"Atletiko şokda! Kardaş tarih yazıyor" - Türkiyə mediası "Qarabağ"ı öydü - FOTO
1 Noyabr 2017 10:36 İdmanÇempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Madriddə "Atletiko" ilə 1:1 bərabərə qalan, tarixində ilk dəfə oynadığı Çempionlar Liqasında ilk səfər xalını qazanmaqla tarix yazan "Qarabağ" qardaş Türkiyə KİV-nin də əsas müzakirə mövzusu olub.
Türkiyənin ən nüfuzlu xəbər portalları "Karabağ tarih yazmaya devam ediyor", "Atletiko şokda! Kardaş tarih yazıyor" başlıqlı xəbərləri ilə "Qarabağ"ın "Atletiko Madrid"lə səfər matçında sərgilədiyi möhtəşəm oyundan yazıblar.
Qeyd edək ki, "Qarabağ"ın ispan klubunu "öz silahı" - 32 yaşlı ispaniyalı yarımmüdafiəçi Miçel Maderanın baş zərbəsi ilə vurduğu möhtəşəm qol dünənin ən gözəl qollarından hesab edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31