İdman

“Mançester Siti” Qvardiolaya 80 milyon funt sterlinq təklif edəcək

18 Dekabr 2017 18:44

İngiltərinin "Mançester Siti" futbol klubunun rəhbərliyi baş məşqçi Xosep Qvardiolaya yeni müqavilə təklif etməyə hazırlaşır. 46 yaşlı mütəxəssis üçün gələn yay 80 milyon funt sterlinq qarşılığında 4 illik sözləşmə təklifi irəli sürüləcək. Qvardiola 2016-c il fevralın 1-də "Mançester Siti" ilə 3 illik müqavilə bağlayıb. Onun hazırkı illik əmək haqqı 20 milyon avrodur. İspaniyalı baş məşqçi ötən ilin yayından "şəhərlilər"in sükanı arxasındadır. Yeni müqaviləyə əsasən, o, ildə 20 milyon funt sterlinq qazanacaq. 

Kamran Ağayev yanvarda bu kluba keçəcək - DANIŞIQLAR BAŞLADI

18 Dekabr 2017 16:30

Milli komandamızın qapıçısı Kamran Ağayev “Keşlə” klubuna transfer olacaq. Bu barədə  “Keşlə”nin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq məsələ ilə bağlı danışıqlara başlanılıb: “Klubun prezidenti Zaur Axundov transfer planları ilə bağlı daha öncə də verdiyi məlumatlarda Kamran Ağayevin transferindən söz açmışdı. Doğrudur, futbolçu ilə görüşlərə başlanılıb, ancaq hələ ki, müqavilə rəsmi olaraq imzalanmayıb.

“Qalatasaray” “sükan"ı fransıza tapşıracaq?

18 Dekabr 2017 15:52

"Qalatsaray"ın baş məşqçisi İqor Tudoru istefaya göndərməsi barədə məlumat vermişdik. İstanbul təmsilçisi artıq boş qalmış baş məşqçi postuna namizədləri nəzərdən keçirir. "Cim-bom"un siyahısında ilk sırada isə fransız mütəxəssisLoran Blan yer alıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə "aslanlar"ın rəhbərliyinin 52 yaşlı mütəxəssisə klubun "sükanı arxasına" keçməyi təklif etdiyi vurğulanıb.

"Neftçi" qapıçı axtarır

18 Dekabr 2017 12:54

"Neftçi" klubu komandadan gedişi gözlənilən Maksim Vaylonun əvəzinə yeni qapıçı axtarışlarına başlayıb. Azərbaycan Kubokunda bəxti gətirməyən komandanın ilk hədəfi hazırda "Qəbələ"də çıxış edən Aqil Məmmədovun geri qaytarılmasıdır.

Futbolçu naməlum şəxslər tərəfindən döyülüb

17 Dekabr 2017 19:35

"Mançester Siti" klubu və futbol üzrə İngiltərə yığmasının yarımmüdafiəçisi Rahim Sterlinq ölkə Premyer Liqasının 18-ci turu çərçivəsində "Tottenhem"lə oyun öncəsi hücuma və irqçi təhqirlərə məruz qalıb.

"Qarabağ" - "Beşiktaş" yoldaşlıq oyunu haqda RƏSMİ AÇIQLAMA

15 Dekabr 2017 13:41

“Qarabağ” komandasının qış fasiləsindəki fəaliyyət planı açıqlanıb. Komanda bu gün Azərbaycan kuboku uğrunda keçiriləcək son matçdan sonra qış fasiləsinə yollanacaq.

“Qalatasaray” 3 futbolçu ilə vidalaşır

15 Dekabr 2017 12:35

"Qalatasaray" qış transfer dövründə heyətində dəyişikliklər etmək niyyətindədi. İstanbul klubu bəzi futbolçularla yolları ayırmağa qərar verib. "Qara siyahı"ya 3 legionerin adı daxil edilib. "Sarı-qırmızılılar"ın gələcək planlarına daxil olmayan oyunçuların sırasında komandadan uzaqlaşdırılan Naycel de Yonqla yanaşı, Rayan Donk da var. Göndəriləcək digər futbolçu isə Yasmin Latovleviçi və Martin Linnesdən biri olacaq.

