İdman
"Qarabağ"la oyun öncəsi "Atletiko"da VƏZİYYƏT
"Atletiko"nun zədəli futbolçuları Filipe Luis və Lukas Hernandesdən yaxşı xəbər var. Hər iki futbolçunun zədəsi tam sağalıb. Onlar komanda ilə məşqlərə qatılıb. Hər iki oyunçu La Liqada "Barselona"ya qarşı və Çempionlar Liqasında "Qarabağ"la görüşdə oynamağa hazırdır.
Mahir Şükürov "Neftçi"dən uzaqlaşdırıldı
Futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayan Mahir Şükürov “Neftçi”dən uzaqlaşdırılıb. Buna keçmiş müdafiəçinin işinə soyuq yanaşması səbəb olub. Belə ki, Mahir uzun illər yığmada oynadığına görə avtomatik C kateqoriyasına yiyələnsə də, “Neftçi”nin U-14 komandasında çalışması üçün B kateqoriyası lazım gəlib. Klubdan Şükürova kurslara qatılmaq və B kateqoriyasına yiyələnmək məsləhət görülüb. Lakin sabiq futbolçu bu məsləhəti qulaqardına vurub. Hər zaman diqqət mərkəzində olmağa alışmış Şükürov uşaqlarla çalışmaqdan zövq almayıb və beləcə, məşqlərə, oyunlara gəlməyi tərgidib.
Azercell-in korporativ abunəçiləri arasında keçirilən I Futbol Turnirinin qalibi bəlli oldu
Azercell Telekom idmanın inkişafına, eləcə də, sağlam həyat tərzinin təbliğinə hər zaman böyük önəm verərək, həm öz müştəriləri və əməkdaşları arasında, həm də şirkətin korporativ sosial məsuliyyət layihələrində bu istiqaməti inkişaf etdirib.
Dünya futbolunda RƏZALƏT - Müdafiəçi sirrləri açdı: Falkao mənə yaxınlaşıb dedi ki... - VİDEO
Futbol üzrə Dünya Çempionatında Peru və Kolumbiya yığma komandaları arasında razılaşdırılmış oyunun keçirildiyi deyilirdi. Matçın sonlarına yaxın Kolubiyanın hümumçusu Falkaonun bir neçə perulu futbolçu ilə danışdığı görüntülənib.
Rəşad Sadıqov milliyə baş məşqçi təyin olunacaq?
"Qarabağ" futbol klubunun kapitanı Rəşad Sadıqov Azərbaycan milli komandasının baş məşqçisi təyin olunacağı ilə bağlı iddialara münasibət bildirib. Hazırda "Qarabağ"ın U-19 komandasının baş məşqçisi olan 35 yaşlı futbolçu bunun çətin və məsuliyyətli iş olduğunu söyləyib: "Hələ Robert Prosineçkinin qalıb-gedəcəyi bilinmir. Hazırda yalnız "Atletiko" ilə oyunu düşünürəm. Ən azı qışa qədər futbolçu karyeramı davam etdirəcəyəm. Sonrasına baxarıq".
Prosineçki: "Başqa iş tapsam da, ailəm Bakıda qalacaq"
Robert Prosineçki millimizin baş məşqçisi vəzifəsindən ayrılsa belə, ailəsi Bakıda qalacaq. Bu barədə xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində deyib. O bildirib ki, uşaqları Bakıda təhsil aldıqları üçün bu qərarı verib: "Azərbaycana geri dönməliyəm. Uşaqlarım dərs ilini başa vurmalıdırlar. Əgər başqa bir iş tapsam, uşaqlarım və həyat yoldaşım Azərbaycanda qalacaq".
