İdman
Azərbaycan gimnastı Dünya Kubokuna sahibləndi
29-30 sentyabr tarixlərində Portuqaliyada (Lole) baş tutan Dünya Kubokunda tamblinq üzrə yığma komandamızın üzvü Mixail Malkin qələbəyə imza atıb. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, 20-dən çox ölkənin iştirak etdiyi turnirin təsnifat mərhələsində özünə əmin çıxışları ilə diqqətləri cəlb edən gimnastımız hakimlərdən ən yüksək xal alaraq, final mərhələsinə vəsiqə qazanıb. Həlledici mərhələdə də öz proqramını qüsursuz icra edən Malkin bütün rəqiblərini geridə qoyaraq, Dünya Kubokunun qızıl medalını əldə edib.
Yeddinci turda ən çox azarkeş cəlb edən matç
Topaz Premyer Liqasının 7-ci turunu sadiondan izləmiş azarkeş sayı bəlli olub. Turda ən çox azarkeş "İnter Arena"da qeydə alınıb. Burda baş tutmuş "İnter" - "Neftçi" matçını (0:2) 3500 tamaşaçı tribunalardan izləyib. Ən az azarkeş Qəbələ şəhər stadionunda qeydə alınıb. 175 tamaşaçı "Kəpəz"in "Qəbələ" üzərində 2:0 hesablı qələbəsinin canlı şahidi olub.
Bakıda Dünya Boks Şurasının 55-ci Konvensiyasının açılış mərasimi keçirilib
Bu gün Bakıda Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının açılış mərasimi təşkil olunub. Məlumata görə, 164 üzv ölkə rəsmisinin qatıldığı tədbirdə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Boks Federasiyasının prezidentiKəmaləddin Heydərov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, WBC-nin prezidenti Maurusio Süleyman, Avropa Boks İttifaqının rəhbəri Bob Loqist, tanınmış boksçular - Evander Holifild, Vitali Kliçko, Bernard Hopkins, Nasim Hamed, Karlos Sarate, Kostya Tszyu, Yuri Arbaçakov, Srisaket Sor Runqvisaya və digər şəxslər iştirak ediblər.
Mövsümdə ilk yaşandı
Azərbaycan Premyer Liqasının VII turunun oyunlarından sonra bir futbolçu cəzalı duruma düşüb. "Neftçi"nin futbolçusu Kiril Petrov növbəti turu buraxmalı olacaq. Buna səbəb onun mövsümdə 4-cü dəfə sarı vərəqə almasıdı. "İnter"lə qarşılaşmada aldığı xəbərdarlıq ukraynalı üçün 4-cü olub.
Azərbaycan - Çexiya: hakim təyinatları açıqlandı
DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Çexiya oyununun hakimləri açıqlanıb. Matçı Fransa Futbol FederasiyasındanBenoit Millot idarə edəcək. Ona Julyen Paseli və Bertran Juannu köməklik edəcək. Dördüncü hakim funksiyasını Frank Şnayder yerinə yetirəcək.
"Ünvanıma səslənən komplimentlərə fikir verməməyə çalışıram"
İtaliyalı hücumçu Mario Balotelli ötən yay "Nice" ilə müqavilə imzalamasını yada salıb. Balotelli bunları deyib: "Hər şey sadədir. Qalmağımın səbəbi burda özümü xoşbəxt hiss etməyimdir. Komanda yoldaşlarımdan, azarkeş və məşqçidən razıyam. Ötən il "Nice" ilə müqavilə imzlayanda sonra nə olacağını bilmirdim.
Fransa çempionatında qəribə hadisə – VİDEO
"Barselona" La Liqada at oynadır: 7 oyun, 7 qələbə
Futbolçu oyundan əvvəl vəfat etdi
Gürcüstan təmsilçisi “Zuqudidi”nin qapıçısı Şota Maminaşvili vəfat edib. "Çərçivə qoruyucusu” “VİT Corciya” ilə oyundan əvvəl isinmə hərəkətləri edərkən huşunu itirib. Onu təcili xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar qarşılaşma təxirə salınıb.
Azərbaycana rəqib oldu
Bu gün qadın voleybolçular arasında Avropa çempionatının yarımfinal mərhələsinin sonuncu oyununda Türkiyə və Serbiya yığmaları qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən matçın qalibi Serbiya millisi olub. Hər üç setdə türkiyəli voleybolçulardan üstün olan Serbiya millisi oyundan qalib ayrılıb.
Futbol maçında tribuna çökdü: 20 yaralı
“Barselona” İspaniya çempionatından ayrıla bilər
Xorvatiya azarkeşlərindən BİABIRÇILIQ
UEFA Avropa Liqası çərçivəsində təşkil edilən “Milan”-“Rijeka” matçı öncəsi xorvatiyalı azarkeşlər Milan şəhərində biabırçılıq törədib. Qonaq azarkeşlər “Duomo” meydanına yığışaraq nümayişlər keçirib. Meydanda məşəllər yandıran xorvat azarkeşləri şəhəri dumana bürüyüb. Bununla da ürəkləri soyumayıb, vandallıq etməyə başlayıblar. Meydanda yerləşən II Emmanuel Vittorio heykəlinin üzərinə çıxan bir azarkeş şalvarını soyunaraq yoldan keçənlərə arxasını göstərib. Təhlükəsizlik qüvvələrinin səylərinə baxmayaraq, azarkeşlər metro stansiyasını da tüstü içində qoyub. Zərər görən “Qaribaldi” stansiyası istifadəyə bağlanıb.
Ramos: "Pikenin atdığı tvit yersiz idi"
"Barselona"nın müdafiəçisi Jerar Pike Kataloniyanın müstəqilliyini dəstəkləyir. O, Tvitter-də bu barədə paylaşım edib. Pikenin bu hərəkətinə milli komanda yoldaşı Serxio Ramos münasibət bildirib. "Pike oyunlarda fitə tutulmasını istəmirsə, atdığı tvit yersiz idi. Kapitan kimi millidə lazımi atmosferin olmasına çalışıram. Pike bu fikrini düzgün vaxtda yazmayıb" - Ramos deyib.
"Montella Ançelottidən daha gənc və onun qədər istedadlıdır"
"Milan"ın idman direktoru Massimiliano Mirabelli Karlo Ançelottinin "Bayer Munix"dən istefaya göndərilməsinə münasibət bildirib. İtalyan funksioner bunları deyib: "Ançelotti özünü dünyanın ən yaxşı məşqçilərindən biri kimi göstərib.














