İdman
Ellardays "Everton" futbolçularına şənlik qadağası qoydu
"Everton"un baş məşqçisi Sem Ellardays komanda üzvlərinin Milad və Yeni il şənliyi keçirməyəcəyini bildirib. Təcrübəli mütəxəsis hazırki vəziyyətdə bunun məqsədəuyğun olmadığını bildirib. "Bəli, Milad şənliyinə icazə vermədim. Mən bura gəldiyim vaxt komandanın olduğu vəziyyətə görə hazırda şənliyə ehtiyac yoxdur.
"Fazil Məmmədovun yerinə kim gəlirsə..." - Dünya çempionundan mesaj
Sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev İdman Araşdırmalar Mərkəzinin (İAM) “İlin qalibləri-2017” layihəsi çərçivəsində “İlin idmançısı” seçilib.
Avrokuboklarda çıxış etmiş Azərbaycan klublarına yenidən vəsait ayrıldı
UEFA 2016-2017 mövsümündə maliyyə feyr-pleyi qaydalarını pozan klublardan aldığı 6,5 milyon avro vəsaiti avrokuboklarda iştirak etmiş komandalar arasında bölüb. Məbləğin 80 faizi Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çıxış etmiş klublara çatıb.
Qurbanovun ilk köməkçisi bəlli oldu
Azərbaycan milli komandasında Qurban Qurbanovun ilk köməkçisi müəyyənləşib. Yığmamızda qapıçılar üzrə məşqçi vəzifəsini Dmitri Kramarenko yerinə yetirəcək. O, həm də aşağı yaş qrupları üzrə koordinator vəzifəsini icra edəcək.
“Real” “Beşiktaş”a möhtac qaldı: “Pepeni geri verin”
İspaniya La Liqasında gərgin mövsüm yaşayan və lider “Barselona”dan 8 xal geridə olan “Real Madrid” müdafiəçi Rafael Varaneyin zədələnməsindən sonra hərəkətə keçib. İspanlar Türkiyə çempionu “Beşiktaş”a transfer edilən Pepeni geri qaytarmaq üçün cəhdlər etməyə başlayıb. Bu il Çempionlar Liqasındakı oyunlarda möhtəşəm performans sərgiləyən futbolçunun meneceri Xorxe Mendes isə Pepenin “Real”a qayıtmaq istəməyəcəyini, yeni komandasında xoşbəxt olduğunu bildirib. O, Pepenin hədəfinin Dünya Çempionatına getmək olduğunu və hələ ki, transfer haqqında düşünmədiyini deyib.
Kasradze: “Azərbaycanla oyuna çağırılsam...”
Uzun müddət idi ki, Azərbaycan və Gürcüstan yığmaları arasında oyun keçirilmirdi. Nəhayət, yenidən üz-üzə gələcəyik. Bu sözləri apasport.az saytına açıqlamasında gürcüstanlı futbolçu Laşa Kasradze deyib.
"Ardaya heç bir klubdan təklif göndərilməyib"
Ahmet Bulut meneceri olduğu "Barselona"nın futbolçusu Arda Turan haqda açıqlama verib. O, "TRT Spor"a açıqlamasında türk yarımmüdafiəçinin bu qış Kataloniya klubundan ayrıla biləcəyini deyib: "Ardanın başqa kluba transferinə çalışıram. Amma bu işlər asan deyil. Onun tranfer üçün Türkiyədən heç bir klub nümayəndəsi ilə görüşməmişəm. Mənə heç bir klubdan rəsmi təklif göndərilməyib".
Baş məşqçinin forma sevgisi - "Mənə o formanı tap!"
Türkiyə Super Liqasının 15-ci turu çərçivəsində keçirilmiş "Kayserispor" - "Beşiktaş" oyunundan sonra maraqlı hadisə yaşanıb. 1:1 hesablı bərabərliklə başa çatan görüşün ardından meydan sahiblərinin baş məşqçisi Marius Sumudika rəqib komandanın futbolçuları - Rikardo Kuarejma və Pepenin formasının axtarışına çıxıb.
