İdman

İŞİD Ronaldodan nə istəyir?

31 Oktyabr 2017 16:18

İŞİD terror təşkilatı "2018 Dünya Kuboku"nu dünyaca məşhur futbolçuların posterləri ilə təhdid etməkdə davam edir. Terrorçular bu dəfə “Real” klubunun hücumçusu Kristiano Ronaldonu hədəf alıb. Onlar Ronaldonun diz çökdüyü yerdə təsvir edilən fotosunu paylaşıblar. Fotonun altına isə “söylədiklərimiz eşitdiyiniz deyil, görüdüyünüz şeylərdir. Sadəcə gözləyin. Biz də gözləyirik” yazıblar.

Avropa çempionatının keçiriləcəyi ölkə dəyişdirildi

31 Oktyabr 2017 12:52

2018-ci ildə ağırllıqaldırma üzrə Avropa çempionatının keçiriləcəyi ölkə dəyişdirilib.  Qitə birinciliyi Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq. Martın 23-dən aprelin 1-dək keçiriləcək yarışın öncədən təyin olunduğu kimi Türkiyənin Antalya şəhərində baş tutmamasına səbəb bu ölkənin Dünya Ağırlıqqaldırma Federasiyası (IWF) tərəfindən bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsidir.

“Qarabağ” "Atletiko"ya qarşı - YENİLƏNİR

31 Oktyabr 2017 09:20

Bu gün “Qarabağ” komandası Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək. Ağdam təmsilçisi IV tur çərçivəsində İspaniyada “Atletiko”nun qonağı olacaq. Bu kollektivlərin oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutan ilk duelində qolsuz heç-heçə qeydə alınıb. İlk turda İngiltərədə “Çelsi”yə 0:6, evdə isə İtaliya təmsilçisi “Roma”ya 1:2 hesabı ilə uduzan “Qarabağ” madridlilərlə heç-heçə etməklə ilk xalını aktivinə yazıb. Bu uğurun davamını gətirmək çətin olsa da, nəzəri cəhətdən 1/8 finala vəsiqə qazanmaq da mümkündür.

“Atletiko” matçından öncə “Qarabağ”a ŞOK

30 Oktyabr 2017 18:50

Sabah Madridin “Atletiko” komandası ilə qarşılaşacaq “Qarabağ” futbol klubunda ağır itki yaşanıb. Komandanın müdafiəçisi Bədavi Hüseynov ağır zədələnib. Son müayinədən sonra onun diz bağlarının qopduğu məlum olub. Futbolçu 7-8 ay müddətində yaşıl meydanlardan kənarda qalacaq.

Məşqçilər üçün texniki təlim kursu keçirilib

30 Oktyabr 2017 16:55

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə, Beynəlxalq Voleybol Federasiyasının texniki və Azərbaycan Voleybol Federasiyasının, həmçinin Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə baş tutmuş voleybol məşqçiləri üçün texniki kurslara yekun vurulub.

FIFA Dünya Liqası təsis edə bilər

30 Oktyabr 2017 13:34

FİFA milli komandaların yoldaşlıq görüşlərini Dünya Liqası oyunları ilə əvəzləyə bilər. Qurumun məmurları yoldaşlıq oyunlarının popolyarlığını itirməkdə olduğunu düşünür. Dünya Liqasının 2019-cu ildə təsis olunması və oyunların 1 il davam etməsi nəzərdən keçirilə bilər. Yeni turnirdə milli komandalar Millətlər liqasına uyğun fomrada 3 divizionda qruplaşdırılacaq.

İŞİD Neymarı hədəf aldı: “Biz təhlükəsiz yaşamadıqca...”

30 Oktyabr 2017 13:17

İŞİD terror təşkilatı Rusiyada təşkil ediləcək “2018 Dünya Kuboku”nu bu dəfə dünyanın ən bahalı transferinin fotosu ilə təhdid edib. Terror təşkilatının Lionel Messidən sonra hədəfi “PSJ”-nin ulduzu Neymar olub. Sosial mediada İŞİD-in dəstəkçiləri olan bəzi səhifələr Neymarın fotoşop edilmiş fotolarını paylaşıb və "2018 Dünya Kuboku"na ev sahibliyi edəcək stadionları havaya uçuracağını yazıb.

Məsut Özil transferi haqda danışdı

30 Oktyabr 2017 11:42

Məsut Özil haqqında yayılan xəbərlərə münasibət bildirib. Almaniya yığmasının türk əsilli üzvü "Arsenal"dan ayrılaraq "Mançester Yunayted"ə keçəcəyi ilə bağlı iddialara "Sky Sports" vasitəsi ilə cavab verib: "Mən burda xoşbəxtəm və 100 faiz gücümü ortaya qoymağa çalışıram.

Messi Azərbaycanla oynamaq istəmədi

30 Oktyabr 2017 11:35

Argentina milli komandasının Azərbaycan və Ukrayna yığmaları ilə keçirmək istədiyi yoldaşlıq görüşünün baş tutmamasının səbəbkarı müəyyənləşib. Bu komandalarla oyunun keçirilməsini Cənubi Amerikadan olan kollektivin, Lionel Messi başda olmaqla, aparıcı oyunçuları istəməyiblər.

"Tottenhem"də şok itki

27 Oktyabr 2017 19:00

"Tottenhem" Premyer Liqa çərçivəsində "Mançester Yunayted"lə qaşılaşma öncəsi ciddi itki ilə üzləşib. Klubun əsas oyunçularından olan Harri Keyn "Vest Hem"lə oyunda aldığı zədə səbəbindən oyunu buraxmalı olacaq. Keynin "Real"la Çempionlar Liqası matçında da komandasına kömək edə bilməyəcəyi bildirilir.