İdman
Azərbaycanda ilk dəfə olaraq Dünya Robot Olimpiadasının seçim yarışı keçiriləcək
7 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi və AREA (Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası) ilə birlikdə Bakı Olimp İdman Kompleksində ilk dəfə olaraq Dünya Robot Olimpiadası üzrə Azərbaycan seçim yarışı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”=a GİN-dən daxil olub. Bildirilib ki, yarışda 8-19 yaşlı gənclərimiz aşağıdakı kateqoriyalar üzrə mübarizə aparacaqlar:
Cavid Hüseynov: "Öz oyunum bərbad idi"
Məğlubiyyət həmişə acı olur. İstərdik ki, azarkeşlərimiz önündə qələbə qazanaq. Bunun üçün əlimizdən gələni edirdik. Sadəcə, alınmadı. Bu sözləri millimizin futbolçusu Cavid Hüseynov DÇ-2018-in seçmə mərhələsində Çexiyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Boks üzrə gənclərdən ibarət komandamız son sınaq döyüşlərini keçirəcək
Boks üzrə gənclərdən ibarət Azərbaycan yığması Avropa birinciliyinə hazırlığı davam etdirir. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Vaqif Şirinovun başçılıq etdiyi komanda təlim-məşq toplanışının son hissəsini Boks Mərkəzində keçir. Nalçik şəhərində təşkil olunmuş beynəlxalq turnirdə ikinci yeri tutan millimiz plana uyğun olaraq, gündə 2 və ya 3 məşqə çıxır.
Rekord müəyyənləşdirdi - İndi söz Ronaldunundu
Polşa yığması DÇ-2018-in seçmə mərhələsində səfərdə Ermənistana 6:1 hesabı ilə qalib gəlib. Polşa yığmasının hücumçusu Robert Levandovski bu oyunda het-trik edib. Bununla da o, cari seçmə mərhələdə vurduğu qolların sayını 15-ə çatdırıb.
Rekord müəyyənləşdirdi - İndi söz Ronaldunundu
Polşa yığması DÇ-2018-in seçmə mərhələsində səfərdə Ermənistana 6:1 hesabı ilə qalib gəlib. Polşa yığmasının hücumçusu Robert Levandovski bu oyunda het-trik edib. Bununla da o, cari seçmə mərhələdə vurduğu qolların sayını 15-ə çatdırıb. Levandovski bu nəticə ilə rekord müəyyənləşdirib. Əvvəlki rekord Almaniya yığmasının sabiq üzvü Herd Müllerə məxsus olub. O, 14 qol vurub. Maraqlıdı ki, Portuqaliya yığmasının hüçumçusu Kriştianu Ronaldu da cari seçmə mərəhələdə 14 qol vuraraq, Müllerə çatıb.
“Qarabağ”ın rəqibindən ŞOK açıqlama - Azarkeşlərə bilet satılmayacaq
Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Madridin "Atletiko" klubu "Barselona" ilə keçirəcəyi oyunla bağlı gözlənilməz qərar qəbul edib. Oktyabrın 14-də keçiriləcək matçda klub qonaq komandanın azarkeşlərinə bilet satmayacaq."Sky Sports" portalının verdiyi məlumata görə, “Atletiko” bu qərarı klubun yeni stadionu olan "Vanda Metropolitano"nun nəqliyyat problemləri ilə əlaqələndirib.
AFFA Rəşad Sadıqova xatirə hədiyyəsi verdi
AFFA prezidenti Rövnəq AbdullayevAzərbaycan milli komandasının heyətində sonuncu - 111-ci oyununa çıxan kapitan Rəşad Sadıqova xatirə hədiyyəsi verib. Sssosiasiya rəhbəri 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiyaya qarşı vida matçına çıxan 35 yaşlı müdafiəçiyə yığmanın üzərində 111 yazılmış formasını təqdim edib.
