İdman

İtaliya millisinin yeni loqosu - Şəkillər

3 Oktyabr 2017 18:14

İtaliya Futbol Federasiyası yeni loqosunu ictimaiyyətə təqdim edib. Yeni loqoda ölkənin dünya kubokundakı qalibiyyətini təmsil edən 4 ulduz yuxarı hissədə yer alıb. Yeni loqo İtaliyanın bütün futbol milli komandalarının formasında olacaq. 

Van Persinin məvacibini FİFA ödəyəcək

3 Oktyabr 2017 18:11

"Fənərbağça"nın futbolçusu Van Persinin millidə aldığı zədəsi 28 günü keçib. Bu səbəbdən də futbolçunun aylıq maaşı FİFA tərəfindən ödəniləcək.

Marseloya vergi ittiihamı

3 Oktyabr 2017 17:56

"Real"ın futbolçusu Marselo İspaniyada vergidən yayınmaqda ittiham olunur. O, 2013-cü ildə vergidən yayınmaqda şübhəli bilinir. Ölkənin vergi orqanlarının Marselodan 400 min avro tələb etdiyi bildirilib.

Ramos və Pike arasında dava düşüb

3 Oktyabr 2017 17:53

İspaniya milli komandasının futbolçuları Serxio Ramos və Jerar Pike arasında məşq zamanı dava düşüb. Məlumata görə, buna Kataloniyanın İspaniyadan ayrılıb müstəqilliyini elan etməsi ilə bağlı referendum səbəb olub. “Real Madrid”in kapitanı olan Ramos “Barselona”nın formasını geyinən Pikeni yığmanın düşərgəsində əhval-ruhiyyəni pozmaqda ittiham edib.

Milyonlarla azarkeş üçün Qarabağ artıq Ermənistan deyil

3 Oktyabr 2017 12:39

ABŞ-ın tez-tez "kölgə MİK-si" adlandırılan "Stratfor" kəşfiyyat-analitik şirkəti Azərbaycanın "Qarabağ" futbol klubunun Çempionlar Liqasının qrup mərhələsində çıxışına həsr edilmiş məqalə dərc edib.

Ən yaxşılar seçildi - Bu dəfə siyahıda Beyl yox idi

3 Oktyabr 2017 12:06

Uels Futbol Assosiasiyası ölkədə 2017-ci ilin ən yaxşı futbolçularının adını açıqlayıb. "Real"ın yarımmüdafiəçisi Qaret Beyl 5 ildən sonra ölkəsinin ən yaxşı oyunçusu seçilməyib.

Futbolçu elə yerindən zədə aldı ki, ömürlük bədbəxt oldu - VİDEO 

3 Oktyabr 2017 12:05

Bosniya və Herseqovinanın futbol çempionatında xoşagəlməz hadisə baş verib.  "Zrinjski Mostar" futbol klubunun bosniyalı futbolçusu Marin Galic "Sloga" ilə matç zamanı ağır zədə alıb. Ayaqlarının arasından təpik zərbəsi alan futbolçu əməliyyat olunub. Əməliyyatla onun bir xayası götürülüb.

“Azərbaycanla oyuna çağırıldığımı biləndə təəccübləndim”

3 Oktyabr 2017 11:50

Milliyə dəvət aldığı biləndə təəccübləndim. Bu sözləri Çexiya yığmasının futbolçusu Yan Şikoradeyib.  Çexiyalılar DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də millimizi qəbul edəcəklər. Baş məşqçi Karel Yarolimin açıqladığı ilkin heyətdə Şikora yer almasa da, Teodor Gebre-Selassie və Milan Şkodanın yığmadan kənarlaşdırılmasından sonra millinin düşərgəsinə cəlb olunub.

"Araz" UEFA Kubokunda mübarizə aparacaq

3 Oktyabr 2017 11:49

11-14 oktyabr tarixlərində Rumıniyanın Deva şəhərində 2017-2018-ci il UEFA Futzal Kubokunun seçmə mərhələsinin oyunları keçiriləcək.  Deva şəhərinin İdman sarayında təşkil olunacaq yarışda VIII qrupda yer alan Azərbaycan çempionu "Araz" (Naxçıvan) "Luksol St Endryus" (Malta), "Mostar" (Bosniya və Herseqovina) və meydan sahibi "FC Deva" klubları ilə qarşılaşacaq.

Verner Almaniya millisindən uzaqlaşdırıldı

3 Oktyabr 2017 11:22

Almaniya millisində növbəti itki baş verib. Hücumçu Timo Verner komandadan uzaqlaşdırılıb. Buna səbəb gənc forvardın Çempionlar Liqasının qrup mərhələsində "Beşiktaş"la səfər matçında xəsarət alması göstərilib. Belə ki, "Leypsiq"in 0:2 hesabı ilə məğlub olduğu görüşdə azarkeşlərin səsindən qulağı batan və boyun əzələsində ağrılar hiss edən Verner Bundesliqanın ötən turunda "Köln"lə matçı buraxmışdı.

"Barselona" La Liqanı tərk edə bilər

3 Oktyabr 2017 11:21

"Barselona" prezidenti Josep Maria Bartomeu Kataloniyanın müstəqillik əldə edəcəyi təqdirdə La Liqanı tərk etmək imkanını müzakirə edəcəyini söyləyib. "Barsa" son La liqa matçını "Camp Nou"da qapalı qapılar arxasında "Las Palmas" üzərində 3-0 qazanaraq keçirib.

Sarı kart alan futbolçu oyundan qovuldu

2 Oktyabr 2017 19:35

Transfer mövsümünün başlanğıcında Türkiyənin “Beşiktaş” klubundan Fransanın “Lyon” klubuna transfer edilən Marselo Quedes çıxdığı son matçdan qəribə formada qovulub.

Evander Holifild: Boksu daha da təkmilləşdirmək lazımdır

2 Oktyabr 2017 18:57

Azərbaycan gözəl ölkədir və buraya bir daha qayıtmaq istəyirsən. Bunu  boks üzrə superağır çəkidə dördqat dünya çempionu, ikiqat mütləq dünya çempionu Evander Holifild deyib.

Frank Riberi ciddi zədə alıb

2 Oktyabr 2017 18:38

“Bavriya”nın futbolçusu Frank Riberi ciddi zədə alıb. Məlumata görə, fransalı yarımmüdafiəçinin Bundesliqanın son turunda “Herta” ilə oyunda diz bağları zədələnib.

Ronaldunun 22 zərbəsindən heç biri qol olmayıb

2 Oktyabr 2017 14:45

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldu "Espanyol"la oyunda (2:0) məhsuldar ötürmənin müəllifi olub. Portuqaliyalı ulduz bu mövsüm La Liqada qol hesabını hələ aça bilməyib. 32 yaşlı forvard cəza səbəbindən ilk 4 turda meydana çıxmamışdı. Ronaldo son 3 oyunda rəqib qapılarına 22 dəqiq zərbə endirsə də, qapıçılar onun fərqlənməsinə imkan verməyiblər.