Çinlilər "Qarabağ"ın aparıcı hücumçusunu almaq üçün gəlir

“Qarabağ”ın legioneri Dino Ndlovunun Çinə transfer olunmaq məsələsi ciddi mərhələyə qədəm qoyub. Bu barədə occerladuma.co.za saytı məlumat verib. Məlumatda bildirilir ki, Çinin “Xanqzou Qrintaun” klubu gələn ay “Qarabağ”a böyük məbləğdə pul ilə qonaq gəlməyi düşünür. D.Ndlovunun “Qarabağ”la müqaviləsinin müddəti 6 aydan sonra bitəcək. Buna görə təklif haqqqında düşünüləcəyi ehtimal edilir. Klub isə futbolçudan gəlir götürməyi hədəflədiyi üçün qış transfer pəncərəsində 750 min avro təzminat almaqla, D.Ndlovunu satacaq.

"Qarabağ"ın legioneri Dino Ndlovunun Çinə transfer olunmaq məsələsi ciddi mərhələyə qədəm qoyub. Bu barədə occerladuma.co.za saytı məlumat verib.

Məlumatda bildirilir ki, Çinin "Xanqzou Qrintaun" klubu gələn ay "Qarabağ"a böyük məbləğdə pul ilə qonaq gəlməyi düşünür.

D.Ndlovunun "Qarabağ"la müqaviləsinin müddəti 6 aydan sonra bitəcək. Buna görə təklif haqqqında düşünüləcəyi ehtimal edilir. Klub isə futbolçudan gəlir götürməyi hədəflədiyi üçün qış transfer pəncərəsində 750 min avro təzminat almaqla, D.Ndlovunu satacaq.

"Xanqzou Qrintaun" isə yeni futbolçusu ilə 2 illik müqavilə imzalamağı düşünür.

Çin klubu daha öncə Ndlovunun qarşılığında "Qarabağ"a 1 milyon avro ödəmək niyyətində idi. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə bu təklifi qeyri-ciddi və gülməli adlandırmışdı.

Cənubi afrikalı hücumçu Azərbaycan karyerası ərzində 24 qol vurub. Azərbaycan kuboku və Çempionlar Liqasında çıxışı dünya klublarının diqqətini onun üzərinə çəkib. Qeyd edək ki, Rumıniyanın "CFR" klubu da Dino ilə maraqlanırdı. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31