“Qarabağ”ın qapıçısı Bosniya və Herseqovina klubuna "Atletiko" ilə bağlı məsləhət verib
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç UEFA Gənclər Liqasının pley-off mərhələsində İspaniyanın "Atletiko" komandası ilə qarşılaşacaq sabiq klubu Bosniya və Herseqovina "Jelezniçar"ına məsləhət verib.
"Səbail"in qış fasiləsi üçün planları
"Səbail"in qış təlim-məşq toplanışında yoxlama matçı keçirəcəyi komandalardan birinin adı müəyyənləşib. Gələn ay Antalyaya yollanacaq bakılıların Türkiyədəki sınaqçı rəqibləri sırasında Bolqarıstan klubu da olacaq.
"Şaxtyor" məşqçiləri və hakimlər arasında konflikt
Ukrayna çempionatının 19-cu turunda "Zorya" ilə qarşılaşan turnir cədvəlinin lideri "Şaxtyor" 1:2 hesabı ilə uduzub. Oyundan sonra Donetsk klubunun baş məşqçisi Paulo Fonseka və köməkçiləri baş hakimlə mübahisə ediblər. Onlar referi Serqey Boykonu qərəzli idarəçilikdə ittiham edib. Boyko oyunda "Şaxtyor" futbolçularına 3 qırmızı vərəqə göstərib və komandanı penalti ilə cəzalandırıb. Məşqçi və hakimlər arasındakı konflikti təhlükəsizlik əməkdaşları yatızdırıb.
PSJ Canluicinin agenti ilə danışıqları bərpa etdi
PSJ "Milan"ın qapıçısı Canluici Donnarummanı transfer etməkdə israrlıdı. Paris klubu qapıçının agenti Mino Rayola ilə danışıqları bərpa edib. PSJ Canluicini yayda transfer etmək istəyirdi. Paris nəhəngi həmin vaxt ona görə 70 milyon avro ödəməyə hazır idi. Ancaq həmin vaxt "Milan" Donnarummanı yeni müqavilə bağlamağa razı sala bilmişdi. Qapıçı ilə müqavilə 2021-ci ilə qədər uzadılmışdı.
"Qarabağ"dan YENİ REKORD
Ağdamın "Qarabağ" klubu Premyer Liqada ardıcıl 6-cı qələbəsini qazanıb. IV turdan təxirə salınan səfər matçında “Səbail”i 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri qış fasiləsinə mövsümün rekord seriyası ilə yollanıb. Belə ki, 6 oyunluq qələbə seriyası cari mövsümün rekord göstəricisidir.
"Qarabağ"ı qışda kimlər tərk edəcək? - Qurban Qurbanov açıqladı
Son Azərbaycan çempionu “Qarabağ” qış fasiləsində təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaq. Bu barədə əməkdaşımızla söhbətində ağdamlıların baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli çalışdırıcının sözlərinə görə, “atlılar” hazırlıq prosesinə yanvarın 9-dan etibarən start verəcək. Təlim-məşq toplanışı fevralın 4-nə qədər davam edəcək. Qurbanov “Qarabağ”ın hazırlıq müddətində 6 yoxlama matçı keçirtməyi planlaşdırdığını söyləsə də, hələlik rəqiblərin müəyyənləşmədiyini bildirib.
"Barselona"nı məğlub edən tapılmır
İspaniya La Liqasının 15-ci turunda "Vilyareal"ın qonağı olan "Barselona" 2:0 hesablı qələbə qazanıb. Katalon klubu Primerada məğlubiyyətsiz oyunların sayını 21-ə yüksəldib. Bunların 18-də qalib gələn "Barselona", 3 dəfə heç-heçə edib. Analoji nəticə La Liqanın tarixində ən uzun məğlubiyyətsizlik seriyasıdır. Komanda sonuncu dəfə 2016/17 mövsümünün 31-ci turunda "Malaqa"ya uduzub - 0:2.














