İdman

Prosineçki: "Bosniya və Herseqovina ilə danışıqlara hazıram"

16 Oktyabr 2017 13:07

Mən də sizin qədər məlumatlıyam. Xəbərləri mediadan izləyirəm. Eşitmişəm ki, Sloveniya və Avstriya da mənimlə maraqlanırlar. Amma Bosniya və Herseqovinadan heç kim mənimlə əlaqə saxlamayıb.

Messi "Mançester Siti"yə keçə bilər

13 Oktyabr 2017 19:00

Argentina milli komandasının futbolçusu Lionel Messi İspaniyanın "Barselona" klubunu tərk edə bilər. 30 yaşlı hücumçu "Barselona"da qalmağa tərəddüd edir.  Braziliyalı Neymarın Fransa təmsilçisi PSJ-yə satışı, Ernesto Valverdenin komandanın baş məşqçisi təyin edilməsi və Kataloniyadakı siyasi durum kapitanı narahat edir. Təcrübəli forvardın xidmətində ən çox maraqlı olan klub isə "Mançester Siti"dir. İngiltərə təmsilçisinin rəhbərliyi bir neçə dəfə futbolçunun nümayəndəsi ilə görüşüb. Oyunçunun özü də bu varianta ciddi yanaşır. 

"Prosineçkinin böyük gələcəyi var"

13 Oktyabr 2017 18:55

Prosineçki əla insandı. Futbolu da yaxşı anlayır. Bu sözləri bosniyalı futbol mütəxəssisi İvitsa Osimdeyib.  Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçki Bosniya və Herseqovina yığmasının yeni baş məşqçisi postuna namizədlərdən biri sayılır. Bununla bağlı ölkəsinin mətbuatına açıqlama verən Osim maraqlı fikirlər səsləndirib. Vaxtilə Yuqoslaviya yığmasını çalışdırmış, daha sonra isə "Partizan", "Panatinaikos", "Şturm" kimi klublara, həmçinin Yaponiya millisinə rəhbərlik etmiş 76 yaşlı mütəxəssis Prosineçkini tərifləyib.

Dik Advokat millidən gedir

13 Oktyabr 2017 18:50

Futbol üzrə Hollandiya milli komandasının baş məşqçisi Dik Advokat noyabrda postunu tərk edəcək. Bu barədə 70 yaşlı mütəxəssisin özü "Football Oranje" portalına açıqlama verib. O bildirib ki, Niderland Krallığının Futbol İttifaqı gələcək üçün milliyə yaxşı baş məşqçi tapmalıdır. Advokat yığmanın noyabrda keçirəcəyi yoldaşlıq oyununa qədər postunda qalacağını söyləyib.

Roberto Karlos baba oldu

13 Oktyabr 2017 18:45

Braziliya millisi və "Real"ın sabiq müdafiəçisi Roberto Karlos baba olub. 44 yaşlı mütəxəssisin ikinci qızı Covanna oğlan övladı dünyaya gətirib. Ona Pedro adı verilib. Karlos İnstagram hesabından qızını təbrik edib.

İslandiyadan yeni rekord

13 Oktyabr 2017 18:41

İslandiya millisi növbəti rekorda imza atıb.  İslandiya əhalisinin sayına görə dünya çempionatlarının final mərhələləri tarixində yarışacaq ən kiçik ölkə (330 min) olacaq. Bunadək rekord Trinidad və Tobaqoya (1 milyon 300 min) məxsus idi.

Nqoli Kante zədələnib

13 Oktyabr 2017 18:01

"Çelsi”nin futbolçusu Nqoli Kante uzun müddət yaşıl meydanlardan kənar qalacaq. Fransa millisinin heyətində olarkən zədələnən yarımmüdafiəçi dekabrın sonlarında sağalacaq.

Gənclər arasında Dünya çempionatında ilk qadın referi

13 Oktyabr 2017 14:20

17 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında qadın hakim də olacaq.  FİFA isveçrəli Ester Ştoyblini Yaponiya - Yeni Kaledoniya matçına referi təyin edib. Oktyabrın 14-də başlayacaq görüş Hindistanın Kalkutta şəhərində olacaq.

