İdman

Bakı məktəblisi beynəlxalq yarışın qalibi olub

26 Dekabr 2017 13:40

Paytaxt məktəblisi İranda idmanın üzgüçülük növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 46 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ramil Vəlizadə 13-14 yaşlı oğlanlar arasında kəpənək üsulunda 100 metr məsafəyə üzmə yarışlarında qələbə qazanıb.  R.Vəlizadə medal və diplomla təltif olunub.

Məşhur futbolçu FETÖ ilə işbirliyinə görə həbs olundu

26 Dekabr 2017 12:53

Bir müddət “Fənərbaxça” və “Beşiktaş” kimi böyük komandalarda forma geyinən Türkiyə Milli Komandasının üzvü Uğur Boralın FETÖ terror təşkilatının üzvü olduğu ortaya çıxıb. Futbolçunun FETÖ-nün bağlanmış qurumlarından olan “Bank Asya” bankına 950 min tl pul yatırdığı sübut edildikdən sonra həbs edilib.

Ronaldodan alqışa layiq ADDIM

26 Dekabr 2017 12:21

Madridin “Real” klubunun ulduzu Kriştiano Ronaldo daha bir xeyriyyə layihəsinə imza atıb. Ulduz futbolçu Çilidə uşaq xəstəxanası tikdirir. O, bu layihəni italiyalı bizneesmen Alisandro Proto ilə birlikdə həyata keçirir. İnşası 2020-ci ildə başa çatacaq xəstəxana Cənubi Amerikada tikiləcək xəstəxana zəncirinin bir halqası olacaq.

Bu il Azərbaycanda 55 beynəlxalq yarış keçirilib

26 Dekabr 2017 12:12

Cari il ərzində Azərbaycanda 219 respublika yarışı, 55 beynəlxalq yarış keçirilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, 2017-ci il 234 beynəlxalq yarışda ölkə yığma komandaların iştirakı təmin olunub: İdman növləri üzrə yığma komandalar 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplanışında iştirak ediblər.

Çili millisinə yeni baş məşqçi

25 Dekabr 2017 18:55

"Flamenqo"nun baş məşqçisi Reynaldo Rueda Çili millisində çalışacaq. Fuedanın təyinatı yanvarda rəsmiləşəcək. Çili Futbol Federasiyası məşqçi ilə müqaviləyə görə Braziliya klubuna 1 milyon avro ödəyəcək.

Fellaini "Mançester Yunayted"dən gedir

25 Dekabr 2017 18:50

"Mançester Yunayted"in futbolçusu Maruan Fellaini komandadan ayrılmaq qərarına gəlib. Bu barədə "Daily Express" xəbər yayıb. Bildirilir ki, "mankunianlar"ın yeni müqavilə şərtləri belçikalı yarımmüdafiəçini qane etməyib. Onun yanvar ayından digər klublarla danışıqlar aparacağı qeyd olunub.

Kamran Ağayevin yeni klubu məlum oldu

25 Dekabr 2017 18:45

Qış fasiləsinin fəal komandalarından olan "Keşlə" daha bir keçidi reallaşdırıb.  Azərbaycan millisinin qapıçısı Kamran Ağayev gözlənildiyi kimi, paytaxt təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.

Kapello: "İbrahimoviç qapıya dəqiq zərbə vura bilmirdi"

25 Dekabr 2017 18:40

Tanınmış futbol məşqçisi Fabio Kapello "Sky İtalia" kanalına maraqlı açıqlamalar verib. İtalyan mütəxəsis Zlatan İbrahimoviç və Ronaldo haqqnda fikirlərini bölüşüb. Kapello 2004-cü ildə İbrahimoviç "Yuventus"a transfer olunduğu çatışmazlığından danışıb.

Qurban Qurbanov Çinə "yox" dedi

25 Dekabr 2017 17:47

Çinin "Hançjou Qrintaun" komandası "Qarabağ"ın futbolçusu Dino Ndlovu ilə bir neçə müddətdir ki, maraqlanır.

"Qarabağ"ın futbolçusu klubun forma və atributlarını Haitidə satışa çıxardı

23 Dekabr 2017 19:05

“Mövqeyim üzrə ən yaxşı oyunçu seçilməyim mənim üçün fəxrdir. Burada amerikalılar, kosta-rikalılar, panamalılar, yamaykalılar, meksikalılar və digərləri var. CONCACAF-ın “11-liy”inə düşmək daha səylə çalışmağım, futboloçu karyeramı yüksəltməyim üçün stimul olacaq”. Bunu “Qarabağ”ın haitili futbolçusu Donald Gerrye 2017-ci ildə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasında (CONCACAF) mövqeyi üzrə ən yaxşı seçilməsinə münasibət bildirərkən deyib.

"Qalatasaray" Fatih Terimlə müqavilə bağladı

22 Dekabr 2017 19:00

Türkiyənin "Qalatasaray" klubu baş məşqçi postuna dördüncü dəfə təyin olunan Fatih Terimlə müqavilə bağlayıb.  64 yaşlı mütəxəssislə 1,5 illik sözləşmə imzalanıb. Bu barədə bir qədər sonra İctimaiyyəti Məlumatlandırma Platformasına ətraflı məlumat veriləcək. Artıq Terim klubun bazasına gələrək, komandanı məşqə çıxarıb.

"Keşlə" klubu daha bir futbolçusu ilə yollarını ayırdı

22 Dekabr 2017 18:43

Bakının "Keşlə" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Yarımmüdafiəçi Samir Zərgərov komandanı tərk edib. 31 yaşlı oyunçunun karyerasını "Kəpəz"də davam etdirəcəyi gözlənilir. Bu seçimdə Zərgərovun əslən Göygöldən olması və bu rayonun Gəncəyə yaxınlığı da rol oynayıb.

"Neftçi"nin hücumçusu Boliviya klubunda

22 Dekabr 2017 18:39

"Neftçi" klubunun futbolçusu Uqo Barqas karyerasını Boliviyanın "Bluminq" klubunda davam etdirəcək. Bu barədə Cənubi Amerika təmsilçisinin meneceri Tito Paz "El Mundo"ya açıqlama verib. O bildirib ki, 31 yaşlı fransalı hücumçu 2018-ci il yanvarın ilk həftəsində "Bluminq"ə qoşulacaq: "Müqavilə ilə bağlı ona rəsmi təklif göndərmişik. Danışıqlar uğurlu keçib. Sözləşmə bizim büdcəmizə uyğundur".

2020-ci il Tokio olimpiadasının büdcəsi azaldılıb

22 Dekabr 2017 14:41

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının büdcəsi azaldılıb. Büdcə 35 milyard yen (təxminən 309 milyon dollar) azaldılaraq, 1 trilyon 350 milyard ienə (12 milyard dollardan bir qədər az) endirilib. Tokiodan kənardakı yarışların təşkili üçün nəzərdə tutulan xərclər olimpiya lotereyasından əldən olunacaq vəsaitlə qarşılanacaq.

Neymarın “Real”a transfer tarixi bəlli oldu

22 Dekabr 2017 14:34

İspaniyanın “Diario Gol” qəzeti uzun müddətdir adı “Real Madrid”lə birgə çəkilən Neymarın transferi barədə daha bir iddia ortaya atıb. “PSJ”nin ən bahalı oyunçusu 2020-ci ildə “Real”a trenasfer ediləcək. Ötən yay “Barselona”dan 222 milyon avroya transfer edilərək tarixin ən bahalı oyunçusu adını alan Neymar hazırki komandasında xoşbəxt olmadığını dəfələrlə vurğulayıb.