“İnter”dən qələbə, “Qəbələ” “Zirə”ni qəbul edir - YENİLƏNİR - FOTO
9 Sentyabr 2017 20:02 İdmanIV tura bu gün keçiriləcək "Qəbələ" - "Zirə" və sentyabrın 10-da baş tutacaq "Sumqayıt" - "Neftçi" oyunları ilə yekun vurulacaq. "Qarabağ"la "Səbail"in qarşılaşması isə təxirə salınıb.
Azərbaycan Premyer Liqası
IV tur
19 sentyabr
17:00. "İnter" - "Kəpəz" - 3:2
Qollar: Fuad Bayramov, 5. Adrian Skarlatake, 21. Aqşin Quluzadə, 33 - Şəhriyar Əliyev, 36. Kərim Diniyev, 37
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Asim Xudiyev
"İnter Arena"
19:37
Bu gün Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasiləy Bakıda başa çatacaq.
Belə ki, turun ilk matçı paytaxtda keçiriləcək. Çempionatın autsayderi "Kəpəz" "İnter"in qonağı olacaq. Gəncədə keçirilməli olan görüş qərblilərin arenasındakı işlərlə əlaqədar Bakıda oynanılacaq.
3 oyundan sonra qələbə həsrətində olan Şahin Diniyevin yetirmələri son pillədən qurtulmaq üçün mübarizə aparacaq. Qərblilər uduzmasa, ən azı bir günlük son pillədən uzaqlaşacaq. "İnter" isə uğursuz startdan sonra ikinci qələbəsini qazanmaq niyyətindədi. Zaur Svanadzenin yetirmələri autsayderi itkisiz keçmək iddiası ilə "döyüşəcək".
Turun mərkəzi oyunu Qəbələdə baş tutacaq. Cari mövsüm avrokuboklarda oynamış "Qəbələ" və "Zirə" əyalət təmsilçisinin meydanında qarşılaşacaq.
Hələ xal itirməyən Ayxan Abbasovun yetirmələri liderliyini qorumaq üçün məğlub olmamalıdı. "Qırmızı-qaralar" isə liderlərə çatmaq üçün mütləq qalib gəlməlidi. Roman Qriqorçukun yetirmələri bunu bacarsa, üçhakimiyyətlilik yaranacaq.
Azərbaycan Premyer Liqası
IV tur
9 sentyabr (şənbə)
"İnter" - "Kəpəz" - 3:2
Qollar: Fuad Bayramov, 5, Adrian Skarlatake, 21, Aqşin Quluzadə, 32 - Şəhriyar Əliyev, 36, Kərim Diniyev, 37
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Asim Xudiyev
"İnter Arena"
"İnter": 1. Orxan Sadıqlı, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 20. Aqşin Quluzadə, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 6. Samir Zərgərov, 19. Mirhüseyn Seyidov, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 88. Məmməd Quliyev
Baş məşqçi: Zaur Svanadze
"Kəpəz": 1.Davud Kərimi, 21. Novruz Məmmədov, 4. Şəhriyar Əliyev, 3. Dedimar Fereyra, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 16. Azər Məmmədov, 12. İlyas Səfərzadə, 10. Tural Rzayev, 20. Samba Dialo, 8. Viktor Oseqeyl
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 15. Azad Kərimov, 6. Ceyhun Cavadov, 11. Kamran Abdullazadə, 7. Sergey Çernışev, 18. Tural Cəlilov, 14. Fərid Məmmədov, 2. Yusif Cəfərov
Baş məşqçi: Şahin Diniyev
20:30. "Qəbələ" - "Zirə"
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
1.
Zirə
3
3
0
0
8-2
9
2.
Qarabağ
3
3
0
0
6-2
9
3.
Qəbələ
3
2
0
1
4-3
6
4.
İInter
3
1
0
2
2-3
3
5.
Sumqayıt
3
1
0
2
3-5
3
6
Səbail
3
1
0
2
2-3
3
7.
Neftçi
3
0
1
2
1-4
1
8.
Kəpəz
3
0
1
2
1-5
1
Bombardir: Mahir Mədətov ("Qarabağ") - 3 qol