İdman

Messinin qardaşı həbs olundu

1 Dekabr 2017 18:00

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin qardaşı Matias Messi həbs olunub. M.Messinin qanlı qayığında tapança tapılıb. O, verdiyi ifadədə motorlu qayığı Argentinadakı qumlu sahilə çırpdığını və nəticədə sifətinin kəsikdən qanadığını bildirib. Hadisə yerinə gələn polis onu ələ keçirib.

Ömürlük cəza alan futbolçu xarici ölkədə OYNAYA BİLƏRMİ?

1 Dekabr 2017 16:36

Xəbər verdiyimiz kimi, “Keşlə”nin müqaviləsinə xitam verdiyi Mirhüseyn Seyidovu AFFA ömürlük futboldan uzaqlaşdırıb. M.Seyidov bu qadağadan sonra karyerasına xaricdə davam etdirmək qərarına gəlib. Bəs bu, hüquqi cəhətdən mümkündürmü? Bu suala cavam tamağa çalışdıq.

AFFA iki futbolçuya ömürlük cəza verib

1 Dekabr 2017 14:12

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az xəbər verir ki, toplantıda sərt qərar verilib. Belə ki, “Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.

İranda qadın idmançıların kişi məşqçisini hicablayıblar

1 Dekabr 2017 13:27

Azadlıq Radiosunun müxbiri Frud Bejan yazır ki, İranda bəzi qadınlar idman yarışlarına tamaşa etmək üçün stadionlara kişi qiyafəsində gəlirlər.  Amma Taylandın qadın kabaddi komandasının kişi məşqçisinin başına bunun tamamilə əksi gəlib. O Noyabrın 26-da İranın Horqan şəhərində keçirilən Asiya Kabaddi Çempionatının matçında yetişdirmələrinin oyununa tamaşa etmək üçün baş örtüyü geyinməli olub.

"Neftçi" klubu adını çirkin oyunlarda hallandıranlara xəbərdarlıq edib

30 Noyabr 2017 16:24

Son günlər Kütləvi İnformasiya Vasitələrində klubumuzun ictimai nüfuzuna xələl gətirən və heç bir həqiqətə uyğun olmayan məlumatlar yayılır. Komandamızın oyununun və nəticələrinin yaxşılaşdığı bir vaxtda bu cür qərəzli xəbərlərlə "Neftçi"nin gündəmə gətirilməsi bizi növbəti dəfə mövqeyimizi ortaya qoymağa məcbur etdi.

Eyni vaxtda 20 futbolçu ilə sevgili imiş...

30 Noyabr 2017 15:58

Rumıniya çempionatında mübarizə aparan “Styaua”nın yarımmüdafiəçisi Ovidu Popesku ilə sevgili olduğu üzə çıxan Ada Hululey ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. 

Penitensiar xidmətdə daha bir dəyişiklik - Yeni rəsi təyin edildi

30 Noyabr 2017 15:12

Penitensiar Xidmətin Bakının Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub. Məlumata görə, 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Cəlil Əliyev vəzifəsindən azad olunaraq 3 saylı İstintaq Təcridxanasına rəis təyin edilib. C.Əliyev keçmiş Bayıl Təcridxanasının rəisi Misir Əliyevin oğludur.

DİN-dən həbs edilmiş futbolçularla bağlı AÇIQLAMA: "Bəlkə gəzməyə gediblər"- YENİLƏNDİ

30 Noyabr 2017 13:03

Daxili İşlər Nazirliyinin mətbuat katibi, polkovnik Ehsan Zahidov Seyidovla Hacıyevin polis tərəfindən saxlanılmadığını bildirib: “Bizim araşdırmamıza görə, onların məhz polis tərəfindən saxlanıldığı təsdiqlənmir. Ola bilər ki, futbolçuları prokurorluq saxlayıb. Bəlkə də harasa gəzməyə gediblər. Klubu, məşqçiləri ilə əlaqə saxlamaq lazımdır. Bəlkə onlar nəsə bilirlər”.

Pedro "Qarabağ"dan gedir? - Özü açıqladı

29 Noyabr 2017 19:00

Mən futbol oynamaq istəyirəm. Əgər "Qarabağ" məni istəyirsə, qalacam. Bu sözləri "Qarabağ"ın futbolçusu Pedro Enrike deyib. Braziliyalı futbolçu müqavilə ilə PAOK-a məxsusdu və "Qarabağ"da icarə əsasında çıxış edir. Onun qış fasiləsində Yunanıstaq klubuna dönəcəyi bildirilir. "Qaradağ Lökbatan"la kubok oyunundan sonra açıqlama verən Pedro "Qarabağ"dakı gələcəyindən danışıb, O, "Qışda yenidən PAOK-a qayıdacağınla bağlı xəbərlər dolaşır. Sən özün bu barədə nə düşünürsən" sualına belə cavab verib:  "Bir az qəliz məsələdi. Mən qarışmaq istəmirəm. Bunu PAOK və "Qarabağ" öz aralarında həll etməlidilər".

Azərbaycan çempionatında KÜTLƏVİ SAXTAKARLIQ - AFFA qərar verdi

29 Noyabr 2017 13:31

Aşağı yaş qrupları üzrə Azərbaycan çempionatında kütləvi saxtakarlıq halları aşkarlanıb. Bu barədə AFFA İntizam Komitəsinin qərarlarında bildirilir. Sadalanan faktlara əsasən, U-17 Liqasının “Kəpəz” – “Mil-Muğan” matçında qonaq komandanın heyətində lisenziyası olmayan futbolçu iştirak edib.

“Qarabağ”ın qapıçısı komandadan ayrılır

29 Noyabr 2017 12:42

“Qarabağ” komandasının qapıçısı Anton Kanibolotski mövsümün sonunda klubdan ayrılacaq. Futbolçu haqqındakı bu iddialar Ukrayna mətbuatında yer alıb. İddialara görə, A.Kanibolotskinin bu mövsüm Çempionlar Liqasında forma geyinmədiyinə və ölkə kubokunda, həmçinin, Premyer Liqada nadir hallarda meydana çıxdığına görə klubla arasında narazılıqlar yaranıb.

Qadın güləşçilər Dünya Kuboku uğrunda yarışacaq

29 Noyabr 2017 12:11

1-2 dekabr 2017-ci il tarixdə Rusiya Federasiyasının Çeboksarı şəhərində qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Monqolustan, Ukrayna, Çin, İsveç və Yaponiya güləşçiləri iştirak edəcək.