“Qarabağ” – “Roma” oyununa 3 min polis cəlb edilib
27 Sentyabr 2017 11:36 İdmanBu gün Çempionlar Liqasının qrup mərhələsində İtaliyanın "Roma" klubu ilə qarşılacaq "Qarabağ"ın oyunu üçün Bakı şəhərində təhlükəsizlik tədbirləri yüksək həddə çatdırılıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu məqsədlə oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda qərargah yaradılıb. Oyunun təhlükəsizliyinə polis və daxili qoşun qüvvələri də daxil olmaqla 3000-dən artıq heyət cəlb olunub. Qərargaha Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov rəhbərlik edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31