İdman

Bu ölkə Paraolimpiya oyunlarından xaric edildi

6 Sentyabr 2017 18:02

Beynəlxalq Paraolimpiya Komitəsi 2018-ci ildə keçirilməsi planlaşdırılan oyunlardan Rusiya idmançılarını uzaqlaşdırmaq qərarı verib. Gələn il Cənubi Koreyanın Pyonqyanq şəhərində baş tutacaq oyunlardan məhz Rusiya yığmasının xaric edilməsinin səbəbi hələ ki, bəlli deyil.

Qurban Qurbanovun oğlu “Qarabağ”da

6 Sentyabr 2017 17:48

Avropa Gənclər Liqasında yarışacaq “Qarabağ”ın U-19 komandası UEFA-ya sifariş ərizəsini təqdim edib. Siyahıda 40 futbolçu yer alıb. Həmin futbolçular sırasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının olması diqqət çəkir.

"Qarabağ" 2 milyon avro mükafat aldı

6 Sentyabr 2017 17:10

“Qarabağ” klubu Çempionlar Liqasının (ÇL) “pley-off” mərhələsində qazandığı qələbə ilə əlaqədar mükafat alıb. UEFA-nın ayırdığı 2 milyon avro bonus vəsait AFFA-nın vasitəsilə “Qarabağ” klubunun hesabına köçürülüb.

lV turun oyun cədvəli açıqlandı

6 Sentyabr 2017 17:07

Topaz Premyer Liqasında IV turun oyun cədvəli müəyyənləşib. Turun görüşləri iki günü əhatə edəcək. 

"Polşa çempionatının səviyyəsi Azərbaycandan yüksəkdir"

6 Sentyabr 2017 15:49

"Qəbələ"nin sabiq futbolçusu Sergey Zenyov Estoniya mətbuatına açıqlama verib. Polşanın "Krakoviya" klubunda çıxış edən 28 yaşlı hücumçu Azərbaycan Premyer Liqası ilə müqayisədə Polşa çempionatının daha maraqlı olduğunu deyib: "Azərbaycanda yalnız iki komanda çempionluğa oynayır. Polşa çempionatının səviyyəsi çox yaxşıdır.

“Fənərbağça” “Qarabağ”ın rəqibindən hücumçu alır

6 Sentyabr 2017 14:43

Hücum xəttini gücləndirməyə çalışan "Fənərbağça" "Atletiko"nun ön xətt oyunçusu Lusiano Viettoya "elçi düşüb". "Sarı-lacivərdlilər" "transfer pəncərəsi"nin son günlərində argentinalını heyətə qatmaq niyyətindədir.

Neymardan "Barselona" prezidentinə AĞIR CAVAB

6 Sentyabr 2017 14:18

222 milyon avroya "Barselona"dan PSJ-yə transfer olunan Neymar keçmiş klubunun prezidenti Yosep Bartomeuya cavab verib. Ulduz futbolçu prezidentin atası haqqında dediklərinə sosial media vasitəsi ilə münasibət bildirib.

Arda: "Uzun fasilədən sonra özümü xoşbəxt hiss etdim"

6 Sentyabr 2017 13:44

"Xorvatiyaya qarşı sona qədər mübarizə apardıq. Taktiki cəhətdən düzgün oynadıq və yekunda hər şey planlaşdırdığımız kimi oldu". Bu sözləri Türkiyə yığmasının futbolçusu Arda Turandeyib.DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Xorvatiyanı qəbul edən "ay-ulduzlular" 1:0 hesablı qələbə qazanıblar və Rusiyada keçiriləcək  mundiala vəsiqə qazanmaq şanslarını saxlayıblar. Ölkəsinin mətbuatına açıqlama verən Arda maraqlı fikirlər səsləndirib. "Barselona"nın futbolçusu uzun fasilədən sonra xoşbəxt olduğunu bildirib: "Azarkeşlərə minnətdaram, bizə yaxşı dəstək oldular, milliyə inandıqlarını hiss etdirdilər. Yenidən bir araya gəlmək, xoşbəxt olmaq hər birimizə yaxşı təsir etdi. Çünki buna ehtiyacımız var idi. Bu ölkənin övladlarıyıq. Türkiyəyə canımız fədadı. Həm komanda yoldaşlarımı, həm də Mirça Luçeskunu təbrik edirəm. Baş məşqçi bu postda ilk qələbəsini qazandı. Ümidimizi sona qədər davam etdirəcəyik. Uzun fasilədən sonra özümü xoşbəxt hiss etdim".

Yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb

6 Sentyabr 2017 13:40

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb. “OLAYLAR”-ın AGF-yə istinadən verdiyi xəbərə görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə 50, 54, 58, 63 və 100 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparıb.  50 kq çəkidə mübarizə aparan Zaur Əliyev ardıcıl olaraq Macarıstan və İsveç güləşçilərini məğlub edib. Yarımfinalda Ermənistan təmsilçisinə də heç bir şans verməyən güləşçimiz finala yüksəlib. Yaponiya idmançısı ilə gərgin keçən final qarşılaşmasında zədəli mübarizə aparan Zaur Əliyev minimal xal fərqi ilə uduzub və dünya çempionatının gümüş medalı ilə kifayətlənib.  

Azərbaycan yığması - Millətlər Liqasının ən zəif bəndi

6 Sentyabr 2017 12:01

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının VIII oyunlarından sonra UEFA Millətlər Liqasının divizionları və səbətlərinin ilkin tərkibi açıqlanıb. 2019-cu ildə keçiriləcək yarışda komandaların alacağı yerlər son üç turnirin nəticələrinə əsasən müəyyənləşəcək. DÇ-2014 və AÇ-2016 həm seçmə, həm final, DÇ-2018-in seçmə mərhələsinin nəticələrinə əsasən hesablanan cədvələ görə 55 milli 4 liqaya bölünəcək. Hazırkı vəziyyətə əsasən Azərbaycan millisi C liqasında oynamalıdı.

"Kopenhagen"in məşqçisi "Qarabağ"a görə QOVULDU

6 Sentyabr 2017 11:03

Danimarkanın "Kopenhagen" klubunun baş məşqçisi Stole Solbakkenin əsas köməkçisi Brian Priske komandadan kənarlaşdırılıb. Klubun rəsmi saytıxəbər verir ki, 40 yaşlı mütəxəssis Yohan Lange ilə əvəzlənib.

Yaşar Vahabzadə: "Belə səhvləri heç uşaq komandaları da etməzdi" 

6 Sentyabr 2017 10:47

U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Azərbaycan - İrlandiya oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib. Fikirlərini nəzərinizə çatdırırıq: Yaşar Vahabzadə (Azərbaycan U-21 yığmasının baş məşqçisi): “İsrail yığması ilə oyunda məğlubiyyətdən sonra komanda özünü yaxşı tərəfdən göstərməyə çalışırdı. İstək var idi. Buraxdığımız səhvlərdən istiadə edən rəqib qapımıza yol tapmağı bacardı. Belə səhvləri bəlkə də heç uşaq komandaları da etməzdi. Azlıqda qalmağımız da oyunun nəticəsinə təsirini göstərdi”.