"Çelsi"nin futbolçusu: "Hazar məndən komandada qalmağımı istədi"
"Çelsi"nin futbolçusu Mişi Batşuayi ötən yay klubda həmyerlisi Eden Hazarın məsləhəti ilə qaldığını etiraf edib. Məlumata görə, belçikalı hücumçu bunları deyib: "O, mənə dostcasına məsləhət verdi.
""Barselona"da Paulinyo özünü göstərə biləcək"
Braziliyanın baş məşqçisi Tite 29 yaşlı Paulinyonun "Barselona" klubuna transferi haqqında danışıb.Təcrübəli mütəxəssis bunları deyib: "Fikrimcə, Paulinyo inkişaf edir. Onun səviyyəsi artır. Mənim fikrimcə, "Barselona"da dəstək və əmkdaşlıq atmosferi hökm sürür. O, yaxşı intuitsiya və oyun oxumaq qabiliyyətinə malikdir. Başqa güclü tərəfləri də var. Buna görə "Barselona"da Paulinyo özünü göstərə biləcək".
AFFA "Qəbələ"ni cərimələdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda aşağıdakı qərar qəbul edilib: Topaz Premyer Liqasının 7-ci turunun "Qəbələ" - "Kəpəz" matçında "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
"Renat 1 milyon avroya yığmaya cəlb edilib" - Çex mətbuatı
Azərbaycan millisi bu gün DÇ - 2018-in seçmə mərhələsində Çexiyanı qəbul edəcək. Bu maçt ərəfəsində Çexiya saytlarının birində ölkəmizdəki milliləşdirmə siyasəti ilə bağlı yazı dərc olunub. "Dili bilməyirsən? Vacib deyil. Bizim üçün futbol oynaya bilərsən. Braziliyalı indi Azərbaycana məxsusdu" sərlövhəli məqalədə milliləşdirilmiş futbolçular - Riçard Almeyda və Renat Dadaşov haqqında danışılıb.
Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtı bilindi
Futbol üzrə Azərbaycan Kubokunun 2017/2018 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. 18 komandanın qatılacağı tədbir oktyabrın 6-da AFFA-nın inzibati binasında keçiriləcək. Mərasim saat 13:00-da başlayacaq.
"Qarabağ"ın rəqibində itki
"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Roma"da itki baş verib. "Canavarlar"ın yarımmüdafiəçisi Lorenzo Pelleqrinisıradan çıxıb. Belə ki, DÇ-2018-in seçmə mərhələsində Makedoniya və Albaniya ilə oyunlar üçün İtaliya millisinə dəvət edilən 21 yaşlı yarımmüdafiəçi yığmanın düşərgəsində zədələnib. Əzələsində ağrı hiss edən gənc oyunçunun təxminən 10 gün futbol oynaya bilməyəcəyi açıqlanıb. Pelleqrininin A seriyasının növbəti turunda oktyabrın 14-də "Napoli"yə qarşı keçiriləcək matça yetişməsi gözlənilir.
Klub prezidenti bankın istədiyi 80 avronu futbolçudan aldı
"Kayserispor"la müqaviləsini birtərəfli qaydada pozaraq ayrılan braziliyalı futbolçu Velliton Birləşmiş Ərəb Əmirliklərinin "Əl Şaryah" klubuna transfer oluna bilmək üçün Türkiyə təmsilçisinə 1,5 milyon avro ödəmişdi. "Kayserispor" prezidenti Erol Bedir transferlə bağlı maraqlı bir məqamı açıqlayıb.
"Bavariya" yenə də "xilaskar"a müraciət etdi
"Bavariya" baş məşqçi problemini həll etməkdə çətinlik çəkir. İndi də Münhen nəhənginin Yupp Haynkesə müraciət etdiyi bildirilir. 72 yaşlı mütəxəssisdən mövsümün sonuna qədər komandaya rəhbərlik etmək xahiş olunub.














