DÇ-2018-in rəsmi himnini Ledi Qaqa ifa edə bilər

Məşhur amerikalı müğənni Ledi Qaqa Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatının rəsmi himnini ifa edə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Daily Star" qəzeti yazıb.

Nəşrin məlumatına görə, 31 yaşlı ifaçı artıq mahnını yazıb və təsdiq üçün FİFA-ya göndərib.

Təşkilat bəstəni turnirin rəsmi himni kimi təsdiq etməsə, müğənni onu yeni solo albomuna daxil edəcək.

Dünya çempionatının oyunları 14 iyundan 15 iyuladək Rusiyanın 11 şəhərində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31