İdman
"Kəpəz" hazırlıqlara başlayıb
"Kəpəz" Topaz Premyer Liqasının 10-cu turunda qarşılaşacağı “İnter”lə oyununun hazırlıqlarına start verib. Məlumata görə, “Neftçi”yə qarşı matçdan sonra bərpaedici prosedurdan keçən komanda üzvləri bir gün istirahət edərək bu gündən məşqlərə başlayıblar.
“Qalatasaray”a ŞOK: Stadionunu bağlayırlar
Türkiyənin “Qalatasaray” klubunun “Türk Telekom Stadionu” bağlanacaq. Buna səbəb 22 oktyabrda “Qalatasaray”-“Fənərbaxça” matçında yan xətt hakimi Tarık Ongunun başına dəyən su şüşəsi olub.
Azərbaycan Güləş Federasiyasında kadr dəyişikliyi
Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb. Bu barədə məlumat “OLAYLAR” -a AGF-dən daxil olub. Bildirilib ki, Federasiyanın Prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.
Messi Neymarı ilin ən yaxşısı hesab etmir?
Kriştiano Ronaldo FİFA-ın səsverməsində ilin ən yaxşı futbolçusu seçilib. Lionel Messi ilə Ronaldonun da kimlərə səs verdiyi bəlli olub. Hər iki futbolçu səsvermə zamanı komanda yoldaşlarına üstünlük verib. Messi Komandanı tərk etmiş Neymarı yox, Luis Suaresi ilin ən yaxşısı hesab edib. Leo sonrakı yerlərdə İnyesta ilə Neymarı qeyd edib. Ronaldonun seçimi isə belə olub: Luka Modriç, Serxio Ramos, Marselo.
UEFA "Qarabağ"ın qazancını açıqladı
UEFA 2016/2017 mövsümündə Avropa Liqasının pley-off və qrup mərhələsində iştirak edən 56 kluba ümumilikdə 423,1 milyon avro vəsait ödəyib. Bu barədə qurumun rəsmi saytında yer alan hesabatda bildirilir.
Arda Turan yenə heyətə salınmadı
"Barselona"nın İspaniya Kral Kubokunda "Real Mursiya" ilə oyunu üçün Arda Turan heyətə salınmayıb. Məlumata görə, komandanın baş məşqçisi Ernesto Valverde zədə səbəbindən türkiyəli futbolçunun heyətə salınmadığını bildirib. Onun sözlərinə görə, Ardanın dizində ağrılar var. Valverde Aleş Vidalın da bu qarşılaşma üçün hazır olmadığını sözlərinə əlavə edib.
“Beşiktaş” öz meydanında xal itirdi
Futbol üzrə Türkiyə Superliqasında IX tur başa çatıb.Turun son qarşılaşmasında İstanbulun "Beşiktaş" klubu öz meydanında “Başakşəhər”i qəbul edib. Olduqca maraqla gözlənilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra, "Beşiktaş" xal ehtiyatını 15-ə çatdırıb.
Boksçumuz erməniyə aman vermədi
Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/8 final mərhələsinə yekun vurulub. Azərbaycan Boks Federasiyası xəbər verir ki, yarışa tam heyətlə qatılan Azərbaycan millisinin 7 üzvü 1/4 finalda iştirak hüququ qazanıb.
Futbol matçından sonra azarkeşlər arasında toqquşma - Xəsarət alanlar var
Belçika çempionatının 11-ci turunda baş tutan "Brügge" - "Royal Antverp" oyunundan sonra azarkeşlər arasında toqquşma qeydə alınıb. Toqquşmada 3 nəfər ciddi xəsarət alıb. Polis iğtişaşda iştirak edən 120 nəfəri saxlayıb.
“Neftçi”nin 3 il yarım gözlədiyi seriya
Topaz Premyer Liqasının IX turu “Neftçi”nin ardıcıl 3-cü qələbəsi ilə əlamətdar olub. Məlumata görə, bunadək “İnter”i 2:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edən Tərlan Əhmədovun yetirmələri Gəncə səfərində “Kəpəz”i də qol buraxmadan üstələyib - 1:0.
Liverpul klubunda baş məşqçi istefası
"Everton" baş məşqçi Ronaldo Kumanı istefaya göndərib. Liverpul klubunun son vaxtlar qeyri-qənaətbəxş çıxışı rəhbərliyin bu qərara gəlməsinə səbəb olub. Kumanın gedişindən əvvəl də İngiltərə mətbuatı Devid Moyesin yenidən "Everton"a qayıtmaq şanslarını yüksək qiymətləndirirdi.
Futbol Həftəsi başa çatdi
"Futbol insanları Həftəsi " ( Football People action weeks ) ayrı-seçkiliyin bütün formalarına qarşı çagırış edir, gənclər arasında inteqrasiya dəyərlərini təşviq edir və kimliyindən, dinindən və haradan olmasından asılı oımayaraq futbolun hamı üçün əlçatan olmasına çalışır.
“Abşeron” 8 voleybolçu ilə müqavilə bağlayıb
Azərbaycan Super Liqasının debütantı “Abşeron” yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir. Məlumata görə, komanda artıq 8 voleybolçu ilə müqaviləni rəsmiləşdirib. “Rabitə” və “Telekom”la Super Liqada, Çempionlar Liqasında və klublararası dünya çempionatında uğurlar qazanmış baş məşqçi Eldar Yusubov “Abşeron”a əsasən perspektivli oyunçuları cəmləyib. Belə ki, millimizin üzvlərindən Yana Əzimova, Kseniya Pavlenko, Yuliya Kərimova, Zinaida Lyubimova, Viktoriya Ağakişiyeva yeni mövsümdən debütantın uğurları üçün çalışacaq.
Argentina millisinə cadugərdən çox, Messi kömək etdi"
"Barselona" və Argentina millisinin futbolçusu Xavyer Maskerano "Ole" nəşrinə açqılamasında maraqlı məqama toxunub. Argentinalı müdafiəçi DÇ-2018-in son seçmə oyununa Manuel adlı cadugərin təşrif buyurması barədə danışıb.
Premyer Liqada antirekord
Azərbaycan Premyer Liqasının IX turu mövsümün antirekordu ilə əlamətdar olub. Baş tutan 4 qarşılaşmada vur-tut 6 qol qeydə alınıb. Bu qolların yarısı Sumqayıtda vurulub. Meydan sahibləri "Zirə"ni 2:1 hesabı ilə yenib. Digər görüşlərin taleyini 1 qol həll edib.














