İdman

"Qarabağ"ın Reynaldosu "Spartak"da

5 Yanvar 2018 18:40

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva karyerasını Slovakiyada davam etdirəcək. 28 yaşlı hücumçu yüksək liqada mübarizə aparan Trnava "Spartak"ında baxışdadır. "Spartak" Reynaldo ilə yanaşı "Hannover"dən 21 yaşlı kosovolu yarımmüdafiəçi Valmir Süleymanini də heyətinə cəlb edib. Hər iki futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.

"Barselona”nın yeni müdaifəçisi

5 Yanvar 2018 18:35

İspaniyanın "Barselona" klubu Kolumbiya yığmasının futbolçusu Erri Mina ilə müqavilə bağlayacaq. Kataloniya təmsilçisi Braziliyanın "Palmeyras" klubunun formasını geyinən 23 yaşlı mərkəz müdafiəçisi üçün 10 milyon avro nəğd, 2 milyon avro isə bonus şəkilində ödəyəcək.

Millimiz Moldova ilə görüşəcək

5 Yanvar 2018 18:09

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Yanvarın 30-da Türkiyənin Antalya şəhərində təşkil olunacaq qarşılaşmada rəqib Moldova yığması olacaq.  Bu, baş məşqçi Qurban Qurbanovun millidə ilk sınağı olacaq. 

Podolski Kölndə dönərxana açdı

5 Yanvar 2018 18:06

"Qalatasaray"ın sabiq futbolçusu Lukas Podolski Türkiyədə çıxış edərkən dönəri də çox sevirmiş. Hazırda karyerasını Yaponiyanın "Vissel Kobe" klubunda davam etdirən Podolski dönər biznesinə başlayıb. O, Kölndə dönərxana açıb. Podolski dönərxanasına "Manqal dönər" adı verib.

Ronaldo bu 3 klubdan birində OYNAYA BİLƏR

5 Yanvar 2018 13:52

Son dövrlər "Real"dan ayrılmaq istədiyi iddia olunan Kriştiano Ronaldo ilə bağlı yeni iddialar ortaya atılıb. Portuqaliyalı ulduzu 3 klub transfer etmək istəyir. "Don Balon"un iddiasına görə, bu klublar PSJ, "Çelsi" və "Los Anceles Qalaksi"dir.

Messi sərbəst qalacaq, əgər... - ŞOK İDDİA

5 Yanvar 2018 13:26

“Barselona” ilə müqavilə müddətini 2021-ci ilə qədər uzadan və 700 milyon avro qarşılığında sərbəst qalmaq imkanına malik Lionel Messi ilə bağlı qəribə detal ortaya çıxıb. Kataloniya müstəqil olarsa, Messi qarşılıqsız şəkildə sərbəst qala bilər.

“Qalatasaray” mövsümün ilk transferini gerçəkləşdirdi

5 Yanvar 2018 13:23

Fransalı sol qanad müdafiəçisi 36 yaşlı Patris Evra “Qalatasaray”la müqaviləyə imza atacaq. Bu məqsədlə təcrübəli futbolçu bu gün İstanbula uçacaq. “Sky Sports”un xəbərinə görə, bu müqavilə ilə “Qalatasaray” mövsümün ilk transferini gerçəkləşdirəcək.

Karrasko "Qalatasaray"a lazım olmadı

4 Yanvar 2018 19:00

Ötən yay "Qalatasaray"a transfer olunan Sedrik Karrasko yenidən Fransa Liqasına qayıtmaq istəyir. Baş məşqçi Fatih Terimin planlarına daxil olmayan 36 yaşlı qolkiperin agenti bəzi Liqa 1 klubları ilə danışıqlar aparır.

Ronalduya 3 klubdan təklif

4 Yanvar 2018 18:55

"Real"ın futbolçusu Kriştianu Ronalduya 3 klubdan təklif göndərilib. Həmin klublardan birinin yaxın günlərdə "Real"la rəsmən danışıqlara başlayacağı bildirilib.

“Qəbələ” bəyanat yayıb

4 Yanvar 2018 18:35

“Qəbələ” futbol klubu “Qarabağ” komandasının futbolçusu Mahir Mədətovla bağlı bəyanat yayıb. Məlumata görə, buna səbəb 31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində “Qış nağılı” verilişində millinin də şərəfini qoruyan hücumçunun səsləndirdiyi fikirlər olub.

"Qəbələ" Mahir Mədətovu qınadı: "Üzr istəməsini gözləyirik”

4 Yanvar 2018 17:44

“Qəbələ” futbol klubu “Qarabağ”ın gənc hücumçusu Mahir Mədətov haqqında bəyanat yayıb. Klub M.Mədətovu qınayıb. Buna səbəb isə 31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində gedən “Qış nağılı” verilişində futbolçunun səsləndirdiyi fikirlər olub.

"Neftçi" "Qalatasaray"ın oyunçusuna göz dikdi

4 Yanvar 2018 17:41

Qış fasiləsi dövründə heyətini gücləndirmək istəyən “Neftçi” “Qalatasaray”lı Cem Pol Karacanı heyətinə qatmaq istəyir. Hazırda “Bolton”un şərəfini qoruyan futbolçu Azərbaycana gəlmək təklifinə müsbət baxır.

“Beşiktaş” futbolçusunu fantastik qiymətə SATDI - Transfer REKORDU QIRILDI

4 Yanvar 2018 15:58

“Beşiktaş” ulduz forvardı Cenk Tosunu İngiltərənin “Everton” klubuna satıb. Transfer 27 milyon avro qarşılığında baş tutub. Beləliklə, Cenk Tosun Türkiyədən xaricə satılan ən bahalı futbolçu kimi tarixə keçib.

Sançes "Mançester Siti"yə keçir

4 Yanvar 2018 14:05

"Arsenal"ın futbolçusu Aleksis Sançesin "Mançester Siti"yə gələn yaya planlaşdırılan transferi bu ay gerçəkləşə bilər. Buna səbəb "şəhərlilər"in hücumda problemlə üzləşməsidi. Qabriel Jejuşun zədələnməsinə görə Pep Quardiola çilili forvardı artıq indidən komandasında görmək istəyir.