"Qarabağ"ın baş məşqçisi olduğum üçün fəxr edirəm" — Qurban Qurbanov
13 Sentyabr 2017 09:36 İdman"Çempionlar Liqasının qalibi olmağa namizəd bir komanda ilə oynadıq, "Çelsi"nin gücü hər kəsəməlumdur".
Ölkə.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" iləsəfər oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O, London klubuna 0:6 hesabı ilə uduzmalarını turnirdə təcrübələrinin olmamaları iləəlaqləndəririb:
"Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuz olmağı ilə bağlıdır. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir. "Qarabağ"ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticəçıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. "Çelsi" və Antonio Konteni də qələbə münasibəti ilətəbrik edirəm".