İdman
Bütün dünya bunu GÖZLƏYİR, saat 15:00-da başlayacaq: HAZIR OLUN! - YENİLƏNDİ
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Artıq nəinki, Avropanın, hətta bütün dünyanın futbolsevərlərinin gözü püşkatmaya çevirilib.
"Komanda yorğun görünürdü"
"Çelsi" Premyer Liqanın 16-cı turunda "West Ham United"ə minimal hesabla uduzmaqla çoxlarıı təəccübləndirib. Matçdan sonra keçirilən mətbuat konfransında "zadəganlar"ın baş məşqçisi Antonio Konte məğlubiyyətin səbəbini futbolçuların yorğunluğu ilə əlaqələndirib.
Marselodan Ronaldu etirafı
"Real"ın müdafiəçisi Marselo La Liqanın 15-ci turunda "Sevilla" üzərində qazanılan qələbədən sonra (5:0) açıqlama verib. Braziliyalı futbolçu, ilk növbədə, komanda yoldaşı Kriştianu Ronaldunun dünyanın ən yaxşısı olması barədə fikrini dəstəkləyib.
Arda Sinemlə birlikdə aldığı villasını satır - DODAQ UÇUQLADAN QİYMƏT
Aldığı zədələr səbəbilə bu mövsüm “Barselona”da forma geyinə bilməyən və qış transfer pəncərəsində Türkiyəyə qayıdacağı ehtimal edilən Arda Turan villasını satışa çıxarıb. Villanın ilkin qiyməti 5 milyon 450 bin dollar qoyulub. Evin ilk fotolarını futbolçunun qardaşı Ozan Turan instaqram hesabından paylaşıb.
Əliyar Ağayev FİFA-nın seminarında
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək. Seminar yanvarın 28-dən fevralın 1-dək keçiriləcək. Ağayevin də iştirak edəcəyi seminar Maltada FİFA referiləri üçün təşkil olunacaq.
Ronaldu: "Messi ilə mübarizəmiz hələ çox davam edəcək"
"France Football" nəşrinin təqdim etdiyi "Qızıl Top" mükafatının builki qalibi Kriştianu Ronaldu olub. İlin ən yaxşı oyunçusuna verilən mükafata 5-ci dəfə sahib çıxan portuqaliyalı bununla da karyerasında 5-ci dəfə bu uğura imza ataraq Lionel Messiyə çatıb.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş voleybol üzrə turnirə yekun vurulub
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş voleybol üzrə turnir keçirilib. 4-7 dekabr 2017-ci il tarixdə keçirilən voleybol üzrə turnir təhsil müəssisələrinin idman klubları arasında təşkil edilib. Turnirdə 10 voleybol komandası iştirak edib.
Avropa Liqasında səbətlər dəqiqləşdi
Avropa Liqasında 1/16 final mərhələsinin bütün iştirakçıları bəlli olub. Turnirin qrup mərhələsində ilk iki yeri tutan 24 komanda və Çempionlar Liqasının qrup üçüncüsü olan 8 klub gələn il mübarizəni davam etdirəcək. Bu 32 komanda dekabrın 11-də keçiriləcək püşkatmada iki səbətdə yer alacaq. Avropa Liqasının qrup qalibləri səpələnmiş, ikinciləri səpələnməmiş olacaq. Çempionlar Liqasından gələn komandalardan 4-ü səpələnmiş, 4-ü səpələnməmişlər sırasında yer alacaq. Bu klubların bölgüsü onların qrupda göstərdiyi nəticəyə əsasən aparılıb. Dekabrın 11-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Film çəkilişinə qadağa qoydu - "Mançester Yunayted"dən “Siti” ilə bağlı sərt qərar
"Mançester Yunayted" rəhbərliyi "Mançester Siti" ilə bağlı çəkilən filmə qadağa tətbiq edib. Filmi "Amazon Prime" kompaniyası çəkir. Kompaniya bəzi epizodları dekabrın 10-da "Old Trafford"da keçiriləcək Mançester derbisi zamanı lentə almaq niyyətindəymiş.
UEFA-dan Azərbaycan və Ermənistan milliləri ilə bağlı QƏRAR
UEFA İcraiyyə Komitəsinin iclasında Azərbaycan və Ermənistan milliləri ilə bağlı qərar qəbul edilib. UEFA prezidenti Aleksandr Çeferin 2020-ci il Avropa çempionatının seçmə mərhələsi və Millətlər Liqasının püşkatma mərasimlərində Azərbaycan və Ermənistan təmsilçilərinin ayrı-ayrı qruplara salınacağını deyib. Çeferin bildirib ki, eyni qayda münasibətləri gərgin olan Rusiya və Ukrayna təmsilçilərinə də şamil olunacaq.
Sabiq həkim 60 il həbs cəzası aldı - Uşaq pornoqrafiyasına görə
ABŞ-ın olimpiya yığmasının sabiq həkimi Larri Nassarın məhkəmə prosesi yekunlaşıb. Nassar uşaq pornoqrafiyasında ittiham olunurdu. O, məhkəmə prosesində günahını etiraf edib. Sabiq həkim bildirib ki, uşaqları şəxsi arxivi üçün çəkirmiş.
Şehiç həmkarlarını qabaqladı
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ən çox seyv edən qapıçılarının adlarını açıqlayıb. "Qarabağ"ın qapıçısı İbrahim Şehiç siyahının ilk pilləsində qərarlaşıb. Bosniya və herseqovinalı qolkiper 35 qurtarış edib və qrup mərhələsinin ən çox seyv edən qapıçısı olub.
"Barselona"dan Arda Turan açıqlaması
"Barselona"nın futbolçusu Arda Turanın zədəsi sağalıb. Bu barədə klubun tibb departamentinin açıqlamasında bildirilir. Artıq 30 yaşlı futbolçu oynamağa tam hazırdır. Baş məşqçi Ernesto Valverde şans verəcəyi halda Arda növbəti oyunda meydana çıxa biləcək.
"Roma" "Qarabağ"a qol vuran futbolçu ilə müqavilə bağladı
İtaliyanın "Roma" klubu Çempionlar Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ"la matçda qələbə qolunun müəllifi Dieqo Perotti ilə müqavilənin müddətini uzadıb. 29 yaşlı argentinalı yarımmüdafiəçi ilə 2021-ci ilin iyununa qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Avtomobili atəşə tutulan futbolçunu mühafizəçi qoruyacaq
Kiyev "Dinamo"su komandanın futbolçusu Denis Qarmaş və ailəsini mühafizəçi ilə təmin edib. 27 yaşlı yarımmüdafiəçinin özü və yaxınlarının həyatı üçün təhlükə yarandığına görə bu cür addım atılıb.














