İdman
Bu gözəl bu gün "Qarabağ"ın məğlubiyyətinə dua edir - FOTO
30 000 bilet satıldı
"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matçın bilet satışı davam edir. Artıq bu qarşılaşmaya satılan biletlərin sayı 30 000-ə çatıb. Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Səfir “Qarabağ”ı ziyarət etdi
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə ilk oyununa çıxacaq “Qarabağ”ı Londonda ziyarət edib. "Stemford Bric"də keçirilən məşqdən əvvəl komandanın rəhbərliyi, məşqçilər və futbolçularla görüşən səfir, seçmə və pley-off mərhələlərindəki yüksək səviyyəli mübarizənin və nəticələrin qrup oyunlarında da nümayiş etdiriləcəyinə inamını ifadə edib: “Fərdi idman növlərindən sonra kollektiv idman növləri də artıq ölkəmizdə sürətlə inkişaf edir. Ölkəmizdə idmanın inkişafı dövlətimizin bütün sahələrdəki inkişafının tərkib hissəsidir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqəti bu uğurlar fonunda xüsusi qeyd etmək yerinə düşər. “Qarabağ” komandasının Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycanın futbol tarixində yeni bir səhifədir və biz çox istəyirik ki, digər komandalarımızı da gələcəkdə bu səviyyəli yarışlarda dəstəkləyək. Komandanın adı bizim üçün doğmadır, əzizdir və həssasdır. Məhz buna görə də sizlərin qələbəsi bizə yalnız idman sevinci deyil, sözlə ifadə oluna bilməyən emosiyalar bəxş etdi”.
Poyet istefa verdi
"Shanghai Shenhua"nın baş məşqçisi Qustavo Poyet komandanın baş məşqçisi postundan istefa verib. Uruqvaylı mütəxəssis Superliqada ardıcıl 4-cü məğlubiyyətdən sonra bu qərara gəlib.
Əliyar Ağayev Avropa Liqasına təyinat aldı
Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək "Vitoriya Gimaraynş" (Portuqaliya) - "Zalsburg" (Avstriya) görüşünü Azərbaycanın FİFA referisi Əliyar Ağayev idarə edəcək. Görüşün yan xətt hakimləri Rza Məmmədovla Zeynal Zeynalov olacaqlar. Rəhim Həsənovla Orxan Məmmədov baş hakimi əlavə köməkçiləri, Mübariz Həşimov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
«Çelsi» ilə oyundan əvvəl «Qarabağ»da şok itki
"Qarabağ" "Çelsi" ilə oyuna tam heyətlə çıxa bilməyəcək. Baş məşqçi iki futbolçunun xidmətindən məhrum olub. Belə ki, Albaniya millisinin düşərgəsindən zədəli dönən Ansi Aqollinin bərpa prosesi 8 gün çəkəcək. Bu səbəbdən o, "Çelsi" matçını buraxacaq.
UEFA “Qarabağ”ın problemli futbolçularının adlarını açıqlayıb
UEFA bu gün öz saytında dərc etdiyi maraqlı yazısı ilə diqqət çəkib. Apasport.az-ın məlumatına görə, qitə futbol qurumu ingilis şərhçilərlə mübarizə aparmaq qərarına gəlib.
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı
Kişi və qadın idman gimnastikası üzrə Macarıstanın Sombatxey şəhərində keçirilən dünya çempionatı öncəsi "Challenge" seriyasına aid son Dünya Kuboku mərhələsində (8-10 sentyabr) təmsilçimizMarina Nekrasova ilk dəfə olaraq qızıl medala layiq görülüb.
"Arsenal"ın dəyərlərinə hörmət etdiyimə görə "Yunayted"ə getmədim"
1980-2002-ci illərdə "Mançester Yunayted"in prezidenti olmuş Martin Edvards avtobioqrafik kitabını nəşr etdirib. Bu kitabda Edvards 2001-ci ildə Arsen Venqeri Mançesterə gətirmək üçün onunla danışıqlar apardığını qeyd edib.
Qurban Qurbanov: "Döyüşdən əvvəl təslim olmağı düşünmürük"
"Qarabağ"-ın baş məşqçisi Qurban Qurbanov komanda ilə bağlı yazı dərc edən "Frans Press" agentliyinə açıqlama verib. 45 yaşlı mütəxəssis Ağdam təmsilçisinin Çempionlar Liqasının (ÇL) qrup mərhələsindəki rəqibləri barədə fikirlərini bölüşüb: "Biz yüksək rəqabət səviyyəsini püşkatma nəticəsində İngiltərə, İtaliya və İspaniyanın top-klubları ilə eyni qrupda düşdükdən dərhal sonra hiss etdik. Qrupdakı rəqiblərimiz çox güclü və təcrübəlidirlər. Amma bu, döyüşdən əvvəl təslim olacağımız demək deyil. Biz hər bir matçda dişimiz və dırnağımızla mübarizə aparmağa hazırıq".
Eden Azar "“Qarabağ”la oyundan öncə: ""Çelsi” tam hazırdır"
Ötən il avrokubokda çıxış etmədiyimizdən, çempionat oyunlarına hazırlaşmaq üçün vaxtımız çox idi. Bu mövsüm isə elə olmayacaq. Bu sözləri "Çelsi"nin futbolçusu Eden Azar deyib. Belçikalı yarımmüdafiəçinin komandası Çempionlar Liqasının (ÇL) qrup mərhələsində ilk oyununu sabah "Qarabağ"a qarşı keçirəcək.
"Yuventus"da 3 itki
"Yuventus"un üç əsas futbolçusu Çempionlar Liqasının qrup mərhələsinin "Barselona"ya qarşı keçiriləcək ilk oyununu buraxacaq. Bu haqda klubun baş məşqçisi Massimiliano Alleqri məlumat verib. Sami Xedira və Klaudio Markizio zədə, Xuan Kuadrado isə cəza səbəbindən bu matçda iştirak etməyəcək.














