İdman
Aqil Məmmədov "Neftçi”də!
"Neftçi” PFK heyətinə yeni futbolçu cəlb edib. Qapıçı Aqil Məmmədovla mövsümün sonunadək müqavilə bağlanıb. Tərəflərin istəyinə əsasən mövsümün sonu müqavilə daha 1 illik uzadıla bilər.
Edin Ceko: ""Qarabağ"la oyun asan olmamışdı"
"Qarabağ"a qarşı oyunumuz asan olmamışdı. Bilirdik ki, qalib gəlsəydik, qrupda birinci yeri tutacaqdıq. İlk hissədə bir neçə şansımız oldu, lakin qol vura bilmədik". Bu sözləri "Roma"nın futbolçusu Edin Ceko klubun telekanalına müsahibəsində deyib. "İkinci hissənin əvvəllərində isə Dieqo Perotti hesabı açdı. Bundan bir müddət sonra "Atletiko" İngiltərədə "Çelsi"yə qol vurdu. Qorxurdum ki, hesabı açmasaq, işimiz daha çətin ola bilər. Lakin yekunda biz qalib gəldik və Londondakı oyunun nəticəsini gözlədik" - deyə o bildirib.
Günün matçlarını yayımlayacaq kanallar - SİYAHI
“Mançester Yunayted”dən Dibala üçün DODAQUÇUQLADAN TƏKLİF
“Mançester Yunayted” “Yuventus”un argentinalı ulduzu Poulo Dibalanı transfer etmək niyyətindədir. İngilislər Dibalanın transfer hüququ qarşılığında 80 milyon avro və Henrix Miktaryan təklif edəcək. “Yuventus” isə argentinalı ulduzu üçün 100 milyon avro tələb edir. “Mançester Yunayted” mövsüm fasiləsində transfer pəncərəsi açılan kimi italiyanlara rəsmi təklif göndərəcək.
Özümüzə inamı itirmişik - Spalletti
İtaliya kubokunun 1/4 final mərhələsində əzəli rəqibi "Milan"a uduzaraq (0:1) mübarizəni dayandıran "İnter"in baş məşqçisi Luçano Spalletti oyunla bağlı fikirlərini bildirib. Spalletti mövsümə yaxşı başlamalarına baxmayaraq, son 3 matçda (2-si A seriyası, 1-i ölkə kubokunda) məğlub olan komandada fiziki problemin olmadığını, hər şeyin psixologiya ilə bağlı olduğunu deyib:
Dani Alveş Yeni İli Bakıda keçirəcək
Braziliya millisinin və Fransanın PSJ komandasının futbolçusu Dani Alveş Yeni İl bayramını Bakıda qeyd edəcək. 34 yaşlı sağ cinah müdafiəçisi dekabrın 31-də "Hilton" otelində baş tutacaq şənliyə qatılacaq.
"Everton" "Beşiktaş"la anlaşdı
"Beşiktaş"ın hücumçusu Cenk Tosun yanvar ayından "Everton"un formasını geyinəcək. Bu barədə məlumatı Britaniyanın yüksək tirajlı "Guardian" nəşri yayıb. Xəbərdə bildirilir ki, forvardla bir müddət əvvəl ortaq məxrəcə gələn Liverpul klubu, nəhayət ki, "Beşiktaş"la da anlaşıb. Klublar arasındakı razılığa görə, "Everton" transfer müqabilində Superliqa çempionuna 30 milyon avro ödəyəcək. Bu isə o deməkdi ki, Cenk Türkiyədən Avropaya ən yüksək məbləğ qarşılığında yollanan futbolçu olacaq. Keçidin yanvarın ilk günlərində rəsmiləşməsi gözlənilir.
İspaniyalı baş məşqçi yığmamızdan ehtiyatlanır
"2018-ci ildəki ən vacib vəzifəmiz Avropa çempionu adını qazanmaqdı. Biz bu titulu yenidən əldən etmək üçün alışıb-yanırıq". Bu sözləri futzal üzrə İspaniya millisinin baş məşqçisi Xose Venansio Lopes deyib. UEFA-nın rəsmi saytına müsahibə verən təcrübəli mütəxəssis Sloveniyada keçiriləcək qitə çempionatındakı hədəflərini açıqlayıb.
Qabriel Matey "Zirə"dən gedir
Qabriel Matey "Zirə" ilə yolları ayırmağa hazırlaşır. 27 yaşlı müdafiəçi "Bruk-Bet Termalits" klubu ilə razılığa gəlib. Onun yaxın günlərdə Polşa təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir. Xəbərdə Q.Mateyin qiymətinin 450 min avro olduğu yazılıb.
"Mançester Siti"nin kapitanı sıradan çıxdı
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Vensan Kompani uzun müddətə sıradan çıxıb. Komandanın kapitanı "Nyukasl" ilə Premyer Liqanın XX tur matçında xəsarət alıb.
UEFA azərbaycanlı hakimə dəvət göndərib
FİFA dərəcəli hakim Əliyar Ağayev UEFA-dan növbəti dəfə dəvət alıb. Bu barədə apasport.az saytına AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
"Transferə 300 milyon avro bəs deyil"
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 20-ci turunda "Bernli" ilə matçdan (2:2) sonra transferlərə ödənilən pullarla bağlı açıqlama verib.
Azərbaycan idmançılarında dopinq aşkarlanan növlər açıqlandı
2017-ci ildə velosiped və bodibildinq üzrə hərəyə 3, həndbol və atletika üzrə hərəyə 2, ağırlıqqaldırma üzrə 1 dopinq-test müsbət nəticə verib. Bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoruŞəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Fransada ilin ən yaxşı futbolçusu seçildi
Fransada “ilin ən yaxşı futbolçusu” nominasiyasının qalibi elan olunub. "France Football" qəzetinin təşkil etdiyi səsvermədə "Çelsi"nin yarımmüdafiəçisi N'Qolo Kante qalib olub. O, səsvermədə 90 xal toplayıb.
“Kəpəz”də yeni TƏYİNAT
"Kəpəz" Peşəkar Futbol Klubunda daha bir təyinat reallaşıb. Əvəzedici komandanın məşqçisi Mətləb Məmmədov klubda uşaq futbolunun rəhbəri təyin olunub. Məmmədovun vəzifəsi aşağı yaş qrupları üzrə komandalara nəzarət edib uşaq futbolunun inkişafına dəstək verməkdən ibarət olacaq.














