İdman
Azərbaycan millisi Çexiyaya qarşı
Bu gün futbol üzrə Azərbaycanın milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya yığması ilə qarşılaşacaq. Millinin baş məşqçisi Robert Prosineçki start heyətdə Kamran Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov, Rahid Əmirquliyev, Riçard Almeyda, Əfran İsmayılov, Cavid Hüseynov, Dmitri Nazarov və Ruslan Qurbanovun meydana çıxacaqlarını deyib.
"Atletiko" kataloniyalı azarkeşləri stadiona buraxmayacaq
İspaniya La Liqasında 14 oktyabrda keçiriləcək "Atletiko" - "Barselona" matçı öncəsi Madrid təmsilçisi gözlənilməz qərar alıb. Klub rəhbərliyi "Barselona" azarkeşləri üçün nəzərdə tutulan biletlərin satışa çıxarılmayacağını açıqlayıb. Səbəb olaraq klubun yeni stadionu "Vanda Metropolitano" istiqamətində nəqliyyat problem göstərilib.
"Məni 2 dəfə fikrimdən daşındırdılar: daha bəsdir!"
UEFA "Spartak"a qarşı intizam işi açdı
Rusiyanın "Spartak" klubuna qarşı intizam işi açıb. Moskva təmsilçisi Çempionlar Liqasının II turu çərçivəsində İngiltərənin "Liverpul" komandası ilə ev oyunu zamanı intizam reqlamentinin 3 bəndini pozmaqda ittiham olunur.
Ramil Quliyev Avropanın ən yaxşı kişi atleti arasında
Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı Ramil Quliyev Avropanın ən yaxşı kişi atleti adına namizədlərdən ibarət qısa siyahıya düşüb. 27 yaşlı idmançı 2017-ci ilin ən yaxşı 3 atleti sırasında yer alıb. Digər namizədlər isə fransalı onnövçü Kevin Mayerlə almaniyalı nizə atıcısı Yohannes Fetteldir.
Totti məşqçilik kursunu yarımçıq qoydu
"Roma"nın əfsanəvi kapitanı Françesko Totti məşqçilik lisenziyası almaq üçün qeydiyyatdan keçdiyi kursu yarımçıq qoyub. Bu barədə İtaliya Məşqçilər Assosiasiyası məlumat yayıb. Bildirilir ki, Totti bu dönəmdə kursa getməsinin mümkün olmadığını və bu səbəbdən belə addım atdığını quruma söyləyib. Tottinin yerinə kursa "Roma"nın digər sabiq futbolçusu Simone Perrotta gedəcək.
Mourinyonun adına küçə verildi
"Mançester Yunayted"in portuqaliyalı baş məşqçisi Joze Mourinyo dünən doğma şəhəri Setubala gedib. Mourinyonun doğulduğu şəhərdə onun adına küçə verilib. Mütəxəssis küçənin açılış mərasimində iştirak etmək üçün Setubala gedib. Əvvəllər "Rua da Saude" adlanan küçə bundan sonra "Avenida Jose Mourinho" olacaq. Mourinyo məsələ ilə bağlı fikirlərini bildirib: "Setubal dünyanın yeganə şəhəridi ki, burda mən özüm ola bilirəm
"Fənərbağça" dünya ulduzunu heyətinə qatır
"Fənərbağça" yeni transferlər etməyi düşünür. İsmayıl Köybaşı və Həsən Əli Kaldırımdan gözlənilən nəticəni ala bilməyən klub rəhbərliyi müdafiənin soluna yeni namizəd tapıb. İstanbul klubunun "Mançester Yunayted"in hollandiyalı ulduzu Deley Blind üçün danışıqlara başladığı iddia edilir. Müqaviləsi mövsümün sonunda bitəcək olan Blind üçün "Fənərbağça" yanvar ayında ingilis nəhənginə az miqdarda pul ödəyərək oyunçunu icarə əsasında öz heyətinə qatmaq istəyir. Mövsümün sonunda isə oyunçunu uzun müddətli müqavilə ilə komandaya qatmaq planlarını qurur.