Batistuta: "Ayaqlarımı amputasiya etdirmək barədə düşünürdüm"

14 Dekabr 2017 20:02

Argentina futbolunun parlaq simalarından olan Qabriel Batistuta karerasını bitirəndən sonra səhhətində meydana çıxan problemlər haqqında danışıb. 48 yaşlı veteran hücumçu bunları deyib: "Dabanımda güclü ağrılar vardı. Artrodez (red. dabanın bərpası məqsədilə aparılan əməliyyat) düzgün qərar idi.

Qazaxıstanlı məşqçi: "Bakı yarışlara hazırlıq üçün ən yaxşı yerdir"

14 Dekabr 2017 19:55

Bakı Milli Gimnastika Arenasında fasiləsiz məşq prosesi üçün bütün şərait yaradılıb. Bunu jurnalistlərə bədii gimnastika üzrə Şərqi Qazaxıstan komandasının böyük məşqçisi Anara Jantasova deyib.

Cənubi Amerika Kubokunun sahibi müəyyənləşib

14 Dekabr 2017 14:50

Futbol üzrə Cənubi Amerika Kubokunun sahibi müəyyənləşib.  Bu, Argentinanın "İndependyente" klubudur. "İndependyente" finalda Braziliya "Flamenqo"sunu iki oyunun yekununda üstələyib - 2:1, 1:1. Bu komanda tarixində ikinci dəfə bu kuboka yiyələnib. Argentina təmsilçisi ilk titulunu 2010-cu ildə əldə edib. 

Millimizin üzvü şərt qoydu, hesabına 1 milyon köçürüldü

14 Dekabr 2017 14:49

Keçən il milliləşdirilərək, Azərbaycan yığmasına cəlb olunan Dəniz Yılmazla formasını geyindiyi "Bursaspor" klubu arasında problem yaşanıb. 29 yaşlı futbolçu ölkə kubokunda "Adanaspor"la matçdan (2:0) sonra rəhbərliyi komandadan ayrılmaqla təhdid edib.

Ronaldudan növbəti rekord

14 Dekabr 2017 13:11

"Real"ın futbolçusu Kriştianu Ronaldu növbəti rekorda imza atıb. O, klublararası dünya çempionatı tarixinin ən yaxşı bombardiri olub. Portuqaliyalı hücumçu sözügedən turnirin yarımfinalında dünən keçirilən "Əl-Cazira"ya qarşı matçda fərqlənərək klublararası dünya çempionatında vurduğu qolların sayını 6-ya yüksəldib. 

Messi: "Ümid edirəm, futbol mənə olan borcunu ödəyər"

14 Dekabr 2017 11:20

"Barselona"nın və Argentina millisinin hücumçusu Lionel Messi yığmanın baş məşqçisi Xorxe Sampaolinin "futbol Messiyə dünya kuboku borcludu" sözlərinə münasibət bildirib. Leo yerli mətbuata açıqlamasında futbolun ona olan borcunu ödəyəcəyinə ümid etdiyini deyib: "Hə, bunu eşitmişəm. Mənə də dedi.

Davada iştirak edən və hakimləri söyən futbolçularla bağlı sərt qərar

13 Dekabr 2017 18:55

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Gənclər Liqasının qalmaqallı "Kəpəz" - "Neftçi" matçı ilə bağlı qərarlar verilib.  İK 3 futbolçunu diskvalifikasiya edib.

Venqer yaponların mədəniyyətindən nümunə göstərdi

13 Dekabr 2017 18:26

İngiltərə Premyer Liqasının 16-cı turunda keçirilən Mançester derbisindən sonra baş verən insidentə "Arsenal"ın baş məşqçisi Arsen Venqer də münasibət bildirib.