Baş məşqçinin forma sevgisi - "Mənə o formanı tap!"
Türkiyə Super Liqasının 15-ci turu çərçivəsində keçirilmiş "Kayserispor" - "Beşiktaş" oyunundan sonra maraqlı hadisə yaşanıb. 1:1 hesablı bərabərliklə başa çatan görüşün ardından meydan sahiblərinin baş məşqçisi Marius Sumudika rəqib komandanın futbolçuları - Rikardo Kuarejma və Pepenin formasının axtarışına çıxıb.
12 Dekabr 2017 11:17 İdmanTürkiyə Super Liqasının 15-ci turu çərçivəsində keçirilmiş "Kayserispor" - "Beşiktaş" oyunundan sonra maraqlı hadisə yaşanıb. 1:1 hesablı bərabərliklə başa çatan görüşün ardından meydan sahiblərinin baş məşqçisi Marius Sumudika rəqib komandanın futbolçuları - Rikardo Kuarejma və Pepenin formasının axtarışına çıxıb. Rumın mütəxəssis portuqaliyalı oyunçuların formasına yiyələnmək istəsə də, futbolçuların formalarını başqasına verdiyini öyrənib. Ancaq ümidini üzməyən məşqçi formaların stadion işçilərindən birinə verildiyini öyrəndikdən sonra tərcüməçisinə "mənə o formaları tap" deyib.
Tərcüməçinin qısa axtarışlarından sonra Kuarejmanın formasını "Kayserispor"un sol cinah müdafiəçisi Atilla Turana verdiyi ortaya çıxıb. Pepenin formasını isə tapmaq mümkün olmayıb. Komanda.az