“Qarabağ”a şok yaşadan futbolçu: "Bu, karyeramda ən yaddaqalan hadisədi"
Yenidən Bakıda olduğum üçün şadam. Bu sözləri Çexiya yığmasının futbolçusu Yan Şikoradeyib. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığmasının qonağı olacaq çexlərin ölkəmizə gələn heyətində Şikora da yer alır. Bu, 24 yaşlı yarımmüdafiəçinin Bakıya ikinci səfəridi. Belə ki, Şikora sabiq komandası "Slovan"ın ötən il Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirdiyi matçın (2:2) da iştirakçısı olub. 10,69-cu saniyədə fərqlənən futbolçu Avroliqanın tarixində ən erkən qola imza atıb.
Ronaldodan alqışalayiq addım: "Qızıl top"u onlar üçün satdı
Madrid “Real”ının ulduz futbolçusu Kriştiano Ronaldo 2013-cü ildə qazandığı “Qızıl top”u hərrac vasitəsi ilə satıb. “Make-A-Wish” adlı yardım təşkilatının təşkil etdiyi gecədə baş verib. Portuqaliyalının “Ballon d’Or”unu İsrailin ən varlı şəxslərindən olan İdan Ofer 600 min avroya satın alıb.
Fransada futbol qarşılaşmasından əvvəl terrorun qarşısı alındı
Futbol üzrə Fransa çempionatının VIII turu çərçivəsində keçirilən PSJ - "Bordo" oyunundan qabaq terror aktının qarşısı alınıb. Matçın baş tutduğu "Park de Prens" stadionunda mobil telefon zəngi ilə işə salınmağa hazır olan bomba aşkarlanıb. Fransanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı 5 şübhəli şəxsi həbs edib. Onlardan biri əvvəlcədən nəzarət altında olub.
"Fantastik məşqçidi, amma kişi deyil" - İbrahimoviçin məşhur sitatları
Bu gün "Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç üçün xüsusi gündü. Dünya futbolunda özünəməxsus yeri olan forvard 36 yaşını qeyd edir. Karyerası ərzində daim aparıcı klublarda çıxış etmiş "İbra" meydandakı oyunu, vurduğu qollarla yanaşı, açıqlamaları ilə də tez-tez diqqət mərkəzinə düşməyi bacarır. Bu yazıda İsveç yığmasının sabiq üzvünün müxtəlif vaxtlarda dediyi maraqlı fikirlərə yer verdik...
Qvardiola: "Mən olsam, bu oyuna çıxmazdım"
"Mançester Siti"nin baş məşqçisi Qvardiola Kataloniyada baş verənlərə rəğmən "Barselona" - "Las Palmas" matının təxirə salınmamasını tənqid edib. "Barselona"nın sabiq çalışdırıcısı Katalon mətbuatına açıqlamasında belə deyib: "Bu oyun keçirilməməli idi. Madam ki, oynamağa qərar verilib, o zaman azarkeşlər də stadionda olmalı idi. Mən olsam, bu oyuna çıxmazdım".
"Barselona"nın yarımmüdafiəçisi əməliyyat olundu
"Barselona"nın futbolçusu Rafinya Alkantara sağ dizindən əməliyyat olunub. 24 yaşlı yarımmüdafiəçinin bərpa müddətinin 2 ay çəkəcəyi bildirilib. Onun 2018-ci ilin əvvəlində "Barsa"da məşqlərə başlayacağı gözlənilir.
Evans Azərbaycana güvənir
Bizi Almaniya ilə ağır oyun gözləyir. Bu matç Şimali İrlandiya üçün taleyüklüdü.Bunu Şimali İrlandiya yığmasının müdafiəçisi Conni Evans deyib. DÇ-2018-in seçmə mərhələsinin C qrupunda yer alan Britaniya təmsilçisi sona 2 tur qalmış aktivində 19 xalla ikinci pillədə qərarlaşıb. Almaniya millisindən 5 xal geri qalan Maykl Onilin yetirmələri oktyabrın 5-də məhz Bundestimi qəbul edəcək.














