə getdikcə yaxşılaşacaq".

Milli komandamız iki yoldaşlıq oyunu keçirəcək

14 Sentyabr 2017 11:41

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sentyabrın 18-dən 23-dək Bakıda, ayın 24-dən 28-dək isə Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışı keçiriləcək.

Olimpiya Oyunlarının ev sahibləri səsverməsiz təyin olunacaq

13 Sentyabr 2017 19:12

Son 40 il ərzində ilk dəfə Olimpiya Oyunlarının keçiriləcəyi şəhərlər səsvermə olmadan məlum olacaq. Buna son illərdə Olimpiya Oyunlarını qəbul etməkdən imtina edənlərin sayının artması səbəb olub. Son üç Qış Olimpiya Oyunları digər qitələrdən namizədlər olmadığı üçün Asiya şəhərlərinə verilib.

Karlos Tevez və Quarin komandadan uzaqlaşdırıldı

13 Sentyabr 2017 18:54

Qustavo Poyetin istefasından sonra "Shanghai Shenhua" Vu Tzinsunu baş məşqçi postuna gətirib. Yeni çalışdırıcı artıq sərt üzünü göstərməyə başlayıb. Vu tanınmış futbolçular Freddi Quarin və Karlos Tevezi komandadan uzaqlaşdırıb. "Tevezə planlarım barədə məlumat veriləcək.

Asensionun başına "iş" gəldi - "Apoel"lə oyunu buraxacaq

13 Sentyabr 2017 18:30

Çempionlar Liqasının ilk tur oyunları çərçivəsində "Real" öz meydanında Kiprin "Apoel" klubunu qəbul edəcək.  "kral klubu" oyuna itki ilə çıxacaq. Marko Asensio ayağına mikrob düşməsi səbəbindən oyunu buraxacaq. Futbolçu ayağını ülgüclə təmizləyərkən ehtiyatsızlıq edib. Həkimlər ona getri geyinməyi qadağan ediblər.