İdman

Tezel azərbaycanlılardan üzr istəyib, keçmiş deputatı günahlandırdı 

23 Oktyabr 2017 11:46

"Qarabağ"ın azarkeşləri ilə bağlı yazısına görə tənqidlərə məruz qalan "Sabah" qəzetinin köşə yazarı Mevlut Tezel azərbaycanlılardan və Ağdam klubunun azarkeşlərindən bir daha üzr istəyib.

"Qarabağ” Futbol Klubu dünya gündəmində

23 Oktyabr 2017 09:25

Kuba Elmi və Texnoloji Məlumat İnstitutu nəzdində fəaliyyət göstərən “EcuRed” internet Ensiklopediyasına (www.ecured.cu) Azərbaycanın “Qarabağ” futbol klubu haqda məqalə yayımlanıb. Olaylar bildirir ki, məqalədə “Qarabağ” FK-nın yaranma tarixindən bəhs edilir, Azərbaycan futbolunda ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində oynayan “Qarabağ” klubunun rəsmi olaraq ölkəmizin işğal edilmiş Ağdam rayonuna məxsus olduğu bildirilir. Məqalədə həmçinin qeyd olunur ki, Dağlıq Qarabağın, o cümlədən Ağdam şəhərinin 1993-cü ildə Ermənistan tərəfindən işğal edildiyindən sonra “Qarabağ” futbol komandası müvəqqəti olaraq paytaxt Bakı şəhərində məskunlaşıb.

Cüdoçumuz ermənini yenərək dünya çempionu oldu

22 Oktyabr 2017 08:27

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında keçirilən dünya birinciliyində fərdi yarışlar başa çatıb. Mötəbər yarışın sonuncu günü Azərbaycan millisi daha bir uğura imza atıb. Belə ki, 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Zelim Kotsiyev finala gedən yolda Koreya, Özbəkistan, Avstriya və Tacikistandan olan rəqiblərinə qalib gəlib. Həlledici qarşılaşmada Kotsiyevin rəqibi Ermənistan əsilli Rusiya idmançısı Armen Adamyan olub. Cüdoçumuz bu görüşdə əzmkar mübarizə apararaq qələbə qazanıb. Zaqrebdə Azərbaycan cüdoçusuna dünya birinciliyinin qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Futbolun "First Lady"si klub alır

20 Oktyabr 2017 19:00

Şeyx Mansurun "Mançester Siti"ni almasına dəstək olan Amanda Staveley bu dəfə satışa çıxarılan "Nyukasl Yunayted"i özü almaq niyyətindədir.  Adı məşhur iş adamları sırasında çəkilən Amanda Premyer Liqa klubun almağa namizədlər arasında ən iddialısıdır. "PCP Capital Partner"in sahibinin 300 milyon funt sterlinqə satışa çıxarılan "Nyukasl"ı əldə etmək üçün ilk danışıqlarda müsbət cavab aldığı bildirilir.

Türkiyə namizəd şəhərləri açıqladı – Avro-2024 üçün

20 Oktyabr 2017 18:34

Türkiyə 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək şəhərləri açıqlayıb. Məlumata görə, həmin şəhərlər İstanbul, Bursa, Antalya, Əskişəhər, Qaziantep, Kayseri, Trabzon, Kocaeli və Ankaradır.

UEFA “Qarabağ”ın rəqibilə bağlı istintaqa başladı

20 Oktyabr 2017 17:27

UEFA Çempionlar Liqasında “Qarabağ”ın da yer aldığı C qrupunun üzvü “Roma”ya irqçilik iddiaları ilə bağlı istintaq işi açıb. Qrupda yer alan “Çelsi” - “Roma” matçında azarkeşlərinin irqçilik etdiyi iddiası ilə qonaq komanda haqqında araşdırmaya start verilib. 

Səfirlik işə qarışdı, "Qarabağ"la bağlı həqiqət öz yerini tapdı

20 Oktyabr 2017 15:12

Xəbər verdiyimiz kimi, İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo” “Atletiko”nun futbolçusu Yannik Karrasko haqda dərc etdiyi yazıda Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ”ı erməni klubu kimi təqdim edib.

Avroliqada həftənin rəmzi komandası müəyyənləşdi

20 Oktyabr 2017 15:06

Avroliqada qrup mərhələsinin 3-cü turuna yekun vurulub. UEFA turnirdə həftənin simvolik yığmasını artıq açıqlayıb.Rəmzi komandada "Real Sosedad" 3, "Astana" isə 2 futbolçu  ilə təmsil olunub.

Neymar yenə cərimə ödəyəcək

20 Oktyabr 2017 14:44

Neymar Braziliya tərəfindən növbəti dəfə cərimələnib. Ötən il 6,7 milyon avro cərimə ödəyən PSJ-nin ulduz futbolçusu bu il də "pis niyyət"inə görə əlavə 1 milyon avro ödəyəcək.

Avroliqada həftənin ən yaxşı futbolçusu adına 8 namizəd

20 Oktyabr 2017 14:07

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Namizədlər arasında Harlem Noere ("Styaua"), Emiliano Riqoni ("Zenit"), Yannis Anestis (AEK), Villian Xose ("Real Sosyedad"), Lukas Okampos ("Marsel"), Petr Çex ("Arsenal"), Andreas Ulmer ("Zalsburq"), Sergey Milinkoviç - Saviç ("Latsio") yer alıb.

3 futbolçu İspaniya millisindən gedir

20 Oktyabr 2017 13:24

İspaniya millisinin aparıcı futbolçuları Serxio Ramos, Xerard Pike və Serxio Buskets yığmadan gedə bilərlər. Buna səbəb İspaniya Futbol Federasiyasının prezidentiXuan Luis Larreanın qərarıdı.

"Atletiko" - "Qarabağ" matçını izləmək istəyənlərin nəzərinə

20 Oktyabr 2017 11:46

"Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın "Atletico" klubuna qarşı keçirəcəyi səfər matçını stadiondan izləmək istəyən azarkeşlər bu oyunun biletlərini Ağdam klubunun bazasından ala bilərlər.

Şehiç: "Biz özümüzü gec-tez göstərməliydik"

19 Oktyabr 2017 19:00

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Çempionlar Liqasının qrup mərhələsində dünən "Atletiko" ilə keçirilən oyundan (0:0) sonra müsahibə verib.