İdman
"Araz"ın qapıçısı: "Artıq özünmüzdəki oyuna köklənməliyik"
"Oyuna gözlədiyimizdən də yaxşı başladıq. Artıq 25-ci saniyədə qol vurduq. Erkən qol vurmağımız və hesabı xeyrimizə dəyişməyimiz əlavə üstünlük oldu. Rəqib isə üzərimizə gəlməyə başladı. Nəticədə oyunumuzu diqtə etmək üçün şərait yarandı. Düzdür, rəqib hesabı bərabərləşdirdi, amma dərhal növbəti qolu vurduq. Fasiləyə qədər davamını gətirdik və üstünlüyümüzü 2 top çatdırdıq".
“Real” sürpriz trensferini açıqladı - Onun əvəzinə 3 futbolçusunu verəcək
Madridin “Real” klubu heyətinə yeni ulduz qatmaq niyyətindədir. Klub nəyin bahasına olursa-olsun "Tottenhem"in gənc ulduzu Harri Keyni transfer etmək istədiyini açıqlayıb. Hətta "Real" H.Keynin qarşılığında 3 ulduzunu "Tottenhem"ə təklif edəcəyini bildirib. Onlar Kərim Benzema, Qaret Beyl və “Qızıl Top”a namizəd olan Luka Modriçdir.
Türkiyənin olimpiya mükafatçısına silahlı hücum
2016-cı ildə Rioda keçirilən Olimpiya oyunlarında bürünc medal qazanan idmançıya silahla hücum edilib. Güləşçi Cenk İldem yolda baş verən mübahisə zəmnində hücuma məruz qalıb. Cenk İldem 98 kilo çəki dərəcəsi üzrə bürünc medala sahib olmuşdu.
ABŞ-ın kənarda qaldığı mübarizədə Fələstin rekord vurdu
Futbol üzrə Dünya Kubokunun Şimali Amerika seçimləri başa çatıb. Səfərdə “Trinidad Tobaqo” komandasına 2-1 hesabı ilə məğlub olan ABŞ yığması Dünya Kubokuna qatılma şansını əldə edə bilməyib.
Rəşad Sadıqov "Range Rover"lə qəzaya düşdü
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törədib. Hadisə bu gün baş verib. Belə ki, Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov, "Neftçi" ilə oyundan qayıdarkən qəza törədib.
UEFA-nın ayırdığı vəsait klublarımızın hesabına köçürüldü
UEFA-nın ayırdığı vəsait klubların hesabına köçürülüb. Məlumata görə, 2017-2018-ci il mövsümündə UEFA Avropa Liqası turnirində iştiraka görə UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada aşağıda göstərilmiş klubların hesabına köçürülüb:
"Qarabağ"ın rəqibi: "Qrup birincisi olmağa layiqik"
Çempionlar Liqasında ilk mövsümümdü. Bu turnirdə iştirak etmək çox xoşuma gəlir. Bu sözləri "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante deyib. Çempionlar Liqasının (ÇL) cari mövsümündə əvvəlcə "Qarabağ" (6:0), ardınca isə "Atletiko"ya (2:1) qalib gələn "zadəganlar" hazırda C qrupuna başçılıq edirlər.
“Barselona”nın yeni hədəfi bəlli oldu: 100 milyonluq transfer gəlir
İspaniyanın “Barselona” klubu yeni transfer hədəfini müəyyənləşdirib. Katalonlar "Atletiko" klubunun ulduzu Antonio Qrizmanı heyətinə qatmaq istəyir. J.Neymarın “PSJ”-yə transferinə əngəl ola bilməyən klub A.Qrizmanın transfer müqaviləsindəki sərbəst qalma maddəsindən istifadə edəcək. “Barselona” həmin maddəyə əsaslanaraq, 100 milyon avro ödəyəcək və fransalı ulduzun transferini gerçəkləşdirəcək.
AFFA-dan Prosineçkinin qərarı haqda: Gedəni saxlamazlar
“Məsəl var – gedəni saxlamazlar. Robert Prosineçki getmək fikrindədirsə, AFFA rəhbərliyinin onu saxlaya biləcəyinə inanmıram”. Bunu açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin postunda işini davam etdirmək istəməməsinə münasibət bildirərkən deyib.
“Barselona”nın sabiq futbolçusu həbs edildi
2001-2005-ci illərdə “Barselona”da çıxış etmiş braziliyalı futbolçu Fabio Roşembak xoruz döyüşdürdüyü üçün həbs olunub. Polislər 35 yaşlı sabiq futbolçunun 89 xoruzunu da müsadirə edib. Xoruzların ümumi dəyərinin 30 min avro olduğu bildirilir.
TFF-dən Luçeskuyla bağlı açıqlama
Türkiyə Futbol Federasiyası (TFF) yerli mətbuatda yayılmış millinin baş məşqçisi Mirça Luçesku ilə yolların ayrılacağı və onu "Başakşəhər"in baş məşqçisi Abdullah Avcının əvəz edəcəyilə bağlı xəbərlərə münasibət bildirib.
"Çelsi"də ciddi zədə - "Qarabağ"la oyunu buraxacaq
"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən "Çelsi" itkiylə üzləşib. "Zadəganlar"ın yarımmüdafiəçisi Nqolo Kante sıradan çıxıb. O, Fransa millisinin heyətində DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığmasıyla səfər oyununda (1:0) zədələnib. Fransalı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutacaq "Kristal Palas"la oyunu buraxacaq.
İtaliya yığması Antonio Konteni geri qaytara bilər
İtaliya Futbol Federasiyası (FİGC) İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Antonio Konteni yığmanın sükanı arxasına qaytarmaq istəyir. FİGC milli komandanın 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki çıxışından narazıdır. "Skuadra Adzurra" qrupda 2-ci yeri tutaraq, "pley-off"a yüksəlsə də, hazırkı baş məşqçi Canpyero Ventura böyük təzyiq altındadır. Yığma dünya çempionatına çıxmaq üçün gələn ay "pley-off" səddini adlamalıdır. Venturanın federasiya ilə 2020-ci ilədək nəzərdə tutulan müqaviləsinin pozulacağı və "Çelsi"də işləri ötənilki kimi qaydasında olmayan Kontenin geri qaytarılacağı bildirilir.
"Atletiko Madrid" türkiyəli gənc üçün 14 milyon təklif etdi
"Trabzonspor" forması ilə ulduzlaşan Yusuf Yazıcı bir çox Avropa klubunun marağını çəksə də ilk təklif "Atletiko Madrid"dən gəlib. Yanvar ayında transfer cəzası bitəcək Madrid "Atletiko"su gənc oyunçu üçün klubuna transfer təklifi etməyi düşünür. İspaniya klubunun ilk təklifinin 14 milyon olmasına baxmayaraq, Trabzon təmsilçisi Yusufun qış transfer pəncərəsində getməsini istəmir. Bu səbəbdən Madrid klubunun təklif etdiyi məbləği artıracağı deyilir.
"Messi dünya çempionu olmadan karyerasını başa vursa, ədalətsizlik olar"
FİFA prezidenti Canni İnfantino Lionel Messinin 2018 mundialından kənarda qalmaq ehtimalına münasibət bildirib. İtalyan funksioner bunları deyib: "Messi 2022-ci ildə keçiriləcək dünya çempionatına gedə bilərmi? Bəli mümkündür. Messinin oyununa baxanda kiminsə onu geridə qoyacağını təsəvvür etmirik.














