İdman
Ndlovu "Qarabağ"dan gedir?
"Qarabağ"ın futbolçusu Dino Ndlovu Rumıniyanın ÇFR klubunun maraq dairəsinə düşüb. Kluj şəhər təmsilçisi cənubi afrikalı hücumçunu qış transfer dövründə heyətinə cəlb etmək istəyir. Amma bunun üçün "dəmiryolçular" 27 yaşlı forvardın Ağdam komandasında qalıb-qalmayacağını müəyyənləşdirmək niyyətindədir. Ndlovunun "Qarabağ"la hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır. Hələlik ona yeni müqavilə təklif olunmayıb. Bu halda təcrübəli hücumçu qış fasiləsində istənilən klubla danışıq apara bilər.
"Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram"
"İl ərzində üç beynəlxalq turnirdə iştirak etmişəm. Həmin turnirlərin ikisini qələbə ilə başa vura bildim. Hesab edirəm ki, bu il mənim üçün uğurlu olub. Fəxr edirəm ki, üçrəngli bayrağımızı beynəlxalq yarışlarda ucaltmağa nail oldum. Nüfuzlu beynəlxalq turnirlərdə Azərbaycan idmanını təmsil etmək qürurvericidir".
Yığmamız İngiltərə ilə eyni qrupda
Bu gün 17 yaşadək qızlar arasında Avropa çempionatının 2018/19 mövsümünün püşkü atılıb. İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə seçmə mərhələdə iştirak edəcək 44 komanda 11 qrupa bölünüb. Azərbaycan millisi 5-ci qrupda yer alıb. Yığmamız İngiltərə, İslandiya və Moldova ilə mübarizə aparacaq. Bu mərhələnin matçları 2018-ci il avqustun 1-dən oktyabrın 28-dək keçiriləcək. Hər qrupda ilk iki yeri tutan yığmalar və üçüncülər arasında daha yaxşı nəticəyə malik 2 komanda elit-raunda yüksələcək. Almaniya və İspaniya yarışa birbaşa həmin mərhələdən başlayacaq.
Messi baş məşqçinin təkliflərini RƏDD ETDİ: “Barselona” ulduzsuz qalacaq
“Barselona” klubundan ayrılacağı iddia edilən ulduz futbolçu Lionel Messinin adı yeni bir iddiaya qarışıb. İddiaya görə, Messi klubun idarəçiləri və prezidentinin zənglərinə cavab vermir. Baş məşqçi Jozef Mariya Bartomeu Lionel Messi ilə müqaviləni yeniləmək üçün görüşmək istəyib. Lakin Messi bu təklifi də rədd edib.
"Qarabağ" "Beşiktaş"la qarşılaşacaq - Tarix açıqlandı
Son Azərbaycan çempionu “Qarabağ” Türkiyənin “Beşiktaş” klubu ilə yoldaşlıq matçı keçirəcək. İstanbul təmsilçisinin baş məşqçisi Şenol Günəş Bakıda olan zaman bu barədə tərəflər arasında razılıq əldə olunub.
Karate üzrə respublika birinçiliyinə start verilib
Bakı İdman sarayında Yeniyetmə və Gənclər arasında 18-ci respublika birinçiliyi, Böyüklər arasında isə 25-ci Respublika Çempionatı başlanıb. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, yarışın ilk günü bütün yaş qurupları üzrə kata çıxışları, ardınca 18-20 yaşlıların və 12-13 yaşlı idmançıların kumite görüşüləri keçiriləcək. Noyabrın 25-də 16-17 və 14-15 yaşlı karateçilər tatamiyə çıxacaq.
Arda Turan Premyer Liqada: yeni klubu açıqlandı
Məşhur idmançı həbs oluna bilər
Məşhur türkiyəli idmançı, Avatar ləqəbi ilə tanınan Çağan Atakan Aslanın həbsi gözlənilir. Olaylar.az bildirir ki, idmançı sosial şəbəkə hesabından Türk millətini, Türkiyə Respublikasını və Türkiyə Millət Məclisini təhqir etməkdə ittiham olunur və 6 aydan 2 ilə qədər həbs oluna bilər.
Şehiç turun ən yaxşısıdır
Çempionlar Liqasının V turundan sonra statistik göstəricilər açıqlanıb. UEFA həm fərdi, həm komanda hesabında ən yaxşı və ən bərbad olanları müəyyənləşdirib. Fərdi statistikalarda ön sıralarda qərarlaşanlar arasında "Qarabağ"ın futbolçuları da yer alıb. Onlardan ikisi müsbət, biri mənfi mənada diqqət mərkəzinə düşüb.
Bəhruz Quliyev: “Avropanın ikili standartları idmanda da özünü göstərdi”
Qara Qarayev: "Hakimin buna görə penalti təyin etməsi gülməlidir"
Çempionlar Liqasında son ev oyununu "Çelsi"yə qarşı keçirən və 0:4 hesabı ilə məğlub olan "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev apasport.az saytına müsahibə verib.
Britaniyanın “The Sun” nəşri: “Ən çox Rəşad Sadıxovun qırmızı vərəqəsi təəccübləndirdi”
Britaniyada dərc olunan “The Sun” tabloidi dünən Bakıda keçirilmiş “Qarabağ”-“Çelsi” oyunu barədə məqalə dərc edib.
Dünənki oyunda gözdən qaçırdıqlarınız – VİDEO
Üzgüçülük üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək
Noyabrın 24-də Bakıda üzgüçülük üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən verilib. Bildirilib ki,yarışlar 24 -26 noyabr tarixlərində Su İdmanı sarayında keçiriləcək.










_(1).jpg)



