Azərbaycanlı futbolçu Almaniyada bombardir oldu
Almaniyanın Regional Liqasında XVI turun oyunları keçirilib. Rüfət Dadaşovun çıxış etdiyi Berlin "Dinamo"su səfərdə meydana çıxıb. Millimizin sabiq üzvünün komandası "Babelsberq"in qonağı olub. Rüfət start heyətində yer alıb və sonadək mübarizə aparıb. O, 89-cu dəqiqədə hesabı bərabərləşdirərək komandasına bir xal qazandırıb - 1:1.
26 Noyabr 2017 20:13 İdmanAlmaniyanın Regional Liqasında XVI turun oyunları keçirilib.
Rüfət Dadaşovun çıxış etdiyi Berlin "Dinamo"su səfərdə meydana çıxıb.
Millimizin sabiq üzvünün komandası "Babelsberq"in qonağı olub. Rüfət start heyətində yer alıb və sonadək mübarizə aparıb. O, 89-cu dəqiqədə hesabı bərabərləşdirərək komandasına bir xal qazandırıb - 1:1.
Bu Rüfətin cari mövsümdə vurduğu 15-ci qol olub. O, Regional Liqanın Cənub-şərq regionun bombardirlər yarışına başçılıq edir və ən yaxın izləyicisi Abu-Bakar Karqbonu (Viktoriya Berlin) 5 qol qabaqlayır.
Qeyd edək ki, "Dinamo" 16 turdan sonra 30 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Fanat.az