Qurban Qurbanovun İtaliyada qarşılaşdığı QEYRİ-ADİ OLAY
Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən “Roma”-“Qarabağ” matçından sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun keçirdiyi mətbuat konfransı zamanı maraqlı anlar yaşanıb.
6 Dekabr 2017 11:03 İdmanÇempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən "Roma"-"Qarabağ" matçından sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun keçirdiyi mətbuat konfransı zamanı maraqlı anlar yaşanıb.
Konfransda "Sky Sport" telekanalının İtaliya müxbiri konfransı yarıda kəsib və canlı yayıma bağlanıb.
Q.Qurbanov isə bu məqamda çıxışını dayandıraraq müxbirin canlı yayımı bitirməsini gözləyib. Təxminən bir dəqiqədən sonra canlı yayım dayandırılıb və baş məşqçi ona mane olduğuna görə italiyalı müxbirə iradını bildirib. Publika.az