İdman

Qurban Qurbanov köməkçi-məşqçilərin adlarını açıqladı

20 Dekabr 2017 12:59

Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov köməkçilərini müəyyənləşdirib. Bu barədə 45 yaşlı mütəxəssis keçirdiyi mətbuat konfransında bildirib.

"Verder" 35 yaşlı baş məşqçi ilə yoluna davam edəcək

19 Dekabr 2017 19:00

"Verder Bremen" 35 yaşlı baş məşqçisi Florian Kohfeldtlə yoluna davam edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Verder"in əvəzedici komandasını çalışdıran Kohfeldt oktyabrda, Aleksandr Nurinin istefasından sonra əsas komandada baş məşqçi postunu tutmuşdu.

"Messinin argentinalı olmasına görə bəxtimiz gətirib"

19 Dekabr 2017 18:52

"Barselona" və Argentina millisinin sabiq futbolçusu Xuan Ramon Rikelme "albiselestenin" 2018-ci il dünya çempionatında nı dəyərləndirib.  39 yaşlı veteran futbolçu bunları deyib: "Ümid edirik ki, futbolçular, xüsusən də Messi qaydasında olacaq. Messi formada olsa, Argentinanın qələbə şansları artacaq. Xorxe Sampoli ilə şəxsi tanışlığım yoxdur. Millinin dünya çempionatında qalib gəlməsi vacibdir. Messi kimi futbolçular varsa, onlardan ciddi şəkildə asılısınız.

Afrikada "İlin futbolçusu" mükafatına 3 namizəd

19 Dekabr 2017 18:48

2017-ci ildə Afrikanın ən yaxşı oyunçusu mükafatına iddia edən 3 futbolçu müəyyənləşib. Bunlar Məhəmməd Salah ("Liverpul", Misir), Sadyo Mane ("Liverpul", Seneqal) və Pyer-Emerik Obameyanqdır ("Borussiya Dortmund", Qabon). Mükafatın təqdim olunma mərasimi dekabrn 25-ə planlaşdırılır. Bir neçə gün öncə Salah "BBC"nin versiyasında Afrikanın ən yaxşı futbolçusu seçilmişdi.

"Barselona" "Real"ın yetirməsini transfer edir

19 Dekabr 2017 18:43

"Almeriya"nın futbolçusu Xose Anxel Poso "Barselona"nın maraq dairəsinə düşüb. 21 yaşlı forvard qış transfer pəncərəsində Kataloniya klubuna keçməyə yaxındır.

Dünyaca məhşur idmançılar AzTU tələbələri ilə görüşüb

19 Dekabr 2017 17:40

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycanın dünyaca məhşur idmançıları ilə tələbələrin görüşü keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, idmançıları əvvəlcə AzTU-nun rektor əvəzi Xalıq Yahudov qəbul edib, onların nailiyyətləri ilə hər bir azərbaycanlı kimi fəxr etdiyini bildirib. Rektor əvəzi prezident İlham Əliyevin göstərişi ilə universitetin yeni təmir olunmuş idman sarayından söz açaraq qeyd edib ki, AzTU-nun idmançı tələbələri hər zaman bayrağımızı yüksəklərə ucaldıblar, ölkəmizi layiqincə təmsil ediblər.

İdman idarəçiliyi kursu keçirilib

19 Dekabr 2017 17:39

15-19 dekabr tarixlərində Beynəlxalq Olimpiya Komitəsi və Milli Olimpiya Komitəsinin birgə layihəsi olan idman idarəçiliyi kursu keçirilib. MOK-un mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, layihə gənc liderlərin yetişdirilməsi və idman idarəçiliyində mütəxəssislərin yetişdirilməsi üçün yaradılıb. Layihə iki hissədən ibarətdir: Birinci hissədə Beynəlxalq Olimpiya Komitəsinin mütəxəssisi Stavri Bello 4 nəfər Milli Kurs Direktorluğu üzrə təlim keçib.

Rəşad Sadıqov: “Həmişə deyirdim, nə vaxtsa məşqçilik kariyerama başlasam…”

19 Dekabr 2017 16:39

“Qarabağ” komandasının kapitanı Rəşad Sadıqov İngiltərənin “Mançester Siti” komandasının düşərgəsində qonaq olub. Kapitan burada böyük təcrübə topladığını və savadını artırdığını deyib: ""Mançester Siti" qapalı klub olduğundan, belə görüşlərə vaxt və yer ayırmır.

Azərbaycanlı gənc Almaniya çempionu oldu

19 Dekabr 2017 13:06

Almaniyanın Olsberq şəhərində cüdo üzrə klublararası çempionat keçirilib. Yarışda Almaniyada yaşayan həmvətənimiz – İbişov Ruslan Samir oğlu da iştirak edib. 60 kq çəkidə yarışan 14 yaşlı Ruslan İbişov bütün rəqiblərini məğlub edərək Almaniya çempionu adına layiq görülüb.

"Vilyarreal"ın futbolçusu Madrid klubuna keçəcək

18 Dekabr 2017 19:00

"Vilyarreal"ın arımmüdafiəçisi Rodriqo Ernandes "Atletiko Madrid"ə keçəcək. Madrid klubu 21 yaşlı futbolçunun transferi ətrafında "sarı sualtı qayıq"la razılıq əldə edib. 

Mançester Yunayted"dən braziliyalı müdafiəçiyə 60 milyon funt

18 Dekabr 2017 18:55

"Mançester Yunayted" yanvarda Aleks Sandronu transfer etməyə hazırlaşır. "Qırmızı şeytanlar" braziliyalı futbolçunun transferinə 60 milyon funt xərcləmək niyyətindədir. Klubun qış fasiləsində heyəti gücləndirməsi üçün 90 milyon avro büdcə ayrılıb.

"Qalatasaray" Tüdora qapını göstərdi

18 Dekabr 2017 18:50

"Qalatasaray" rəhbərliyi baş məşqçi İqor Tüdorla yolları ayırmağa qərar verib. Qərar bu gün rəsmən açıqlanacaq. "Cim-bom" Tüdora 400 min avro təzminat ödəyəcək.