İdman

“Barselona”nın yeni HƏDƏFİ

4 Yanvar 2018 13:56

İspaniyanın “Barselona” klubu transfer pəncərəsinin açılışı ilə təəccüblü addımlar atmağa başlayıb. Katalonlar mövsümün əvvəlində “Beşiktaş”dan “Lyon”a keçən Marselo Quedesi transfer siyahısına əlavə edib.

“Beşiktaş” dünya ulduzunu pulsuz alıb, 50 milyona satacaq

4 Yanvar 2018 12:21

Cenk Tosunun “Beşiktaş”a transfer edilməsindən sonra onun yerini “Nays” klubunun hücumçusu Mario Balotelli tutacaq.  Artıq futbolçu ilə klub menecerləri arasında danışıqlar başlayıb. Futbolçunun Çempionlar Liqasında oynamaq istəməsi transfer danışıqlarına müsbət təsir göstərib. Onun meneceri “Beşiktaş”ın prezidenti Fikret Ormana futbolçunun şərtlərindən ibarət siyahı göndərib. Siyahıda futbolçuya Çempionlar Liqasında oynayan bir komandadan təklif gələrsə, ödənişsiz olaraq hazırki komandasından ayrıla biləcəyi maddəsi də yer alıb.

Fatih Terim “Qalatasaray” əfsanələrini bir araya toplayır

4 Yanvar 2018 11:13

“Qalatasaray” klubunun əfsanəvi qapıçısı Klaudio Taffarel komandasına geri qayıdıb. Bu barədə futbolçu özü şəxsi instaqram hesabında yazıb: “Həm futbolçu kimi, həm də texniki işçi olaraq çalışdığım və böyük xoşbəxtliklər yaşadığım klubuma geri qayıdıram. Mənə bir daha bu fürsəti verən idarə heyətinə, özəlliklə, Fatih Terimə təşəkkür edirəm”.

Arda Turan və Çenk Tosun eyni komandada?

3 Yanvar 2018 17:45

"Beşiktaş"dan Cenk Tosunun transferini həll edən "Everton" daha bir türk futbolçunu heyətinə qatmaq istəyir. Bu  barədə "El Mundo Deportivo" məlumat yayıb.

49 yaşlı futbol klubu fəaliyyətini dayandırdı

1 Yanvar 2018 19:24

Türkiyənin “Qaziantepspor” klubu fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib.Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Məlumatda fəaliyyətlərini dayandırmalarına səbəb kimi, şəhərin imkanlı şəxslərinin, şəhər rəhbərliyinin kluba dəstək olmaması göstərilib. Bəyanatda hətta azarkeşlərin belə stadiona gələrək, komandaya dəstək olmadıqları vurğulanıb.

"Borussia" kapitanına yeni müqavilə təklif edəcək

1 Yanvar 2018 19:15

"Borussia Dortmund" komandanın kapitanı Marko Roysla yeni müqavilə imzalamaq istəyir. Bu barədə Dortmund klubunun idman direktoru Mixael Zork danışıb.

“Qarabağ”ın oynadığı stadiona qoyunlar hücum etdi - VİDEO​​​​​​​

31 Dekabr 2017 08:52

Madridin “Atletiko” klubunun prezidenti Enriko Serezo İspaniyanın dövlət kanalı TVE-də yayımlanan “Günahsız” verilişinin zarafatına məruz qalıb. Təcrübəli klub idarəçisi təzəlikcə istismara verilmiş “Vanda Metropolitano” stadionununda qoyunların şokunu yaşayıb.

"Qarabağ" legioneri ilə yolları ayırır

30 Dekabr 2017 18:50

Mövsümün əvvəlində Yunanıstan "Olimpiakos"undan icarəyə götürülən Tarik Elyunussi yanvarda "Qarabağ"ı tərk edəcək. Ağdam klubunda artıq futbolçu ilə bağlı qərar verilib.

Qurban Qurbanov dünyanın ən yaxşı məşqçilərindən oldu - SİYAHI

30 Dekabr 2017 17:25

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. "Dünya məşqçi sıralaması" saytının təqdim etdiyi siyahıda Azərbaycanın 3 məşçqisi - Qurban Qurbanov, Roman Qriqorçuk və Ayxan Abaasov yer alıb.

"Real" Raulu geri qaytarır

29 Dekabr 2017 18:50

"Real" icarə əsasında "Rayo Vallekano"da çıxış edən hücumçusu Raul de Toması vaxtından əvvəl geri qaytarmaq fikrindədir. İspaniya mətbuatında yer alan xəbərlərə görə, buna səbəb gənc oyunçunun olduqca yaxşı çıxış etməsidir.

Ronaldo: ""Barselona"dan çox "Real"a bağlıyam"

29 Dekabr 2017 18:45

Braziliya millisinin sabiq futbolçusu Ronaldo yerli mətbuata açıqlama verib.  "Fenomen" İspaniyanın 2 nəhəngi barədə fikirlərini bölüşüb.

"Everton" formaları satışdan çıxartdı

29 Dekabr 2017 18:10

"Everton" internet-maqazində satışa çıxarılan formaların alışını dayandırıb. Klub rəhbərliyi bunu azarkeşlərin formada səhv tutmasından sonra edib. Formanın üzərində retro-şəkil yerləşdirilib. Ancaq məlum olub ki, bu şəklin "Everton" azarkeşlərinə heç bir dəxli yoxdu.

Aqil Məmmədov "Neftçi”də!

29 Dekabr 2017 17:14

"Neftçi” PFK heyətinə yeni futbolçu cəlb edib. Qapıçı Aqil Məmmədovla mövsümün sonunadək müqavilə bağlanıb. Tərəflərin istəyinə əsasən mövsümün sonu müqavilə daha 1 illik uzadıla bilər.

Edin Ceko: ""Qarabağ"la oyun asan olmamışdı"

29 Dekabr 2017 16:46

"Qarabağ"a qarşı oyunumuz asan olmamışdı. Bilirdik ki, qalib gəlsəydik, qrupda birinci yeri tutacaqdıq. İlk hissədə bir neçə şansımız oldu, lakin qol vura bilmədik". Bu sözləri "Roma"nın futbolçusu Edin Ceko klubun telekanalına müsahibəsində deyib. "İkinci hissənin əvvəllərində isə Dieqo Perotti hesabı açdı. Bundan bir müddət sonra "Atletiko" İngiltərədə "Çelsi"yə qol vurdu. Qorxurdum ki, hesabı açmasaq, işimiz daha çətin ola bilər. Lakin yekunda biz qalib gəldik və Londondakı oyunun nəticəsini gözlədik" - deyə o bildirib.