İdman
Gimnastlarımız beynəlxalq turnirdən 3 medal qazandı
Bu gün Rusiyanın paytaxtı Moskvada yekunlaşan kişi və qadın idman gimnastikası üzrə Mixail Voronin adına Kubokda təmsilçilərimiz 3 medal əldə ediblər.
Çinlilər "Qarabağ"ın aparıcı hücumçusunu almaq üçün gəlir
“Qarabağ”ın legioneri Dino Ndlovunun Çinə transfer olunmaq məsələsi ciddi mərhələyə qədəm qoyub. Bu barədə occerladuma.co.za saytı məlumat verib. Məlumatda bildirilir ki, Çinin “Xanqzou Qrintaun” klubu gələn ay “Qarabağ”a böyük məbləğdə pul ilə qonaq gəlməyi düşünür. D.Ndlovunun “Qarabağ”la müqaviləsinin müddəti 6 aydan sonra bitəcək. Buna görə təklif haqqqında düşünüləcəyi ehtimal edilir. Klub isə futbolçudan gəlir götürməyi hədəflədiyi üçün qış transfer pəncərəsində 750 min avro təzminat almaqla, D.Ndlovunu satacaq.
Güləşçi soyğunçuluqda ittiham edilir
Sərbəst güləş üzrə Avropa çempionu olmuş Azərbaycan idmançısı Anar İsmayılov soyğunçuluqda ittiham edilir. İdmançı Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilən A. İsmayılovun cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
"Beşiktaş" 3 futbolçunu transferə çıxarır
"Beşiiktaş" yanvarda bir neçə futbolçusu ilə yollarını ayırmaq barədə düşünür. Son 2 mövsümün Türkiyə çempionu Araz Özbiliz, Denis Boyko və Veli Kavlakın xidmətlərində maraql ıdeyil. "Dnepr"dən "qara qartallar"ın heyətinə qoşulan Boyko yenidən Ukraynaya geri dönə bilər. Onunla ölkəsinin "Dinamo Kyiv" və "Shakhtar" klubları maraqlanır. Mətbuatda yayılan xəbərlərə görə Özbilizin agenti hazırda Qazaxıstan klubları ilə danışıqlar aparır.
Arda Turan 12 milyonluq imza atdı - Londona gedir
"Barselona" ilə yol ayrıcında olan və adı "Qalatasaray" da daxil bir çox klublarla yanaşı çəkilən Arda Turanın sürpriz yatırıma imza atdığı ortaya çıxıb. Ulduz oyunçunun, hər fürsəttə "İstanbuldan sonra ən çox sevdiyim şəhər" dediyi İngiltərənin paytaxtı Londonda ev aldığı məlum olub. Ardanın bu addımı eyni zamanda adının ayanaşı çəkildiyi "Arsenal"a transferi ilə bağlı iddiaları da artırıb. Bununla yanaşı futbolçunun təxminən 12 milyon lirəlik bir yatırım etdiyi də bildirilir.
“Beşiktaş”ın Mahir Mədətova görə “Qarabağ”a ödəyəcəyi MƏBLƏĞ AÇIQLANDI - İNANILMAZ RƏQƏM
Türkiyə və yerli mediada yayılan qeyri-rəsmi məlumata görə, “Qarabağ”ın 20 yaşlı futbolçusu Mahir Mədətov “Beşiktaş” klubuna transfer edilib. Türkiyə təmsilçisi transfer qarşılığında ağdamlılara 3 milyon avro ödəyəcəyi bildirilir. Transfer haqqında rəsmi açıqlamanın 2-3 yanvar tarixində açıqlanacağı gözlənilir.
Qurban Qurbanov İSTEFA VERDİ, AFFA isə...
Milli komandamızın baş məşqçisi Qurban Qurbanovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən istefası qəbul olunmayıb. Bu barədə Qol.az-a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib. Onun sözlərinə görə, Q.Qurbanovun məsələsinə İK-in mart ayında keçirilməsi gözlənilən konfransında yenidən baxılacaq: “Qurban Qurbanov İcraiyyə Komitəsindəki işini davam etdirəcək. İstefa məsələsinə İK-in növbəti ildəki iclasında yenidən baxılacaq”.
Bakıda beynəlxalq turnir keçirilir
Bu gün Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnirə start veriləcək. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, Boks Federasiyasının idman zalında baş tutacaq yarış 4 gün davam edəcək.
Premyer Liqa klubunda baş məşqçi istefası
İngiltərənin "Suonsi" klubu baş məşqçisi Pol Klementlə yolları ayırıb. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. "Suonsi" Premyer Liqanın aşkar autsayderidi. Geridə qalan 18 turda cəmi 12 xal toplamış bu kollektiv hazırda 20 iştirakçı arasında sonuncudu.
"Beşiktaş"dan Mahir Mədətovla bağlı - AÇIQLAMA
Mahir Mədətov “Beşiktaş”la müqavilə imzaladı - Foto
Millimizə I diviziondan futbolçu çağırıldı
"Neymar PSJ-də qalacaq"
PSJ-nin idman direktoru Antero Enrike Neymarın bu yay "Real"a transfer olunacağı ilə bağlı yayılan iddialara münasibət bildirib. O, braziliyalı hücumçunun Paris klubunda qalacağını deyib: "Neymar heç yerə getməyəcək.
Kaka "Milan"a qayıdacaq?
Bir neçə gün əvvəl karyerasını bitirən braziliyalı Kaka direktor qismində "Milan"a qayıda bilər. Milan"ın baş direktoru Marko Fassone açıqlamasında bu barədə fikir bildirib: "15 gün əvvəl Kaka və atası ilə əlaqə saxladıq. Onun öz gələcəyini və bizim "Milan"ın gələcəyini necə görməyimizlə bağlı fikir mübadiləsi apardıq.
UEFA Rəşad Sadıqovun cəzasını açıqladı
UEFA İntizam Komitəsi çempionlar Liqasının 5-ci turu çərçivəsində İngiltərənin "Çelsi" komandası ilə keçirilən oyunda birbaşa qırmızı vərəqə alan "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla bağlı qərarını açıqlayıb.














