İdman
“Fənərbağça”nın sabiq hücumçusu sərbəst buraxıldı
Türkiyə millisinin və "Fənərbağça"nın sabiq hücumçusu, vaxtilə Super Liqanın bombardiri olmuş Zafer Biryol bir müddət öncə Biryol İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı "Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə bağlı istintaq çərçivəsində həbs edilmişdi.
Güləş üzrə Azərbaycan çempionatı yeni qaydalar əsasında keçiriləcək
14-18 dekabr 2017-ci il tarixdə Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamamlamış, 1999-cu il və yuxarı təvəllüdlü idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq.
Oyunqabağı “Qarabağ”ın rəqibinə ŞOK
Çempionlar Liqası qrup mərhələsinin son oyununda “Qarabağ”la qarşılaşacaq İtaliyanın “Roma” klubu itki ilə üzləşib. Komandanın hücumçusu Qreqori Defrel zədələnib. O, A Seriyası çərçivəsində “Genoa” ilə görüşdə ağır zədə alıb. 26 yaşlı oyunçununun hansı müddətə sağalacağı məlum deyil. Onun təmsilçimizlə görüşə qədər hazır olub-olmayacağı isə dəqiq bilinmir.
Yunan-Roma güləçilərimiz birinci oldu
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində kiçik yaşlı yeniyetmə güləşçilər arasında "Day of children" beynəxalq turniri keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, komanda yarışı xarakterli turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandalarımız iştirak edib.
"Milan" baş məşqçisini dəyişdi
İtaliya A seriyası komandalarından olan “Milan” klubunda baş məşqçi dəyişikliyi edilib. Komandanın baş məşqçisi Vinsenzo Montella vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə müvəqqəti olaraq U-19 komandasına başçılıq edən Cennaro İvan Qatusso gətirilib. Klub baş məşqçilik postuna daimi sahiblənə biləcək məşqçi axtarışına çıxıb.
"Qarabağ" - "Çelsi" matçının hakiminin balı bəlli oldu
Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən “Qarabağ” - “Çelsi” matçında verdiyi qalmaqallı qərarlarla sərt reaksiyalara tuş gələn baş hakim Manuel de Souzanın qiyməti bəlli olub.
Miçel: “Qarabağ"da yorğunluq var"
"Qarabağ"ın yarımmüdafiəçisi Miçel Madera Topaz Premyer Liqasının XIII turunda "Zirə" üzərində 3:2 hesablı səfər qələbəsindən sonra jurnalistlərin suallarını cavablandırıb.
Messi: “Ronaldu ilə dost olacağıma inanmıram”
"Barselona"nın hücumçusu Lionel Messi "Real"ın futbolçusu Kriştinu Ronaldunun gələcəkdə dost ola biləcəkləri barədə söylədiyi fikirlərə münasibət bildirib. "Marca" nəşrinə verdiyi geniş müsahibədə argentinalı ulduz jurnalistin bununla bağlı sualını da cavablandırıb.
Messidən antirekord, “Mançester Siti”dən rekord
"Barselona"nın futbolçusu Lionel Messi özünə aid antirekordu təkrarlayıb. Bu, La Liqanın XIII turunda "Valensiya" ilə oyundan (1:1) sonra reallaşıb. 30 yaşlı hücumçu ardıcıl 6 oyundu qol vura bilmir. "Barselona"nın heyətində son 5 matçda fərqlənə bilməyən Messi Argentina yığmasında keçirdiyi sonuncu görüşdə də adını tabloya yazdıra bilməyib. Əslində, təcrübəli futbolçu "Valensiya" ilə görüşdə qol vurmağı bacarmışdı. Onun zərbəsindən sonra top qapı xəttini keçsə də, referi təmiz qolu qeydə almamışdı.
"Barselona"ya ŞOK - Qol vurdular, amma sayılmadı - VİDEO
"Barselona" və "Valensiya" arasında baş tutan matçda skandal yaşanıb. Oyunun 30-cu dəqiqəsində Messinin cərimə meydançasından vurduğu zərbə qapıdan keçsə də, qol qeydə alınmayıb.
"Qarabağ"ın azarkeşləri ilə məzələnən "Çelsi" fanatının acı aqibəti - VİDEO
Azərbaycanlı futbolçu Almaniyada bombardir oldu
Almaniyanın Regional Liqasında XVI turun oyunları keçirilib. Rüfət Dadaşovun çıxış etdiyi Berlin "Dinamo"su səfərdə meydana çıxıb. Millimizin sabiq üzvünün komandası "Babelsberq"in qonağı olub. Rüfət start heyətində yer alıb və sonadək mübarizə aparıb. O, 89-cu dəqiqədə hesabı bərabərləşdirərək komandasına bir xal qazandırıb - 1:1.
"“Qarabağ”ın hegemonluğuna son qoymağa çalışacağıq" - “Qəbələ”nin prezidenti
Avropa Gənclər Olimpiya Festivalı Bakıda keçiriləcək
2019-cu ildə Bakı şəhərinin Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb. Memorandum Xorvatiyanın Zaqreb şəhərində Avropa Olimpiya Komitələrinin 46-cı Baş Assambleyası çərçivəsində Avropa Olimpiya Komitəsinin prezidenti Janez Kocijančič, Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə arasında imzalanıb.
Tale Heydərov: "Qəbələ”də maliyyə problemi yoxdur” - MÜSAHİBƏ
"Qəbələ" klubunun prezidenti Tale Heydərov səfərdə "Kəpəz"i 6:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik: - Belə nəticəni gözləmirdik. Çünki ilk dövrədə Qəbələdə "Kəpəz"ə 0:2 hesabı ilə uduzmuşduq. Rəqib hazırda sonuncu yerdə olsa da, bugünkü görüş bizim üçün çox vacib idi. Futbolçularımız yaxşı çıxış etdilər və gözəl qələbə əldə etdilər.