"Araz"ın qapıçısı: "Artıq özünmüzdəki oyuna köklənməliyik"
"Oyuna gözlədiyimizdən də yaxşı başladıq. Artıq 25-ci saniyədə qol vurduq. Erkən qol vurmağımız və hesabı xeyrimizə dəyişməyimiz əlavə üstünlük oldu. Rəqib isə üzərimizə gəlməyə başladı. Nəticədə oyunumuzu diqtə etmək üçün şərait yarandı. Düzdür, rəqib hesabı bərabərləşdirdi, amma dərhal növbəti qolu vurduq. Fasiləyə qədər davamını gətirdik və üstünlüyümüzü 2 top çatdırdıq".
“Real” sürpriz trensferini açıqladı - Onun əvəzinə 3 futbolçusunu verəcək
Madridin “Real” klubu heyətinə yeni ulduz qatmaq niyyətindədir. Klub nəyin bahasına olursa-olsun "Tottenhem"in gənc ulduzu Harri Keyni transfer etmək istədiyini açıqlayıb. Hətta "Real" H.Keynin qarşılığında 3 ulduzunu "Tottenhem"ə təklif edəcəyini bildirib. Onlar Kərim Benzema, Qaret Beyl və “Qızıl Top”a namizəd olan Luka Modriçdir.
Türkiyənin olimpiya mükafatçısına silahlı hücum
2016-cı ildə Rioda keçirilən Olimpiya oyunlarında bürünc medal qazanan idmançıya silahla hücum edilib. Güləşçi Cenk İldem yolda baş verən mübahisə zəmnində hücuma məruz qalıb. Cenk İldem 98 kilo çəki dərəcəsi üzrə bürünc medala sahib olmuşdu.
ABŞ-ın kənarda qaldığı mübarizədə Fələstin rekord vurdu
Futbol üzrə Dünya Kubokunun Şimali Amerika seçimləri başa çatıb. Səfərdə “Trinidad Tobaqo” komandasına 2-1 hesabı ilə məğlub olan ABŞ yığması Dünya Kubokuna qatılma şansını əldə edə bilməyib.
Rəşad Sadıqov "Range Rover"lə qəzaya düşdü
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törədib. Hadisə bu gün baş verib. Belə ki, Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov, "Neftçi" ilə oyundan qayıdarkən qəza törədib.
UEFA-nın ayırdığı vəsait klublarımızın hesabına köçürüldü
UEFA-nın ayırdığı vəsait klubların hesabına köçürülüb. Məlumata görə, 2017-2018-ci il mövsümündə UEFA Avropa Liqası turnirində iştiraka görə UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada aşağıda göstərilmiş klubların hesabına köçürülüb:
"Qarabağ"ın rəqibi: "Qrup birincisi olmağa layiqik"
Çempionlar Liqasında ilk mövsümümdü. Bu turnirdə iştirak etmək çox xoşuma gəlir. Bu sözləri "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante deyib. Çempionlar Liqasının (ÇL) cari mövsümündə əvvəlcə "Qarabağ" (6:0), ardınca isə "Atletiko"ya (2:1) qalib gələn "zadəganlar" hazırda C qrupuna başçılıq edirlər.
“Barselona”nın yeni hədəfi bəlli oldu: 100 milyonluq transfer gəlir
İspaniyanın “Barselona” klubu yeni transfer hədəfini müəyyənləşdirib. Katalonlar "Atletiko" klubunun ulduzu Antonio Qrizmanı heyətinə qatmaq istəyir. J.Neymarın “PSJ”-yə transferinə əngəl ola bilməyən klub A.Qrizmanın transfer müqaviləsindəki sərbəst qalma maddəsindən istifadə edəcək. “Barselona” həmin maddəyə əsaslanaraq, 100 milyon avro ödəyəcək və fransalı ulduzun transferini gerçəkləşdirəcək.
AFFA-dan Prosineçkinin qərarı haqda: Gedəni saxlamazlar
“Məsəl var – gedəni saxlamazlar. Robert Prosineçki getmək fikrindədirsə, AFFA rəhbərliyinin onu saxlaya biləcəyinə inanmıram”. Bunu açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin postunda işini davam etdirmək istəməməsinə münasibət bildirərkən deyib.














