İdman
“Barselona”nın sabiq futbolçusu həbs edildi
2001-2005-ci illərdə “Barselona”da çıxış etmiş braziliyalı futbolçu Fabio Roşembak xoruz döyüşdürdüyü üçün həbs olunub. Polislər 35 yaşlı sabiq futbolçunun 89 xoruzunu da müsadirə edib. Xoruzların ümumi dəyərinin 30 min avro olduğu bildirilir.
TFF-dən Luçeskuyla bağlı açıqlama
Türkiyə Futbol Federasiyası (TFF) yerli mətbuatda yayılmış millinin baş məşqçisi Mirça Luçesku ilə yolların ayrılacağı və onu "Başakşəhər"in baş məşqçisi Abdullah Avcının əvəz edəcəyilə bağlı xəbərlərə münasibət bildirib.
"Çelsi"də ciddi zədə - "Qarabağ"la oyunu buraxacaq
"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən "Çelsi" itkiylə üzləşib. "Zadəganlar"ın yarımmüdafiəçisi Nqolo Kante sıradan çıxıb. O, Fransa millisinin heyətində DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığmasıyla səfər oyununda (1:0) zədələnib. Fransalı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutacaq "Kristal Palas"la oyunu buraxacaq.
İtaliya yığması Antonio Konteni geri qaytara bilər
İtaliya Futbol Federasiyası (FİGC) İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Antonio Konteni yığmanın sükanı arxasına qaytarmaq istəyir. FİGC milli komandanın 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki çıxışından narazıdır. "Skuadra Adzurra" qrupda 2-ci yeri tutaraq, "pley-off"a yüksəlsə də, hazırkı baş məşqçi Canpyero Ventura böyük təzyiq altındadır. Yığma dünya çempionatına çıxmaq üçün gələn ay "pley-off" səddini adlamalıdır. Venturanın federasiya ilə 2020-ci ilədək nəzərdə tutulan müqaviləsinin pozulacağı və "Çelsi"də işləri ötənilki kimi qaydasında olmayan Kontenin geri qaytarılacağı bildirilir.
"Atletiko Madrid" türkiyəli gənc üçün 14 milyon təklif etdi
"Trabzonspor" forması ilə ulduzlaşan Yusuf Yazıcı bir çox Avropa klubunun marağını çəksə də ilk təklif "Atletiko Madrid"dən gəlib. Yanvar ayında transfer cəzası bitəcək Madrid "Atletiko"su gənc oyunçu üçün klubuna transfer təklifi etməyi düşünür. İspaniya klubunun ilk təklifinin 14 milyon olmasına baxmayaraq, Trabzon təmsilçisi Yusufun qış transfer pəncərəsində getməsini istəmir. Bu səbəbdən Madrid klubunun təklif etdiyi məbləği artıracağı deyilir.
"Messi dünya çempionu olmadan karyerasını başa vursa, ədalətsizlik olar"
FİFA prezidenti Canni İnfantino Lionel Messinin 2018 mundialından kənarda qalmaq ehtimalına münasibət bildirib. İtalyan funksioner bunları deyib: "Messi 2022-ci ildə keçiriləcək dünya çempionatına gedə bilərmi? Bəli mümkündür. Messinin oyununa baxanda kiminsə onu geridə qoyacağını təsəvvür etmirik.
“Qızıl Top”un 29 yaşlı namizədi haqqında QƏRİBƏ FAKT - 10 İL SONRA
Bundesliqa komandalarından olan “Bayern Münhen”də forma geyinən 29 yaşlı Robert Levandovski təhsil aldığı universitetdən, nəhayət, bu il məzun olub. Polşanın yığma komandasının hücumçusu Varşava Universitetinin bədən tərbiyəsi fakültəsini 10 ildən sonra bitirməyi bacarıb. R.Levandovski mətbuata verdiyi açıqlamada sadəcə imatahanlarının yaxşı keçdiyini bildirib. Onun hazırladığı diplom işi isə öz kariyerası ilə bağlı olub və “ RL 9. Şöhrətə gedən yol” başlığını daşıyıb.
Cüdoçularımızdan fantastik yüksəliş
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Daşkənddə baş tutan Qran-prinin yekununa əsasən açıqlanan siyahı Azərbaycan millisi üçün uğurlu alınıb.
Prosineçki Sloveniyadan 800 min avro istədi
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Sloveniya yığmasının sükanı arxasına keçə bilər. Xorvatiyalı mütəxəssis ildə 800 min avro əmək haqqı qarşılığında bu postu tutmağa hazır olduğunu bildirib. Lakin Sloveniya Futbol İttifaqının (NZS) prezidenti Rade Miyatoviç bildirib ki, bu qədər məbləği ödəmək imkanında deyillər: "Mən Prosineçkinin 800 min avro istədiyini bilmirəm.
Azərbaycan - Ermənistan görüşü bərpa edilə bilər
DÇ-2018-in seçmə mərhələsinin başa çatması həm də UEFA-nın yeni turniri olan Millətlər Liqasında iştirakçıların liqa və səbətlərinə tam aydınlıq gətirəcək. Seçmə mərhələnin sonuna 2 gün qalsa da, artıq bir sıra mətləblərə aydınlıq gəlib. UEFA-nın milli komandalar üçün reytinqində 40-cı olan Azərbaycan yığmasının da taleyi artıq bəllidi. Millimiz Avropanın ən zəif 16 komandasının yer aldığı D liqasında mübarizə aparacaq. Bu liqanın ən güclülərindən olan komandamız püşk zamanı 1-ci səbətdə qərarlaşacaq. Millimizi AVRO-2020-yə birbaşa vəsiqə verən liqa çempionluğuna namizədlərdən hesab etmək olar.
Moura: "Məqsədim PSJ-nin əsas heyətində yerimi geri qaytarmaqdır"
PSJ-nin yarımmüdafiəçisi Lukas Moura yeni komandanın əsas heyətinə qayıtmaq əzmində olduğunu qeyd edib. Braziliyalı havbek 2018-ci il dünya çempionatına yollanmaq üçün bunu əsas hədəf kimi göstərib. "Artıq qaydasında qidalanıram. Pizza, barbekyu yemirəm.
"Manşester Yunayted"in əfsanəsinə çevrilən 2 futbolçunu əldən qaçırmışdım"
"Liverpul"un sabiq baş məşqçisi, hazırda isə futbol eksperti kimi çalışan Qrem Suness vaxtilə transfer etməyə yaxın olduğu 2 futbolçunun adını çəkib. Şotland mütəxəsis onların daha sonra "Manchester United"də yaddaqalan iz qoyduqlarına diqqəti çəkib.
Rəşad Sadiqov: "UEFA-nın səhvinə görə təəssüflənmədim"
Avrokuboklarda ən çox qol vuran azərbaycanlı futbolçuyam. Qollarımdan ən yaxşısını İtaliyada "İnter"ə vurmuşam. Avropa Liqasının qrup mərhələsinin son oyunu idi. Doğrudan da, zərbəm möhtəşəm alınmışdı. Ən yaddaqalan qolum budur.
Oğurluğa görə tutulan futbolçu azadlığa çıxdı
Oğurluğda təqsirkar bilinən futbolçu "Sumqayıt" klubunun futbolçusu Nicat Muxtarov artıq azadlığa çıxıb. O, artıq 3 gündür ki, sərbəst buraxılıb. Sentyabr ayı ərzində müxtəlif vaxtlarda Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlanmasında şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulub.
AFFA daha bir futbolçunu milliləşdirdi
AFFA daha bir türkiyəli futbolçunu milliləşdirib. Bu , "Trabzonspor"un aşağı yaş qruplarında çıxış edən Tayyip Ebrar Cumurdur. Bu barədə qardaş ölkə mətbuatı yayıb.














