İdman
UEFA kuboku: "Araz"ın oyunlarının vaxtı müəyyənləşdi
Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin oyunlarının vaxtı açıqlanıb. H qrupunda mübarizə aparacaq Azərbaycan çempionu "Araz" oktyabrın 11-də Bosniya və Herseqovinanın "Mostar" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Oktyabrın 12-də isə təmsilçimiz Maltanın "Luksol Sent Endryu" klubu ilə üz-üzə gələcək. Bu görüş də Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Naxçıvan təmsilçisi oktyabrın 14-də son turun oyununda "Deva" (Rumıniya)ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Yığma komandamız çempionatı 1 qızıl və 2 gümüş medalla başa vurub
Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 42, 46, 69, 76 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulub. 42 kq çəki dərəcəsində mübarizə aparan Qurban Qurbanov İtaliya və Namibiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra yarımfinalda Rusiya idmançısına da qalib gəlib və çempionatın finalına vəsiqə qazanıb. Gərgin keçən həlledici görüşdə Ukrayna idmançısına qalib gələn Qurban Qurbanov Dünya çempionatının qızıl medalını qazanıb. 46 kq-da yarışan Nihad Məmmədli də Qırğızıstan, Türkiyə və Rusiyadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib. Ancaq final görüşündə Ukrayna təmsilçisinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.
Azərbaycanı dünya çempionatından kənarlaşdırırlar
9 ölkənin yığması noyabrın 27-dən dekabrın 5-dək ABŞ-ın Anahaym şəhərində keçiriləcək ağırlıq qaldırma üzrə dünya çempionatından kənarda qalmaq təhlükəsi ilə üzləşib.
"Qarabağ"ın "Roma" və "Atletiko" ilə oyunlarının vaxtı dəqiqləşdi
UEFA Gənclər Liqasının qrup mərhələsinin I dövrəsinin təqvimini açıqlayıb. C qrupunda mübarizə aparan "Qarabağ"ın U-19 komandasının "Çelsi", "Roma" və "Atıetiko" ilə görüşlərinin vaxtı və yeri dəqiqləşib. Təmsilçimizin İngiltərədəki səfər oyunu saat 14:05-də, ilk iki ev qarşılaşması 12:00-da başlayacaq. Rəqiblərini "Azərsun Arena"da qəbul edəcək Ağdam klubunun meydançası rəsmən "Qarabağ" stadionu kimi tanınacaq. Çünki UEFA reklam tipli, sponsor adlarını ifadə olunmasını qəbul etmir.
Venqer: "Vəziyyəti düzəltmək üçün imkanlarımız var"
"Arsenal" İngiltərə Premyer Liqasının 4-cü turunda "Bournemout"la qarşılaşacaq. "Topçular"ın baş məşqçisi Arsen Venqer bu oyun ərəfəsində fikirlərini bölüşüb.
Özbəkistan millisinin erməni məşqçisi qovuldu
Özbəkistan millisinin baş məşqçisi Samvel Babayanı və köməkçilərini işindən uzaqlaşdırılıb. Ölkənin futbol federasiyası rəsmi açıqlamasında bunun səbəbi kimi məşqçilər korpusunun komandanı 2018-ci il dünya çempionatına çıxara bilməməsini göstərib.
""Arsenal"dan təklif alsam da, geri çevirdim"
"Lester"in hücumçusu Ceymi Vardi "Arsenal"ın transfer təklifinə rədd cavabı verməsindən danışıb. İngilis forvard "topçular"ın Çempionlar Liqasından kənarda qalmasını əsas səbəblərdən biri kimi qeyd edib.
"Monako" transfer əməliyyatından 283 milyon avro qazandı
Geridə qalan yay trasfer pəncərəsi "Monako" üçün maliyyə baxımından uğurlu olub. Kilian Mbappe, Temue Bakayoko, Bernardo Silva və Benjamen Mendi kimi əsas futbolçularının satışından "moneqasklar" 333 milyon avro vəsait əldə edib.
“Qarabağ” - “Roma” oyununun biletləri satışa çıxarılır – QİYMƏT
AFFA liqanın adını dəyişdi
Premyer Liqada çıxış edən “Qarabağ”, “İnter”, “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail” klublarının idman direktorları və müvafiq nümayəndələrinin iştirakı ilə iclas keçirilib.
"Qalatasaray"dan növbəti transfer
"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib. "Sarı-qırmızılar" "Karabükspor"un futbolçusu Lasmin Latovleviçini heyətinə cəlb edib. 31 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
"Çelsi"nin 50 milyonluq ulduzu Türkiyə klubunda
Bürclər – 7 SENTYABR
DÇ-2018-in matçı yenidən oynanılacaq – HAKİM SƏHVİ + VİDEO
Qayalardan suya tullanma IV mərhələ yekunlaşdı
ABŞ-da “Red Bull Cliff Diving” deyilən qayalardan suya tullanma üzrə ənənəvi dünya çempionatının dördüncü mərhələsi başa çatıb. Dünyanın ən mahir dayverləri ABŞ-ın Texas ştatında, Hell-Geytdə mübarizə aparıblar.













.jpg)
