İdman
Rəşad Sadiqov: "Tərlan Əhmədov komandaya tam fərqli ab-hava gətirib"
"Neftçi"nin yeni transferi Rəşad Sadiqov klub kanalına danışıb. 34 yaşlı yarımmüdafiəçi bunları deyib: "Doğma hisslərdir. Üçüncü dəfədir komandaya qayıdıram. 7 il burada oynamışam. Az müddət deyil.
""Qarabağ" inamlı oyun nümayiş etdirdi" - Qlen Hodl
"Qarabağ" Çempionlar Liqasında ilk dəfədir iştirak edir. Komanda bu turnirdə birinci oyununu keçirdi". Bu sözləri "Çelsi" və "Tottenhem"in, həmçinin İngiltərə millisinin sabiq baş məşqçisi Qlen Hodl deyib.
Məşhur futbolçunun evinə oğru girdi
"Bavariya"nın müdafiəçisi Jerom Boatenqin evinə oğru girib. Soyğunçu evdən heç nə apara bilməyib. Maraqlıdı ki, oğru ailə evdə olarkən gizlincə arxa qapıdan içəri daxil olub. Lakin Boatenqin qızlarından biri onu görüb və qışqırmağa başlayıb. Nəticədə naməlum şəxs heç nəyə əl vurmadan qaçıb. Boatenqin qızı həmin adamın şəklini çəkərək polisə təqdim edib. Buna baxmayaraq, polis işçiləri onun yaxalanacağına şübhə edirlər.
Qurban Qurbanov ingilis mediasına: "Qarabağın çox hissəsi erməni daşnaklarının əlindədir"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında "Çelsi"yə məğlubiyyətdən (0:6) sonra mətbuat konfransı keçirib. Britaniyalı jurnalistlərin suallarını cavablandıran mütəxəssis komandanın tarixi barədə də onlara məlumat verib.
Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşdü
Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşüb. Təcrübəli müdafiəçi eyni mövsümdə Çempionlar Liqasında həm baş məşqçi, həm də futbolçu kimi iştirak edib. Sadıqov "Qarabağ"ın kapitanı olmaqla yanaşı, həm də Ağdam təmsilçisinin U-19 komandasının baş məşqçisidir.
“Lester”in kapitanı evindən qovuldu
İngiltərənin "Lester" klubunun kapitanı Ues Morqan xoşagəlməz halla üzləşib. Yamaykalı müdafiəçi evindən qovulub. Buna Morqanın həyat yoldaşı Şenin Fişerə xəyanət etməsi səbəb olub. Belə ki, futbolçunun xanımına anonim zəng gəlib və adını açıqlamayan şəxs onun əri tərəfindən 3 ildi aldadıldığını bildirib. Fişerin təzyiqindən sonra Morqan xəyanət etdiyini boynuna alıb və 27 yaşlı sevgilisinin hamilə olduğunu da gizlətməyib. Şoka düşən xanım həyat yoldaşını Nottingemdəki 1 milyon avroluq evdən qovub. Nəticədə futbolçu özünə kirayə ev tutmaq məcburiyyətində qalıb.
"Mançester Yunayted"də ciddi itki
"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba "Basel"lə oyunda zədələnərək oyunu yarımçıq tərk edib. Matçın 20-ci dəqiqəsində Fellaini ilə əvəzlənən fransız futbolçu 1 neçə həftə meydanlardan uzaq qalacaq. "Qırmızı şeytanlar"ın baş məşqçisi Mourinyo açıqlamasında belə deyib.
"Qarabağ"ın uduzması və Şuşa yağışı
"Qarabağ"ın baş məşqçisi olduğum üçün fəxr edirəm" — Qurban Qurbanov
“Çelsi” – “Qarabağ” oyunu bu kanallarda yayımlanacaq
Azercell müştəriləri arasında I Futbol Turnirinə start verir
Azercell Telekom tərəfindən ölkəmizdə idmanın inkişafına, eləcə də, sağlam həyat tərzinin təbliğinə dair çoxlu sayda müxtəlif layihələrin keçirilməsi hamıya məlumdur. Bu dəfə isə, şirkət öz korporativ abunəçiləri üçün maraqlı və faydalı bir təşəbbüslə çıxış etdi. Belə ki, lider mobil operator Azercell Kuboku uğrunda Korporativ Müştərilər arasında I Futbol Turnirinə başlayıb. Turnirinin püşkatma mərasimi keçirilib və turnirin reqlamenti açıqlanıb. Beləliklə, 12 komandadan ibarət çempionat qrup mərhələsindən (yəni 5 oyundan), 1\4 final, yarımfinal və final oyunlarından ibarət olacaq. Oyunlar 11 sentyabrdan etibarən bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və cümə günləri saat 19.00-da Azercell Telekomun baş ofisinin futbol meydançasında keçiriləcək. Gündə 3 oyunun keçirilməsi planlaşdırılan turnir 1 ay ərzində davam edəcək. Turnirdə Kapital Bank, North West Construction, Xəzər Media, Unibank, Sumqayıt Texnologiyalar Parkı, Gilan Holding, TOPAZ, Azərtexnolayn, Azeri M-İ, AA Services, Coca-Cola kimi nüfuzlu şirkətlərin nümayəndələri iştirak edir.
“Qarabağ”lı gənclərin matçı başladı - Qurbanovun oğlu oynamır - Yenilənir
Bu gün “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq. Rəşad Sadıqovun komandası səfərdə "Çelsi"dəki həmyaşıdları ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 16:05-də başlayacaq. 12 sentyabr UEFA Gənclər Liqası 16:05. "Çelsi” (İngiltərə) – "Qarabağ” (Azərbaycan) "Çelsi” klubunun təlim-məşq mərkəzinin stadionu Hakimlər:Robert Hennessi, Darraq Kiqan, Darren Keri Artıq qarşılaşma üçün heyətlər açıqlanıb:
"Qarabağ"ın U-19 komandasının "Çelsi" ilə oyun üçün start heyəti açıqlandı
Bu gün "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq. Rəşad Sadıqovun komandası səfərdə "Çelsi"dəki həmyaşıdları ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 16:05-də başlayacaq. 12 sentyabr UEFA Gənclər Liqası 16:05. "Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) "Çelsi" klubunun təlim-məşq mərkəzinin stadionu Hakimlər: Robert Hennessi, Darraq Kiqan, Darren Keri Artıq qarşılaşma üçün heyətlər açıqlanıb:














