İdman
Ayşən Abduləzimova: "İki nəhəngə qarşı oynayacağıq"
"Kifayət qədər çətin qrupa düşdük. Düzdür, dünya çempionatında asan rəqib olmur. Püşkə əsasən biz mundialda FİVB reytinqində "Top-5"də qərarlaşan iki nəhəngə qarşı oynayacağıq".
“Qarabağ”ın ÇL-dəki qazancı - 16 MİLYON AVRO
Çempionlar Liqasında (ÇL) mübarizəni dayandıran "Qarabağ”ın UEFA-dan alacağı vəsaitin təqribi məbləği məlum olub. Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası 16 milyon avro əldə edəcək.
Radja Nainqqolan: ""Qarabağ" sərt oyun göstərdi"
"Olduqca çətin oyundan sərfəli nəticə ilə ayrıldıq. Çünki rəqib bütünlüklə müdafiəyə çəkilmişdi". Bunu "Roma"nın yarımmüdafiəçisi Radja Nainqqolan deyib.
"Mançester Siti"dən Messiyə fantastik təklif
"Barselona" ilə müqaviləsinin müddətini 2021-ci ilədək uzadan Lionel Messiyə daha bir təklif gəlib. "Mançester Siti" argentinalı ulduza transfer təklifi edib.
Azərbaycan Rusiyanın Olimpiya Oyunlarından kənarlaşdırılmasını qınadı
Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov əmindir ki, rusiyalı idmançıların olmayacağı Olimpiya Oyunları maraqlı olmayacaq. Bunu “MatçTV” telekanalı bildirib. “Bu qərarı necə qiymətləndirə bilərəm? Pis. Siz, ümumiyyətlə, rusiyalı idmançılarsız Olimpiada təsəvvür edirsiniz? Düşünürəm ki. bu cür Olimpiada maraqlı olmayacaq, əgər ümumiyyətlə, belə bir şey mümkündürsə”, - İ.İsmayılov deyib.
Danışılmış oyunlarla bağlı AFFA-dan daha bir SƏRT QƏRAR
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda danışılmış oyunlarla bağlı növbəti sərt qərar verilib. Belə ki, “İnter”in (hazırkı “Keşlə”) və “Neftçi”nin sabiq əməkdaşı Ağakişi Mehdizadə barədə araşdırma yekunlaşıb. “Ağ-qaralar”ın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və məşqçi-metodist kimi çalışan Mehdizadənin assosiasiyaya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə ona futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub. Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırmanın davam etdirilməsinə də qərar verilib.
ÇL-də qrup mərhələsinə yekun vurulur - Bugünkü oyunlar
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq. Keçiriləcək 8 oyundan sonra 1/8 finalın bütün iştirakçılarının adı məlum olacaq.
Yeniyetmə güləşçilər Astanada 3 qızıl medal qazanıb
Qazaxıstanın paytaxtı Astana şəhərində əməkdar məşqçi A.Kazımbetovun xatirəsinə yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki. turnirdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri iştirak edib.
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunun ilk oyun günündən sonra UEFA reytinqi açıqlanıb. Dünən keçirilən matçlardan sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. "Roma" ilə səfər oyununda 0:1 hesabı ilə uduzan "Qarabağ" ölkəmizin xal ehtiyatını artıra bilməyib. 23-cü pillədə qərarlaşan Azərbaycanın 19.125 xalı var.
Qurban Qurbanovun İtaliyada qarşılaşdığı QEYRİ-ADİ OLAY
Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən “Roma”-“Qarabağ” matçından sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun keçirdiyi mətbuat konfransı zamanı maraqlı anlar yaşanıb.
BOK-dan ŞOK QƏRAR - Rusiya Olimpiadaya buraxılmadı
Rəşad Sadıqov bütün dünyaya “Qarabağ”dan danışdı
Xəbər verdiyimiz kimi, bu gün "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində son oyununu səfərdə "Roma" komandasına qarşı keçirəcək. Komandanın kapitanı Rəşad Sadıqov UEFA-nın rəsmi saytına "Qarabağ"ın liqadakı iştirakı ilə bağlı açıqlama verib: "Avropa ölkələrində hər bir klub Çempionlar Liqasının əsas mərhələsində oynamaq istəyir. Bu, futbolun inkişafına təkan verir. Hər kəs qrupa düşdüyümüz vaxt başqa cür sevindi və bunu hamı gördü. Azərbaycanda futbol sevgisi 5 dəfə gücləndi. Futbol haqqında söhbətlər başladı.
“Qarabağ” Çempionlar Liqasında son oyunda uduzdu – VİDEO
Oliver Kanın evi qarət olundu
Almaniya milli komandasının sabiq qapıçısı Oliver Kanın evi qarət olunub. Oğrular 48 yaşlı veteran futbolçunun mənzilindən seyf aparıblar. Hadisə baş verən zaman O.Kan və ailə üzvləri evdə olmayıblar. Bu səbəbdən zərərçəkən yoxdur. "Bavariya"nın sabiq qapıçısına dəyən maddi ziyanın məbləği açıqlanmır. Lakin söhbətin 6 rəqəmli məbləğdən getdiyi bildirilir.
Təxirə salınmış oyunun vaxtı açıqlandı
Topaz Premyer Liqasında IV turdan təxirə salınmış "Səbail" - "Qarabağ" oyununun vaxtı açıqlanıb. Oyun 8 dekabr saat 18:00-da keçiriləcək.














