İdman
İtaliya A seriyasında baş məşqçi istefası
İtaliya A seriyası təmsilçisi "Kalyari" baş məşqçisi Massimo Rastellini istefaya göndərib. Bu barədə klubun saytı məlumat yayıb. Buna komandanın 2017/2018 mövsümündə ölkə çempionatındakı uğursuz çıxış səbəb olub. Komanda A seriyasında keçirdiyi son 4 oyunda uduzub.
Foqts: "Bayenr Münhen"in baş məşqçisi postuna əsas namizəd Kloppdur"
Azərbaycan millisinin sabiq çalışdırıcısı Berti Foqts "Bayenr Münhen"in yenidən baş məşqçi Yupp Haynkesə ehtiyac duymasına toxunub. "Sport1" nəşrinə açıqlamasında təcrübəli mütəxəsis bunları deyib: "Haynkesin mövsümün sonunda "Bavariya"dan gedəcəyinə əmin deyiləm.
Məşhur ispan qəzeti “Marca” “Qarabağ”dan yazdı - “Evsiz çempion”
"Atletiko"nun Çempionlar Liqasının qrup mərhələsində üz-üzə gələcəyi "Qarabağ" İspaniya mətbuatının gündəmindən düşmür. "Marca" nəşri Ağdam klubunun tarixi barədə yazı dərc edib. Məqalədə ən diqqətçəkən məqam "Qarabağ"ın "evsiz çempion" kimi təqdim edilməsidi. Azərbaycanla Ermənistan arasındakı münaqişəyə toxunan ispanlar "Qarabağ"ın bu səbəbdən 20 ildən çoxdu Bakıda məskunlaşdığını vurğulayıblar: "İspaniyalı Ruben Sellesin məşqçi kimi çalışdığı komanda müharibə ucbatından şəhərsiz və stadionsuz qalıb. Həmçinin, bir milyondan çox insan qaçqın düşüb. Komandanın məşqçisi Allahverdi Bağırov Ağdam döyüşlərinə könüllü qatılıb və həlak olub. Baş verənlər klubu 255 km uzaqlıqda olan Bakıya köçməyə məcbur edib. Hazırda "Azərsun Holding"in sponsoru olduğu kluba Tahir Gözəl başçılıq edir".
Ronaldo Avropada ikinci oldu - FORBES
İspaniyanın "Real" futbol klubunun və Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Avropada ən yüksək maaşlı məşhurlar siyahısında ikinci yeri tutdu.
Qurban Qurbanov: Ən azı, yaxşı mübarizə aparmağa çalışacağıq
"Ən azı, yaxşı mübarizə göstərməyə çalışacağıq". Məlumata görə, bunu UEFA Çempionlar Liqasının qrup mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
İngilis qapıçı oğlu ilə oynarkən zədələndi
"Vest Bromvich"in qapıçısı Ben Foster dizini zədələyib. Təcrübəli qolkiper oğlu ilə həyətdə oynadığı vaxt zədə alıb. Komandanın baş məşqçisi Toni Pulis "Lester Siti" ilə oyundan (1:1) sonra bu barədə məlumat verib.
Veteran güləşçilərimiz Bolqarıstandan medalla qayıdıb
Bolqarıstanın Plovdiv şəhərində Veteran güləşçilərin Dünya çempionatı keçirilib. AGF-dən “OLAYLAR”-a daxil olan məlumata görə, Azərbaycan pəhləvanları çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurub.
İqnasio Herrera: "Atletiko"nu Bakıda çətin oyun gözləyir"
"Neftçi"nin futbolçusu İqnasio Herrera Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu ilə bağlı danışıb. Məlumata görə, o, "Marca"ya açıqlamasında Madrid klubunu Bakıda çətin oyun gözlədiyini deyib: "Qarabağ" çox yaxşı komandadır. Onların güclü futbolçuları var. "Qarabağ" "Atletiko"nun işini çətinləşdirəcək".
"Qarabağ"la oyun asan olmayacaq" - Tomas
"Real Madrid"in futbolçusunun 3-cü uşağı oldu
"Real Madrid"in yarımmüdafiəçisi Luka Modric 3-cü dəfə ata olub. 32 yaşlı havbekin qız övladı dünyaya gəlib. Modric oktyabrın 2-də doğulan qızı ilə fotosunu İnstagram-da paylaşıb. Ona Sofiya adı verilib. Modric 2010-ci ildən Venya Bosniçlə nikah bağlayıb. Həmin ilin iyununda cütlüyün İvan adlı oğlu, 2013-cü ildə isə Emanuel adlı qızı dünyaya göz açıb.
“Qarabağ”dan tarixi qələbə
“Qarabağ” Azərbaycan çempionatlarında tarixi qələbəsini qazanıb. Məlumata görə, Ağdam təmsilçisi buna Topaz Premyer Liqasının VIII turunun “İnter”lə görüşündə nail olub.
“Zirə”dən rekord
“Zirə” startdakı məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırıb. Məlumata görə, qəsəbə klubu Topaz Premyer Liqasının VIII turunun ev oyununda “Kəpəz”i 3 cavabsız qolla məğlub edib. Bu, zirəlilərin tarixində ən uğurlu startdır. 5 qələbə qazanıb, 3 heç-heçə edən Ayxan Abbasovun yetirmələri 2015/16 mövsümündəki rekordunu yeniləyib. Həmin vaxt Premyer Liqanın debütantı ardıcıl 7 oyunda uduzmamışdı. Bakılılar VIII turu yenilgisiz keçməklə 2 il əvvəlki nəticəni arxada qoyub.
Azərbaycanlı hakim Avropa Liqasında növbəti oyuna təyinat aldı
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. Gənc baş hakim Avropa Liqasının L qrupunun "Vardar" (Makedoniya) - "Real Sosyedad" (İspaniya) oyununu idarə edəcək. Oyunun yan xətt akimləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Görüşdə əlavə köməkçi hakimlər funksiyasını Rəhim Həsənov və Orxan Məmmədov yerinə yetirəcək. Dördüncü hakim qismində Mübariz Haşımov təmsil olunacaq.
Cəzadan sonra ilk kubok
Qadağan olunmuşa maddə istifadə etməsi səbəbindən 15 aylıq yarışlardan uzaqlaşdırılan Mariya Şarapova dönüşündən sonra ilk kuboku Çində qazandı. Apreldə kortlara dönən rus ulduz Tianjindəki yarışın finalında Belaruslu Arina Sabayenkaya qalib gəlib. Bununla da, Şarapova 2015-ci ildə Romada keçirilən turnirdən sonra ilk çempionluğunu yaşayıb.
“Qarabağ” – “Atletiko” matçının hakimləri müəyyənləşib
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Atletiko” matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA Bakıda baş tutacaq qarşılaşmanı fransalı hakimlər briqadasına həvalə edib.














