İdman
İdmançılarımız dünya çempionatında iştirak edib
Azərbaycan idmançıları Ukraynanın Xarkov şəhərində döyüş sənəti üzrə dünya çempionatında iştirak ediblər. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, Azərbaycan Şaolin və Döyüş Sənətləri Federasiyasından (AŞDSF) bildirilib ki, 28 ölkədən 950 idmançının iştirak etdiyi mundialda ölkəmiz 18 idmançı ilə təmsil olunub.
"Roma" rəsmisi "Qarabağ"la oyun haqda: “Ya indi, ya heç vaxt”
Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ı qəbul edəcək "Roma"da narahatlıq davam edir. Rəhbərlik qrup mərhələsinin son turunda yerli azarkeşlərin komandaya dəstək olmasını istəyir. Belə ki, bilet satışının gözləniləndən zəif olması üzündən baş məşqçi Eysebio Di Françeskodan sonra futbol direktoru Ramon Monçi də azarkeşlərə səslənib. O, şəxsi instaqram hesabı vasitəsilə fanatları komandaya dəstək olmağa dəvət edib.
"Roma"nın baş məşqçisi "Qarabağ"la oyunla bağlı azarkeşlərə müraciət etdi
İtaliyanın "Roma" klubunun baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının (ÇL) VI turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun ərəfəsində azarkeşlərə müraciət edib.
Ronaldo Messinin yerini tutacaq
Bir neçə oyundan sonra “Real”ın ulduzu Kriştiano Ronaldo “Barselona”lı hücumçu Lionel Messinin rekordunu təzələyə bilər. LMessi 2017/18 UEFA Çempionlar Liqasında ən məhsuldar hücumçu kimi liderliyini davam etdirir. Lakin L.Messi “Sportinq Lissabon”la qarşılaşmada fərqlənməsə və K.Ronaldo “Real Madrid”in öz evində qonaq etdiyi “Borussiya Dortmund”a 2 qol vursa, argentinalı ulduzun 60 oyunluq rekord göstəricisi K.Ronaldonun əlinə keçəcək.
""İnter"də bu qədər birliyi heç vaxt görməmişəm"
İtaliya A Seriyasının 15-ci turunda "Kiyevo"nu 5 cavabsız qolla məğlub edən "İnter" turnir cədvəlində liderliyi ələ keçirib. "Nerazzurri"nin müdafiəçisi Andrea Ranokkiya komandanın bu uğurunu futbolçular arasında birlik və baş məşqçinin peşəkarlığı ilə əlaqələndirib.
Türkiyə çempionu iki qapıçını gözüyaşlı qoydu
Türkiyə Superliqasının son iki çempionu olan “Beşiktaş” komandası liqanın 14-cü həftəsində “Qalatasaray”la oyun keçirib. Qara qartallar derbidə 3 qol və saysız qol vəziyyətləri ilə qonağı çətin vəziyyətə salıblar. Mövsümü liderlik kürsüsündə davam etdirən qalatasaraylı furbolçular isə çətin vəziyyət qarşısında şoka düşüblər. Komandanın təcrübəli qapıçısı Fernando Muslera matçdan sonra hislərinə hakim ola bilməyib və soyunma otağında göz yaşlarına qərq olub.
Qırmızı kart rekordçusu “Real Madrid”li ulduz oldu
İspaniya La Liqasının 14-cü həftəsində “Atletik Bilbao” ilə qarşılaşan “Real Madrid”in aqressiv müdafiəçisi Serxio Ramos kobud oyuna görə qırmızı kartla cəzalandırılıb. Ulduz futbolçu matçın 86-cı dəqiqəsində aldığı qırmızı kart ilə builki qırmızı kart sayını 19-a çatdırıb.
“Qarabağ” “Roma” ilə görüşdə dəstəksiz qalacaq
Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində İtaliyanın “Roma” komandası ilə qarşılaşacaq təmsilçimiz “Qarabağ” tribunadan dəstək ala bilməyəcək. Buna səbəb təmsilçimizi xarici ölkələrdə dəstəkləyən “İmarət Avropa” və “Milli Dəstə” fanklublarının “Qarabağ”ın oyunlarını boykot etməsi olub. Fanklubların rəhbərləri klubun azarkeşlərə lazımi dəstəyi göstərmədiyini və onların sorğularını gec cavablandırdığını bildirib. Buna görə də “Atletiko Madrid”lə keçirilən oyundan sonra hər iki azarkeş qrupu oyunlara getməyi boykot edib.
Keçmiş futbolçu FETÖ-çu idmançıların kod adlarını açıqladı
FETÖ ilə əlaqələri üzə çıxan keçmiş futbolçu Zafer Biryol təşkilatın idman şəbəkəsi barədə hər şeyi etiraf edib. İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsi Bekir İrtegünün ifadələrini əsas götürərək, “ByLock” istifadəçisi futbolçular barəsində araşdırma aparıb. Araşdırma nəticəsində ilk olaraq, milli qapıçı Ömər Çatkıç saxlanılaraq həbs olunub. Daha sonra isə milli futbolçu Zafer Biryolun “ByLock” istifadəçisi olduğu üzə çıxdı.
Bu qoldan hələ çox danışılacaq... - VİDEO
“Savaşçı” serialından möhtəşəm Qarabağ JESTİ
Türkiyənin “FOX” kanalında yayımlanan “Savaşçı” serialının çəkiliş heyəti tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edən “Qarabağ” komandasına dəstək nümayiş etdiriblər. Serialın aktyor heyəti “Atletiko Madrid”lə oynadığı matçda azarkeşlərin hazırladığı və Türkiyədə gündəm olan kiçik xoreoqrafiyanın bənzərini serialın çəkiliş meydançasında düzəldiblər.
Rəqibindən “Qarabağ”a GÜC NÜMAYİŞİ
İtaliya A Seriyasında 15-ci tura start verilib. UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Roma” doğma meydanda “SPAL”la qarşılaşıb. “Roma” bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.
"Qarabağ"da ciddi İTKİ - "Roma” ilə oyunda olmayacaq
Azərbaycan Premyer Liqasının XIV turunda evdə "Neftçi”ni 1:0 hesabı ilə məğlub edən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
Messinin qardaşı həbs olundu
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin qardaşı Matias Messi həbs olunub. M.Messinin qanlı qayığında tapança tapılıb. O, verdiyi ifadədə motorlu qayığı Argentinadakı qumlu sahilə çırpdığını və nəticədə sifətinin kəsikdən qanadığını bildirib. Hadisə yerinə gələn polis onu ələ keçirib.
Ömürlük cəza alan futbolçu xarici ölkədə OYNAYA BİLƏRMİ?
Xəbər verdiyimiz kimi, “Keşlə”nin müqaviləsinə xitam verdiyi Mirhüseyn Seyidovu AFFA ömürlük futboldan uzaqlaşdırıb. M.Seyidov bu qadağadan sonra karyerasına xaricdə davam etdirmək qərarına gəlib. Bəs bu, hüquqi cəhətdən mümkündürmü? Bu suala cavam tamağa çalışdıq.














