Davada iştirak edən və hakimləri söyən futbolçularla bağlı sərt qərar

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Gənclər Liqasının qalmaqallı "Kəpəz" - "Neftçi" matçı ilə bağlı qərarlar verilib.  İK 3 futbolçunu diskvalifikasiya edib.

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Gənclər Liqasının qalmaqallı "Kəpəz" - "Neftçi" matçı ilə bağlı qərarlar verilib.  İK 3 futbolçunu diskvalifikasiya edib.

Belə ki, adıçəkilən qarşılaşmadan sonra kütləvi dava-dalaşda iştirak edən "Neftçi"nin üzvü Əbdül Ağaməmmədov və "Kəpəz"in oyunçuları Mehdi Həsənovla Yusif İsmayılov 5 oyunluq cəzalandırılıb.

Həmçinin, U-13 Liqasının, UGİM (Lənkəran) - "Boradigah" (Masallı) görüşünün 45-ci dəqiqəsində meydan sahiblərinin baş məşqiçisi Bəxtiyar Sadıqov hakimi etdiyi üçün 5 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Eyni zamanda futzal üzrə Azərbaycan birinciliyinin "İtaldizayn" - "Qarabağ" qarşılaşmasında meydan sahiblərinin üzvü Həsən Camalzadə qırmızı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə görə, 4 oyunluq cəza alıb. II dəstənin "Bərdə FK-Xocalı" - "Bayker Hughes" görüşündə isə referiləri söyən qonaqların iki oyunçusu Elxan Sultanovla Dair Məhəmmədov eyni cəza ilə üzləşiblər. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31