İdman

“Kəpəz”dən yeni transfer

27 Oktyabr 2017 18:50

Cari mövsüm uğursuz çıxış edən "Kəpəz" heyətini gücləndirib. Bu barədə komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib. Onun sözlərinə görə, seneqallı mərkəz yarımmüdafiəçisi Aladji Mansur Bailə münasibətlər rəsmiləşdirilib.

Mourinyodan “Atletiko”ya təklif

27 Oktyabr 2017 18:45

Oktyabrın 31-də "Qarabağ"ı qəbul edəcək "Atletiko" aparıcı futbolçularından olan Saul Nigeslə vidalaşa bilər. Gənc yarımmüdafiəçinin karyerasını İngiltərədə davam etdirmək variantı var. Belə ki, "Mançester Yunayted" Saulun xidmətində maraqlıdı. "Mankunianlar"ın baş məşqçisi Joze Mourinyo rəhbərliklə söhbətində İspaniya yığmasının üzvünün alınmasını istəyib. O, keçidin baş tutması üçün 2 futbolçunu qarşı tərəfə göndərməyə razıdı. Söhbət Premyer Liqa klubunun formasını geyinən ispaniyalılar - Ander Herrera və Xuan Matadan gedir.

Vidalın adı növbəti qalmaqalda hallanır

27 Oktyabr 2017 18:40

"Bayern Münhen"in yarımmüdafiəçisi Arturo Vidal növbəti dəfə gecə həyatında baş verən qalmaqalla gündəmə gəlib. İnsident sentyabrın 17-də baş verib. Münhenin "Crown's Club" disko klubunda qardaşı Sandrino və dostları ilə istirahət edən Vidal toplu davada bir nəfərin başına butulka ilə zərbə endirib.

"Qarabağ" və "Qəbələ"nin hesabına təqribən 300 min avro köçürüldü

27 Oktyabr 2017 18:30

"Qarabağ" və "Qəbələ" klublarının hesabına təqribən 300 min avro köçürülüb. 

Dieqo Qodin: “Qarabağ”la oyuna yalnız 3 xal üçün çıxacağıq”

27 Oktyabr 2017 14:56

“Son vaxtlar nəticələrimiz heç də gözlənildiyi kimi deyil. Xüsusən, Çempionlar Liqasında özümüzə bənzəmirik”. Bu sözləri “Atletiko”nun futbolçusu Dieqo Qodin deyib. La Liqanın X turu çərçivəsində oktyabrın 28-də öz meydanında “Vilyarreal”la qarşılaşacaq Madrid təmsilçisi 3 gün sonra Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ı qəbul edəcək.

Runi zibil yığır - Məhkəmə qərarı 

27 Oktyabr 2017 13:32

Sərxoş halda avtomobil idarə etdiyi üçün ötən ay saxlanılan "Everton"un hücumçusu Ueyn Runinin ictimai işlərə cəlb edilməsi barədə məhkəmə qərarı dünəndən qüvvəyə minib. İngiltərə futbolunun canlı əfsanəsi Makklsfilddəki parklardan birində işləyərkən görünüb. O, burada oturacaqları rəngləyir və zibil yığırmış. Ətrafdakı insanların verdiyi xəbərə görə, Runi bu zaman çox kefsiz görünürmüş. 

Levandovski karyerasını "Real"da davam etdirə bilər

26 Oktyabr 2017 18:55

"Bavariya"ın hücumçusu Robert Levandovski karyerasını "Real"da davam etdirə bilər. Məlumata görə, klub nümayəndələri onun transferi ətrafında danışıqlar aparırlar.

“PSJ” 222 milyona bəla transfer edib – Klubda böhran

26 Oktyabr 2017 18:38

Fransanın “PSJ” futbol komandasının 222 milyon avroya “Barselona”dan transfer etdiyi Neymar klubdaxili mübahisələrə səbəb olub. Dünyanın ən bahalı transfer sahibinə verilən üstünlüklər digər futbolçuları hiddətləndirib.

Azərbaycan cüdoçuları Abu-Dabi "Qran-Pri"sində yarışacaqlar

26 Oktyabr 2017 16:05

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürəcək. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə,  bu yarışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı Azərbaycan milli komandası da qüvvəsini sınayacaq. 

Silahlı Qüvvələrin cüdo birinciliyi keçirilib

26 Oktyabr 2017 15:07

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində cüdo üzrə Silahlı Qüvvələr birinciliyi keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, çempionatı Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynovun rəhbərliyi ilə hakimlər heyəti idarə edib.

Bundesliqa rəhbərliyindən maraqlı addım

26 Oktyabr 2017 13:40

Almaniyanın Bundesliqa rəhbərliyi yerli oyunçulara daha çox şans verilməsi üçün maraqlı addım atıb. Liqa rəhbərliyinin qərarına əsasən, yayım gəlirlərinin 17 milyon avroluq hissəsi daha çox yerli futbolçuya şans verən klublar arasında bölünəcək. Bu barədə məlumatı Bundesliqanın mətbuat xidməti yayıb.

İlin futbol bombasını qətərlilər partlatdı - “PSJ”-yə qardaş gəlir

26 Oktyabr 2017 13:09

Türkiyənin Super Liqa oyunlarının qətərli yayım qurumu olan “beIN SPORTS” yeni futbol klubu almaq niyyətinə düşüb. Qurum “Başakşəhər” futbol klubunu almaq istədiyini bildirib. Türkiyə ilə yanaşı. İngiltərə, İspaniya, Fransa və Braziliya liqalarını da yayımlayan qurum yeni klub almaq üçün uzun müddətdir axtarışa çıxmışdı. “beIN SPORTS” artıq “Başakşəhər”lə razılaşma əldə edib və bir çox detalları müzakirə ediblər. Razılaşma ilə bağlı ətraflı açıqlamanın yanvar ayında veriləcəyi bildirilib.

Güləşçilərimiz Rusiyada mübarizə aparacaq

26 Oktyabr 2017 11:03

28-29 oktyabr tarixlərində Rusiya Federasiyasının Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə "Yuqra Kuboku" beynəlxalq turniri keçiriləcək.  AGF-dən “OLAYLAR”-a bildirilib ki, 14-cü dəfə keçirilən turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmamızın üzvləri də iştirak edəcək. 

"İnter" adını dəyişir - Bu şənbə

25 Oktyabr 2017 16:15

“İnter” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Məlumata görə, “İnter” ev oyunlarını keçirdiyi stadionda klubun yeni adının təqdimat mərasimini keçirmək istəyində olduğunu və bununla əlaqədar olaraq “Kəpəz” – “İnter” görüşünün yerinin dəyişdirilməsini xahiş edib.

Ağır atletika üzrə 4-cü seçmə mərhələ yarışları keçiriləcək

25 Oktyabr 2017 16:14

28 oktyabr – 5 noyabr tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 4-cü seçmə mərhələsi yarışları keçiriləcək.