İdman

Azərbaycanlı hakimlər beynəlxalq oyunlara təyinat aldı

8 Sentyabr 2017 18:43

Azərbaycanlı hakimlər növbəti oyunlara təyinat alıb. Rəhim Həsənov UEFA Gənclər Liqasında təyinat alıb.

"Zirə"nin hücumçusu Hindistana yollandı

8 Sentyabr 2017 18:30

"Zirə" klubu futbolçusu Kervan Belforla yollarını ayırıb. 25 yaşlı hücumçu Azərbaycan Premyer Liqasında IV turun "Qəbələ" ilə oyunu üçün səfərə aparılmayıb. A.Abbasov vidalaşdıqları haitili futbolçunun bir illik müqavilə imzaladığı Hindistanın "Jamshedpour" klubunun düşərgəsinə yaxın günlərdə yollanacağını bildirib.

Aleks Ferqyusson vaxtilə Zidanın transferinə razı olmayıb

8 Sentyabr 2017 18:15

"Mançester Yunayted" 1996-cı ildə Zinəddin Zidanın transferini reallaşdırmağa yaxın olub.  "Qırmızı şeytanlar"ın sabiq katibi Martin Edvards transferin baş tutmamasına yeganə maneə kimi Erik Kantona göstərib. Onun sözlərinə görə Aleks Ferqyusson eyni mövqedə çıxış edən fransızlar arasında narazılıqdan ehtiyat edərək transferə mənfi münasibət bildirib. "Zidan və Erik eyni mövqedə çıxış edirdi.

"Qalatasaray"ın növbəti transferi

8 Sentyabr 2017 17:37

"Qalatasaray" növbəti transferini rəsmiləşdirib.  İstanbul klubu Sedrik Karrasko ilə anlaşıb. Onun məvacibi 600 min avro olacaq. Karrasko meydana çıxdığı oyunlarda klubun qazandığı hər oyuna görə 5 min avro mükafat alacaq. Təcrübəli qapıçı meydana çıxmadığı oyunlarda qazanılan hər xala görə 1.250 min avro müfakat qazanacaq.

"Traktor" son dəqiqə qolları ilə sevindi

8 Sentyabr 2017 17:10

İran kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. Təbrizin "Traktorsazi" klubu səfərdə "Padideh Şandiz" komandası ilə qarşılaşıb. "Qırmızı qurdlar" matçın 70-ci dəqiqəsində hesabda geri düşsə də, qələbə qazanmağa nail olub.

Canlı yayımlanacaq oyunların SİYAHIsı

8 Sentyabr 2017 16:07

Bu gün canlı yayımlanacaq oyunların siyahısını təqdim edir. 

""Qarabağ"ı yaxşı tanıyıram" - Braziliya millisinin sabiq üzvü

8 Sentyabr 2017 13:14

Çox çətin qrupa düşmüşük. Lakin biz öz gücümüzə bələdik.  Bunu "Roma"nın müdafiəçisi Juan Jesus deyib. İtaliya mətbuatına geniş müsahibə verən Braziliya millisinin sabiq üzvü "Roma"nın Çempionlar Liqasındakı şanslarını da dəyərləndirib. 26 yaşlı mərkəz müdafiəçisi "Çelsi", "Atletiko" və "Qarabağ"la birgə qərarlaşdıqları qrupdan çıxacaqlarına inanır.

"Qarabağ"ın ilk 3 oyununun vaxtı açıqlandı

8 Sentyabr 2017 12:54

UEFA Gənclər Liqasının qrup mərhələsində 1-ci dövrənin təqvimi açıqlanıb. Azərbaycan çempionu "Qarabağ"ın U-19 komandasının da ilk üç oyununun təqvimi müəyyənləşib. 