Ture: "FİFA və Rusiya hökumətinə köməyə hazıram"

13 Oktyabr 2017 13:33

"Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Ture 2018-ci il dünya çempionatı öncəsi təcrübəli havbek bunları deyib: "Gözləmək lazımdır. Çünki heç kimi dəyişikliklər edilməsi maraqlandırmır. İrqçilik halları baş versə, bizim üçün böyük problem olacaq. Bəziləri üçün Rusiya barədə danışmaq çətindir. amma ümid edirəm ki, Rusiya hər kəsi təəccübləndirə biləcək.

Maradona tarix oldu: YENİ REKORD GƏLİR

13 Oktyabr 2017 12:32

İtaliya I Futbol Liqası (A seriyası) komandalarından olan “Napoli”nin kapitanı Marek Hamsik klubun əfsanəsi olan Dieqo Armando Maradonanı geridə qoyacaq. M.Hamsik 14 oktyabrda Roma ilə keçirilən qarşılaşmada qol vurarsa, Maradonanın qol rekordunu təzələyərək həm də yeni rekord qıracaq.

Neymarın transferi ilə rekord qıran prezident məhkəməyə verildi

13 Oktyabr 2017 12:17

İsveçrə Federal Məhkəməsi Fransanın “PSJ” futbol klubunun prezidenti və “beIN Sports” kanalının baş idarəçisi Nassər Əl-Xələfi haqqında məhkəmə işi açıb. Neymarın 222 miyonluq transferi ilə futbol aləmində rekord qıran prezident vəzifəsindən sui-istifadə və rüşvət verməkdə təqsirli bilinir. İddialara görə, Nassər Əl-Xələfi FİFA-nın keçmiş katibi Cerom Valk ilə birlikdə 2018-ci ildən 2030-cu ilə qədər Dünya Kuboku matçlarının yayım haqqını almaq üçün rüşvət verib. Başladılan istintaq işləri çərçivəsində İsveçrə ilə işbirliyi edən Fransanın səlahiyyətləri şəxsləri “beIN Sports”un Parisdə yerləşən ofisində axtarış aparıb.

Prosineçki: "Mənə heç bir təklif gəlməyib"

13 Oktyabr 2017 11:02

Bosniya və Hersoqovina millisi əla oyunçulardan qurulmuş komandadır. Bu barədə ancaq bunu deyə bilərəm. Bu sözləri millimizin baş məşqçisi Robert ProsineçkiBosniya və Hersoqovina yığmasınını çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Futbolçu ölkə prezidenti seçildi

13 Oktyabr 2017 09:30

Əfsanəvi futbolçu Corc Vea ölkəsinin başçısı seçilib. “Milan”ın sabiq hücumçusu Liberiyada keçirilən prezident seçkisində rəqibini qabaqlayıb. O, seçki prosesində əsas rəqibi Joze Bokaya qalib gəlməyi bacarıb. 1987-2003-cü illərdə Liberiya millisində 60 oyunda 22 qola imza atan keçmiş forvard karyerası ərzində “Milan”la yanaşı, “Monako”, PSJ, “Çelsi”, “Mançester Siti” və “Marsel” klublarının da formasını geyinib.

Rakitiçi ver, Marsialı al

12 Oktyabr 2017 20:10

"Barselona"nın futbolçusu İvan Rakitiç karyerasını İngiltərədə davam etdirə bilər. Xorvatiyalı yarımmüdafiəçi ilə "Mançester Yunayted" yaxından maraqlanır.  "Mankunianlar" Rakitiçi yayda heyətlərinə qatmağı planlaşdırırlar. Klub rəhbərliyi bu keçidin baş tutması üçün qarşı tərəflə oyunçu dəyişikliyi etməyə hazırdı. Belə ki, Premyer Liqa təmsilçisi Rakitiçin qarşılığında "Barselona"nın transfer gündəmində olan Anton Marsialı Kataloniyaya göndərməyə razıdı.  "Barselona" rəhbərliyi bu təklifə hələ münasibət bildirməyib.

Taşçı "Spartak"ın ilk təklifini qəbul etməyib

12 Oktyabr 2017 18:14

"Spartak"ın müdafiəçisi Serdar Taşçı sentyabrda təklif olunan yeni müqaviləyə imza atmayıb. Almaniyalı futbolçu klubda qalmağın əleyhinə deyil. O, daha əlverişli şərtlərlə müqavilə gözləyir. Tərəflər danışıqlara qayıda bilər.