Totti Bakıdan imtina edib, Tiflisə yollanır
Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq "Roma" bu gün Bakıya gəlir. "Canavarlar"ın əfsanəvi kapitanı Françesko Tottisəfərə gələcək heyətdən çıxarılıb. Buna səbəb cari mövsümün əvvəlindən karyerasını başa vuraraq paytaxt təmsilçisində rəhbər vəzifəsinə təyin edilən Tottinin sabah doğum gününün olmasıdı. Sabah 41 yaşı tamam olacaq əfsanəvi futbolçu bunu ailəsi və dostları ilə birgə qeyd etmək istədiyini bildirib. Bu üzdən Tottinin Bakıya gəlişi baş tutmayacaq.
26 Sentyabr 2017 12:25 İdmanÇempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq "Roma" bu gün Bakıya gəlir. "Canavarlar"ın əfsanəvi kapitanı Françesko Tottisəfərə gələcək heyətdən çıxarılıb. Buna səbəb cari mövsümün əvvəlindən karyerasını başa vuraraq paytaxt təmsilçisində rəhbər vəzifəsinə təyin edilən Tottinin sabah doğum gününün olmasıdı. Sabah 41 yaşı tamam olacaq əfsanəvi futbolçu bunu ailəsi və dostları ilə birgə qeyd etmək istədiyini bildirib. Bu üzdən Tottinin Bakıya gəlişi baş tutmayacaq.
Əvəzində sabiq yarımmüdafiəçi sentyabrın 29-da Gürcüstana yollanacaq. "Milan"ın sabiq müdafiəçisi Kaxa Kaladzenin dəvətlisi olan Totti Tiflisdə İtaliya veteranları ilə seçmə veteranlar arasındakı görüşdə meydana çıxacaq.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" matçı saat 20:00-da başlayacaq. Apasport.az