Məşhur ispan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı
20 Oktyabr 2017 09:15 İdmanİspaniyanın məşhur "Mundo Deportivo" idman nəşri kobud səhv buraxıb.
Oxu.Az yerli KİV-ə istinadən xəbər verir ki, nəşr "Atletiko"nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ı "erməni klubu" adlandırıb.
""Çolo"nun uşaqları ("Atletiko"nun baş məşqçisi Dieqo Simeonun ləqəbi - qeyd.) ötən gecə erməni "Qarabağ"ına qarşı oynadı - hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq "Atletiko" qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını məyus etdi", - yazıda bildirilir.
Xatırladaq ki, "Qarabağ"-"Atletiko" matçı - çərşənbə günü Bakı Olimpiya Stadionunda oynanılıb və qolsuz bərabərliklə yekunlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31