“Qarabağ” - “Roma” matçına 1 gündə 3 min bilet satılıb

8 Sentyabr 2017 12:17

Sentyabrın 7-si saat 17:00-dan etibarən Ağdamın “Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matçın biletləri satışa çıxarılıb. İlk gündə təxminən 3 min bilet satılıb. Azarkeşlər biletləri satış məntəqələrindən və onlayn olaraq - iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

"Qalatasaray" Arda Turanı icarəyə götürdü

8 Sentyabr 2017 11:15

"Qalatasaray" "Barselona"nın futbolçusu Arda Turanı icarəyə götürüb. Bu barədə Kataloniyanın RAC 1 radiosu məlumat verib. Türkiyə yığmasının 30 yaşlı yarımmüdafiəçisi 2 il icarə əsasında İstanbul komandasının formasını geyinəcək.

Türkiyə Super Liqasının oyunları Azərbaycanda yayımlanacaq

7 Sentyabr 2017 18:51

Azərbaycanda ilk dəfə olaraq Türkiyə Superliqasının oyunları canlı yayımlanacaq. Bu ilkə CBC Sport kanalı imza atıb. "Azərbaycana gələn gündən bu çempionatın burada yayımlanmasına çalışdım. Və budur çoxsaylı danışıqlardan sonra "Saran Holding", "Digi Türk" və AFFA-dan olan dostlarmızın köməyi ilə biz, nəhayət, bu bayramı sizə yaşada biləcəyik. "Galatasaray", "Fenerbahçe", "Beşiktaş", "Trabzonspor" kimi köklü klublarla yanaşı, Türkiyə superliqasında mübarizə aparan digər komandaların oyunlarını da təqdim edəcəyik. Həftədə 2 görüşü canlı yayımlayacağıq.

Premyer Liqa klubu PFL prezidentini məhkəməyə verir

7 Sentyabr 2017 18:36

"Mançester Siti" klubu İspaniyanın Peşəkar Futbol Liqasının (PFL) prezidenti Xavyer Tebası məhkəməyə verməyə hazırlaşır. Buna səbəb Tebasın "şəhərlilər"in transfer siyasəti ilə bağlı ittihamlarla çıxış etməsidir. PFL rəhbəri bir müddət əvvəl açıqlamasında "Mançester Siti" və PSJ-ni futboldan kənar qazanclarla əldə etdiyi gəlirləri transferlərə xərcləməkdə günahlandırmışdı. Tebas "Mançester Siti" sahibinin hissələrinin 44,3 faizini aldığı La Liqa təmsilçisi "Xirona"nın da buna alət olduğunu qeyd edib. O, ingilislərin maliyyə feyr-pley qaydalarını pozmamaq üçün heyətə düşə bilməyən gənc oyunçuları yüksək məbləğ qarşılığında "Xirona"ya icarəyə verdiyini iddia edib. Bu fikirlərdən narazı qalan "Mançester Siti" klubu iddiaların əsassız olduğunu və məsələnin məhkəmə yolu ilə həll ediləcəyini açıqlayıb.

Maksim Lopes karyerasını "Barselona"da davam etdirə bilər

7 Sentyabr 2017 18:25

"Marsel" futbol klubunun yarımmüdafiəçisi Maksim Lopes "Barselona"nın maraq dairəsindədir. Kataloniya klubunun baş məşqçisi Ernesto Valverde 19 yaşlı yarımmüdafiəçini heyətə qatmaqda maraqlıdır. "Barselona"nın məşqçilər korpusu cari mövsüm ərzində futbolçunun oyununu izləyiblər. Klub təmsilçiləri futbolçunun meneceri ilə görüşüb və danışıqlar davam etdirilir.

UEFA kuboku: "Araz"ın oyunlarının vaxtı müəyyənləşdi

7 Sentyabr 2017 18:12

Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin oyunlarının vaxtı açıqlanıb. H qrupunda mübarizə aparacaq Azərbaycan çempionu "Araz" oktyabrın  11-də Bosniya və Herseqovinanın "Mostar" klubu ilə qarşılaşacaq.  Oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Oktyabrın 12-də isə təmsilçimiz  Maltanın "Luksol Sent Endryu" klubu ilə üz-üzə gələcək. Bu görüş də Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Naxçıvan təmsilçisi oktyabrın 14-də son turun oyununda "Deva" (Rumıniya)ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.